Məhkəmə qərarları › İş №3(005)-824/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-824/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-824/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, "xxxx" MMC vəkili Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqiliyyatı və Enerji Resursları Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485-ci maddəsi ilə 13000-00327/24 nömrəli, 05 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş 3- 33-/012/000108 nömrəli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixli **********7875 sorğu nömrəii gömrük bəyannaməsi üzrə 165907.41 AB$ dolları məbləğində olan “Emalın spesifik prosesləri üçün vakuum qazoyl ağır distilyatı” adlı mallar konsiqnasiva yolu ilə İtaliya Respublikasına ixrac edilmişdir. Lakin, raportda həmin malların müqabilində ödənilməli olan vəsaitin müvafiq qaydada hüquqi şəxsin Azərbaycan Respublikasının müvəkkil edilmiş bank olan "xxxx" ASC-nin hesabına köçürülməsinin təmin edilmədiyi göstərilmişdir. Bu barədə "xxxx" MMC-nin ünvanına 3-33-3200/2-001784/2023 nömrəli, xx.xx.2023 tarixli bildiriş məktubu ünvanlanmasına baxmayaraq, hüquqi şəxs tərəfindən müvafiq tədbirlər həyata keçirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi" qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiva yolu ilə ixrac etdikləri malların (islərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Buna baxmayaraq daxil olmuş raportda bəyannamənin 20, 24 və 37-ci qrafaları əsas gətirilərək valyutanın bu günədək müvəkkil hesaba daxil olmadığı göstərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə İtaliya Respublikasına göndərilən netto çəkisi 1144189.00 kq, ümumi invoys dəyəri 165907.41 ABŞ dolları olan “Emalın spesifik prosesləri üçün vakuum qazoyl ağır distilyatı” adlı vük **********7875 sorğu nömrəli gömrük bəyannaməsi ilə ixrac gömrük proseduru altında yerləşdirilmişdir. Həmçinin, bəyannamənin 20-ci qrafasında ödəniş üsulu kimi “002” (malın dəyəri mal ixrac olunduqdan sonra ödənildikdə (ixracatçının bank hesabına köçürülməklə və va hesaba mədaxil edilməklə) qeyd olunmuşdur. Gömrük xidmətinin X1 Sisteminin (VAİS) “konsiqnasiya əməliyyatları üzrə hesabat” bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Dəniz Nəqiliyyatı və Enerji Resursları Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş **********7875 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə ixrac edilən malların müqabilində əldə olunan məbləğ "xxxx" MMC-nin müvəkkil bank hesabına 180 gün ərzində, xx.xx.2023-cü il tarixinədək köçürülməli idi. Lakin **********6625 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə şirkətin ixrac ediy malların müqabilində əldə edilən vəsaitin 165907.41 ABŞ dollarından 157569.76 ABŞ dolları məbləği müvəkkil bankdakı hesabına köçürülmüş, 8337.65 ABŞ dolları məbləği isə qalıq qalmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə 4428.59 ABŞ dolları məbləği müvəkkil bankda olan hesaba köçürülmüş və qalıq 3903.6 ABŞ dolları məbləği qalmışdır. Toplanmış sənədlərlə müəyyən olunmuşdur ki, "xxxx" MMC qaytarılmamış xarici valyuta vəsaitlərinin (8337.65 ABŞ) Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqpozmanın törədildiyi günə, yəni xx.xx.2023-cü il tarixinə olan ABŞ dolarının rəsmi məzənnəsinə (1 ABŞ dolları = 1.7000) uyğun olaraq dəyəri 14174.005 manat təşkil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin qeydinə əsasən az miqdar hesab olunur. Məhkəmə iclasında "xxxx" MMC vəkili Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə zəruri sənədləri təqim edərək qanunverciliklə müəyyən edilmiş müddəti ötürməklərinin onlardan asılı olmayan səbəbdən baş verdiyini bildirmişdir. Dəfələrlə bu barədə xarici şirkətə məktublar yazdıqlarını qeyd etmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə olardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 485-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, “Ecotech Environmental Services" MMC (VÖEN: **********) tərəfindən **********7875 gömrük bəyannaməsi üzrə 165 907.41 (282 042 manat 60 qəpik) ABŞ dolları dəyərində malları Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə ixrac prosedurunda rəsmiləşdirilmişdir.Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 1997ci il tarixli 609 nömrəli Fərmanının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (1 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin müddətinin bitməsinə baxmayaraq, saylı gömrük bəyannaməsinin 20, 24 və 37-ci qrafalarını əsas gətirərək 180 gün ərzində ixrac olan mallar üçün ödənilməli olan cəmi (165 907.41 ABŞ dolları 282 042.6 AZN) vəsait müvəkkil bankda şəxsin aidiyyəti hesabına ixrac müqaviləsi üzrə xarici valyuta daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 14174.005 ABŞ dollarının 30 (otuz) faizi inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə və İXM-Nin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 14174.005 ABŞ dollarının 30 (otuz) faizi, yəni 4252,2015 ABŞ dolları (dörd min iki yüz əlli iki dollar iki min on beş sent) məbləğində (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar