Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-835/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızı X1 iclas katibliyi, Barəsində protokol tərtib edilən şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs çıxış edərək bildirmişdir ki, protokolda qeyd edilən Mercedes Benz E 230 minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində deyil. Etibarnamə əsasında başqa şəxsin istifadəsinə vermiş və bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə məlumat vermişdir. Bu barədə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən cavab məktubunu da məhkəməyə təqdim etmişdir. Barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati barədə protokol tərtib etmiş şəxsin ifadəsini, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol Şəxs barəsində tərtib olunsa da protokolda qeyd edilən Mercedes Benz E 230 minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs mülkiyyətində olması ilə bağlı elektron məhkəmə sistemində yoxlanılarkən heç bir məlumat əldə edilməmişdir. Eyni zamanda həmin nəqliyyat vasitəsinin etibarnamə əsasında idarəediliməsi barədə informasiya aşkar olunmamışdır. Bununla da müəyyən edilir ki, protokol yalnış şəxsin barəsində tərtib olunmuşdur. Bundan başqa məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Mercedes Benz E 230 minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılaraq duracağa yerləşdirilməsi istiqamətində tədbirlər görülməkdədir. İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Nərimanov Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-835/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-835/2023
05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver