Məhkəmə qərarları › İş №3(005)-831/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-831/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-831/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin sahə inspektoru X4, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin sahə inspektoru X6 tərəfindən X14 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. Həmin protokoldan görünür ki, vətəndaş X14 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində xidməti vəzifələrini icra edən polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin sahə inspektoru X6 protokolun məzmununa uyğun çıxış edərək X7 barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə tanışı Səxavət Hümbətovla yol ilə gedərkən yol patrul xidməti əməkdaşı Səxavətə saxla işarəsi vermiş, onlar da dayanmışlar. YPX əməkdaşı Səxavətə yol hərəkət qaydasını pozmasını dedilər, Səxavət isə pozduğu qaydanı ona göstərin dedikdə onlar mübahisə etməyə başladılar. YPX əməkdaşı bildirdi ki, cərimə yazacaqlar. Səxavət isə cavabında yazın və göndərin demişdir. Polislər öz maşınlarına tərəf getmişlər. Onlar biraz uzaqlaşmışdılar ki, polislər sayrışan işıqları yandırıb onlara tərəf gəldilər. Səxavət maşını yenidən saxladı. YPX əməkdaşları onlara çox aqressiv şəkildə maşından düşün dedikdə, o polislərə öz hüquqlarını bildiyini demiş və telefonla çəkməyə başlamışdır. YPX əməkdaşı onun bu hərəkətindən çox əsəbləşib PPX əməkdaşlarını çağırdı. Daha sonra PPX–nın komandiri Səxavətin avtomobilinə yaxınlaşaraq çox kobud şəkildə avtomobildən düşməsini tələb etdi. Onlar avtomobildən düşmüş və PPX əməkdaşları onu və Səxavəti çox kobud şəkildə PPX avtomobilinə əyləşdirmiş və polis bölməsinə aparmışdırlar. X5 barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər BPİ-nin X27 İdarəsinə bilavasitə tabe olan Yol–Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X10 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Cəfər Xəndan küçəsi ilə Azadlıq propktinin kəsişməsində xidmətdə olarkən **-CZ-*** dövlət qeydiyyat nişanlı MERCEDES GL markalı nəqliyyat vasitəsi yol ayrıcının keçilməsi qaydasını pozduğu üçün tərəflərindən işarə verilərək saxlanılmışdır. Nəqliyyat vasitəsinə yaxınlaşıb özünü təqdim etdikən sonra qayda pozuntusunu izah etmiş və sürücüdən özünü təqdim etməsini xahiş etmişdir. X1 özünü təqdim etdikdən sonra qayda pozuntsu ilə razılaşmayaraq nəqliyyat vasitəsini qəfil sürətləndirərək hərəkətə başlayıb oradan uzaqlaşmışdır. Onlar isə sürücünü təkrar saxlamaq üçün işarələr vermiş və sürücü məhəl qoymayaraq tabe olmamağa davam etmişdir. Nəqliyyat vasitəsi tərəflərindən məcburi saxlanılmış və vətəndaşa yaxınlaşaraq tabe olmamasının səbəbini soruşmurlar. Daha sonra sərnişin Şəxs qeyri-qanuni videoçəkiliş etdiyini aşkarlamışlar. Vətəndaş Şəxs çəkiliş aparmaması barədə xəbərdarlıq etsələr də “Mən TİK-TOK-rəm. Hamınızı biabr edəcəm. Siz rüşvətə görə, 5-10 manata görə bizi saxlayıb pul istəyirsiniz” deyərək ximətdə olan polis əməkdaşına şər ataraq onu təhqir etmişdir. Daha sonra dəfələrlə xəbərdrlıq etmələrinə baxmayaraq həmin sərnişin çəkiliş aparmağa davam etmiş və polisə qarşı qərəzli hərəkətlər edərək provokasiya aparmışdır. Daha sonra radio-cihaz vasitəsilə idarədən kömək istəmişlər, həmin yerə X23 Alayının əməkdaşları və Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməliyyat qrupu yaxınlaşmışdır. X1 və sərnişin Şəxs polis əməkdaşları tərəfindən bölməyə dəvət olunsalar da, tabe olmamışlar və polis əməkdaşlarına müavimət gösətirmişlər. X3 polis zabitinin ünvanına nalayiq ifadələr istifadə edərək təhqir etmiş və bütün bunlar səs yazısında, həmçinin yaxa kamerasında qeydiyyata alınmışdır. X8 da həmçinin nalayiq ifadələrdən istifadə edərək onları hədələyib təhqir etmişdir. Məhkəmə iclasında müdafiəçi X17 çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxs X7 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X14 xx.xx.2024-cü il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. Bakı Şəhər BPİ-nin X27 İdarəsinə bilavasitə tabe olan Yol–Patrul Xidməti Alayının yol patrul xidməti inspektorları X10 və X11 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi Cavid İsmayılzadəyə ünvanlanmış raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Cəfər Xəndan küçəsi ilə Azadlıq propktinin kəsişməsində xidmətdə olarkən **-CZ-*** dövlət qeydiyyat nişanlı MERCEDES GL markalı nəqliyyat vasitəsi yol ayrıcının keçilməsi qaydasını pozduğu üçün tərəflərindən işarə verilərək saxlanılmışdır. Nəqliyyat vasitəsinə yaxınlaşıb özünü təqdim etdikən sonra qayda pozuntusunu izah etmiş və sürücüdən özünü təqdim etməsini xahiş etmişdir. X1 özünü təqdim etdikdən sonra qayda pozuntsu ilə razılaşmayaraq nəqliyyat vasitəsini qəfil sürətləndirərək hərəkətə başlayıb oradan uzaqlaşmışdır. Onlar isə sürücünü təkrar saxlamaq üçün işarələr vermiş və sürücü məhəl qoymayaraq tabe olmamağa davam etmişdir. Nəqliyyat vasitəsi tərəflərindən məcburi saxlanılmış və vətəndaşa yaxınlaşaraq tabe olmamasının səbəbini soruşmurlar. Daha sonra sərnişin Şəxs qeyri-qanuni videoçəkiliş etdiyini aşkarlamışlar. Vətəndaş Şəxs çəkiliş aparmaması barədə xəbərdarlıq etsələr də “Mən TİK-TOK-rəm. Hamınızı biabr edəcəm. Siz rüşvətə görə, 5-10 manata görə bizi saxlayıb pul istəyirsiniz” deyərək ximətdə olan polis əməkdaşına şər ataraq onu təhqir etmişdir. Daha sonra dəfələrlə xəbərdrlıq etmələrinə baxmayaraq həmin sərnişin çəkiliş aparmağa davam etmiş və polisə qarşı qərəzli hərəkətlər edərək provokasiya aparmışdır. Daha sonra radio-cihaz vasitəsilə idarədən kömək istəmişlər, həmin yerə X23 Alayının əməkdaşları və Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməliyyat qrupu yaxınlaşmışdır. X1 və sərnişin Şəxs polis əməkdaşları tərəfindən bölməyə dəvət olunsalar da, tabe olmamışlar və polis əməkdaşlarına müavimət gösətirmişlər. X3 polis zabitinin ünvanına nalayiq ifadələr istifadə edərək təhqir etmiş və bütün bunlar səs yazısında, həmçinin yaxa kamerasında qeydiyyata alınmışdır. X8 da həmçinin nalayiq ifadələrdən istifadə edərək onları hədələyib təhqir etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq X1 və sərnişin Şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan videogörüntülərdən görünür ki, X14 tərəfindən xidməti vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması müəyyən olunur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirilir. X7 xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda X7 hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X14 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Bütün bunlar məhkəməyə X7 hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. X7 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə X7 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, X12 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X12 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X13 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 13 mart 2024-cü il tarixdən saat 23:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar