Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-823/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 25639846 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət xx.xx.2025-ci il tarixli, EQ seriyalı 25639846 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət xx.xx.2025-ci il tarixli, EQ seriyalı 25639846 saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. Qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-262/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət xx.xx.2025-ci il tarixli, EQ seriyalı 25639846 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyatı üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-799/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət xx.xx.2025-ci il tarixli, EQ seriyalı 25639846 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri aidiyyatı üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsini müdafiə edərək heç bir yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, pozuntunun olduğunu əks etdirən görüntünü təqdim etmədiklərini və qərarın qanunsuz olaraq tərtib olunduğunu söyləmişdir. Şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 25639846 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 “HYUNDAİ ELANTRA” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X3 İXMin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, qanunvericilikdə barəsində qərar çıxarılmış fiziki şəxsin şəxsən özü və ya nümayəndəsi və müdafiəçisinin şikayət verməsi nəzərdə tutmuşdur. Lakin halhazırda X2 şikayət etdiyi xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar onun barəsində deyil, X3 barəsində tərtib olunmuşdur. Bundan başqa şikayət verən şəxsin barəsində protokolu tərtib edilmiş şəxsin nümayəndəsi olmasını təsdiq edən rəsmi sənəddə iş materiallarına əlavə edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayətin məhkəmədə baxılması məsələsi qeyri-mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-823/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-823/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver