Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-839/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 01400-01698/23 nömrəli, 27 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük proseduranda rəsmiləşdirməklə **********9645 və **********0468 gğmrük bəyannamələri üzrə 2745,98 ABŞ dolları (4668,16) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Şəxs hüquqi nümayəndəsi xx.xx.2022-ci il tarixli, 1700-013/0xx-xx/005284 nömrəli məktub ilə Baş İdarəyə dəvət edilmişdir. Buna baxmayaraq nümayəndənin iştirakı MMC tərəfindən təmin edilməmişdir. Bununla da Şəxs MMC-nin barəsində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X2 məhkəmə iclasında inzibati protokolda qeyd edilənlərin doğruluğunu etiraf etdi. MMC barəsində yüngül inzibati tənbeh təqbiqinin təyin edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxsin (nümayəndənin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 01400-01698/23 nömrəli, 27 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük proseduranda rəsmiləşdirməklə **********9645 və **********0468 gğmrük bəyannamələri üzrə 2745,98 ABŞ dolları ( 4668,16 ) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Şimal Ərazi Baş Gömrük idarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı İlkin Hüseynov tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Rauf Rzayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları idarəsi Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin xx.xx.2022-ci il tarixli, 34/012/007300 saylı raportunda qeyd olunanlarla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC (VÖEN:**********) tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda 9 gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 149501,13 ABŞ dolları (254151,92 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar, Şəxs MMC-nin adına Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 9 gömrük bəyannaməsi əsasında ixrac olunmuş yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 149501,13 ABŞ dolları (254151,92 manat) məbləğində vəsaitin “Multimoverz" MMC-nin müvəkkil bankda olan hesabına köçürülüb-köçürülməməsi ilə bağlı məlumat əldə etmək məqsədilə Baş idarənin Gömrük Prosedurları və Ödənişləri Şöbəsinə sorğu verilmiş və sorğuya cavabda **********9645 və **********0468 gömrük bəyannamələri üzrə 2745,98 ABŞ dolları (4668,16 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd olunmuşdur. Az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılrnaması Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən inzibati xəta məsulliyyəti yaradır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Beləliklə də, Şəxs MMC Şimal Ərazi Baş Gömrük idarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********9645 və **********0468 gömrük bəyannamələri üzrə əsasında ixrac olunmuş yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 2745,98 ABŞ dolları (4668,16 manat) “az miqdar” məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı hər hansı bir təsdiqedici sənəd təqdim edilmədiyindən və köçürülməmiş məbləğin dəyəri 20.000,00 (iyirmi min) manatdan az, yəni 4668,16 manat olduğu üçün, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, faktla bağlı İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Şəxs MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli İxrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən İ80 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablara köçürülməməsi barədə bildirişdən görünür ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci İs tarixli Qərarına görə "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanuna və Azərbaycan Respublikası Prezidentinin 24.06.İ997-Cİ il tarixli, 609 nömrəli fərmanı iiə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qadaları”nm 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respubiikasmdakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Bildiririk ki, qoşma sənəddə göstərilən bəyannamələr (əlavə olunur) üzrə ixrac eydiyiniz malların müqabilində vəsaitlərin bankda olan hesabınıza köçürülməsi təmin edilməmişdir. Əlavə olaraq hüquqi və fiziki şəxslər ixrac edilmiş maliarm müqabilində vəsaitlərin 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etmədiyi halda, qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə cəlb olunacaqları və mövcud normativ-hüquqi aktlarda nəzərdə tutulan və tətbiq olunacaq hüquqi hərəkətləri barədə xəbərdarlıq edilmişdir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. İnzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük proseduranda rəsmiləşdirməklə **********9645 və **********0468 gğmrük bəyannamələri üzrə 2745,98 ABŞ dolları (4668,16 ) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Göründüyü kimi, Şəxs MMC ixrac etdiyi məhsulun dəyəri olan 2745,98 ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda bunu etməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görəinzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 2745,98 ABŞ dolları məbləğinin 30 faizi miqdarında, yəni 823,79 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnə ilə) məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-839/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-839/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver