Məhkəmə qərarları › İş №3(005)-842/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-842/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-842/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs MMC-nin vəkili Vəkil iştirakı ilə, Şəxs MMC barəsində Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun 01 mart 2023-cü il tarixli qərarı ilə Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq araşdırma aparılmışdır. Göstərilən qərardan görünür ki, 30 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan X7 xx.xx.1989-cu il təvəllüdlü oğlu X22 12 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən restoranda reklam lövhəsi quraşdıran zaman hündürlükdən yıxılaraq xəsarət alması və almış olduğu xəsarətlər səbəbindən ilk öncə “X37” publik hüquqi şəxsə, daha sonra isə Ak.M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparılması barədə müraciəti daxil olmuşdur. Araşdırma nəticəsində hüquqi şəxs Şəxs MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X25 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs MMC-nin vəkili Vəkil etiraz təqdim edərək bildirmişdir ki, iş üzrə AZLED MMC-nin inzibati xəta törətməsində sübut kimi Nərimanov rayon prokurorluğu aşağıdakı hallara istinad edilmişdir: 1. Xəsarət alan X22 izahatı;

2. Hadisənin baş verdiyi deyilən "Confetti" restoraninda administrator işləyən X12 izahatı; 3. Xəsarət alan X22 qanunsuz yolla əldə etdiyi səs yazısı. Məhkəmənin nəzərinə çatdırmışdır ki, bu hallardan başqa heç bir sübut iş materiallarında yoxdur. Göstərilənlərin isə qanunsuz sübutlar olmasını aşağıdakı hallar təsdiq edir: 1. Xəsarət alan X22 izahatını özlüyündə sübut kimi qəbul edilməsi üçün tək onun verdiyi izahat əsas götürülə bilməz, bu halda onun verdiyi izahatdakı dəlillər başqa mənbələrdən öz təsdiqini tapmalıdır. Araşdırma aparan müstəntiq heç bir əsas olmadan, yalnız Xəsarət alan X22 guya xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək AZLED MMC-də müqaviləsiz işlədiyini göstərmiş və hazırki halda bunu sübut edən heç bir mötəbər sübut iş materiallarında yoxdur. Digər tərəfdən X43 oglu öz ifadəsində bildirmişdir ki, guya ona AZLED MMCnin direktoru X39 Rahman 1100 manat əmək haqqı və s. məqsədlə pul vermişdir, amma bu faktı təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. 2. Hadisənin baş verdiyi deyilən "Confetti" restoranında administrator işləyən X12 izahatı. Bu izahat qanunsuz yolla, yəni təzyiq yolu ilə əldə edilmiş izahat olduğunu şəxs özü tərəfindən Baş Prokurorluğa yazdığı ərizədə təsdiq etmiş, lakin onun bu ərizəsinə hüquqi qiymət verilməmişdir. X12 adından yazılan izahatda o istinad etmişdir ki, guya hadisədən qabaq o özünə məxsus 051-502-24- 24 nömrəli telefonla AZLED MMC-nin direktoru X3 məxsus ***-***-**-** nömrəli telefonla danışmış və öyrənmişdir ki, reklam lövhəsini sökməyə AZLED MMC-nin işçiləri gələcəklər. Araşdırma aprmış Nərimanov rayon prokurorluğunun müstəntiqi sorğu verib ***-***-**-** və ***-***-**-** nömrəli telefonların kimə məxsus olmasını, belə bir zəngin olub-olmamasını araşdırmamış, X39 Rahmandan izahat alan zaman ondan bu telefon nömrəsini soruşmuş, o isə onun istifadəsində belə telefon nömrəsi olmamasını bildirsə də, araşdırma aparan müstəntiq bu fakta hüquqi qiymət verməmiş, nəticə də də heç bir əsas olmadan hüquqi şəxsin inzibati xəta törətməsi qənaətinə gəlinmişdir. 3. AZLED MMC də işləyən X8, X17, X20, X16 verdiyi izahatlarda X22 bu hüquqi şəxslə əmək münasibətlərində olmadığı təsdiqlənsə də araşdırma aparan müstəntiq bu faktlara qanuni hüquqi qiymət verməmişdir. 4. Araşdırma aparan müstəntiq Xəsarət alan X22 qanunsuz yolla əldə etdiyi səs yasısmı qanunsuz olaraq sübut kimi qiymətləndirmişdir. Belə ki, şəxsin xəbəri olmadan onunla telefon danışığının gizli yolla yazılması qanunsuzdur. Digər tərəfdən bu səs yazısını qanunsuz olaraq gizli yolla yazan şəxs daha üstün mövqedə olduğundan, yəni danışığın yazıldığını bildiyindən o özünə sərf edən hər cür ifadələr işlədə bilər. Hətta buna baxmayaraq bu səs yazısında AZLED MMC-nin direktoru X39 Rahman heç bir ifadə ilə X25 işə qəbul etdiyini, onu yıxıldığı deyilən "Confetti" restoranına işə göndərdiyini təsdiq etməmişdir. Əksinə, onların dialoqunda X39 Rahman bu işin ona aid olmadığını, X26 bir dost, tanış kimi köməklik göstərdiyini, belə işlə ondan istifadə etməyin doğru olmadığını onun nəzərinə çatdırmışdır. Təkcə bu dialoq onu sübut edir ki, xəsarət alan X22 AZLED MMC-də hər hansı formada işləməsi faktı həqiqətə uyğun deyildir. Göstərilən hallar bilavasitə sübut edir ki, hüquqi şəxs AZLED MMC-nin baş vermiş hadisəyə aidiyyəti yoxdur, AZLED MMC-nin təqsirliliyi sübuta yetirilməmiş və ya təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən AR İXM 53-cü maddəsinə görə başlanılmış inzibati xəta haqqında işə xitam verilməlidir. Əvvəlki məhkəmə iclasında izahatı alınan X13 bildirdi ki, iş üzrə araşdırmanı o qanuna uyğun aparmışdır. Zərərçəkmiş və şahidlər dindirilmişdir. Əməldə cinayət tərkibi olmadıgından inzibati məsuliyyət yaranmışdır. X18 istintaq zamanı könüllü ifadə vermiş və ifadəsini oxuyub imza etmişdir. Hazırda isə ifadəsini dəyişir. Hesab edirlər ki, məhkəmədə yalan ifadə verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərarı qəbul etmiş prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə göstərilən orqanın şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Nərimanov rayon prokurorluğunda toplanmış material üzrə sənədləri məhkəmə iclasında tədqiq edilərkən müəyyən olundu ki: Məhkəmə iclasında şahid qismində izahat vermiş X18 izahatında bildirmişdir ki, hadisənin necə baş verməsini görməmişdir. İstintaq zamanı verdiyi ifadə yadında deyil. Yalnız ona təqdim edilən sənədlərə imza atmışdır. X5 məhkəmə iclasında verdiyi izahatdan fərqli olaraq istintaqa verdiyi ifadəsində bildirmişdir ki, təxminən 2012-ci ildən 2020-ci ilədək rəsmi əmək müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən “Confetti” restoranında ofisiant, sonuncu tarixdən isə bugünədək administrator vəzifəsində işləyir. Özü ilə yanaşı restoranda administrator kimi qardaşı X27 da işləyir. Restoran saat 10:00dan saat 02:00-dək fəaliyyət göstərir. Ümumilikdə restoranda ofisiantlar, aşbazlar və xadimələr daxil olmaqla 12 nəfər işçi işləyir. Restoran şəxsi olmaqla sahibi və işə qəbul edən Rövşən Hacıyevdir. İsmayıl Nağıyev verilən suallara cavab olaraq göstərmişdir ki, 11 dekabr 2022-ci il tarixdə Rövşən müəllim zəng edərək məlumat vermişdir ki, restoranın giriş qapısının üzərində olan divara montaj edilmiş reklam loqosunun və “restoran” sözünün sökülməsi üçün Şəxs MMC-nin rəhbəri Yusif adlı şəxsən danışıb razılaşmışdır. Belə ki, qərar vermişdir ki, divarda yalnızca “Confetti” sözü qalsın. Rövşən müəllim həmin şəxsin ***-***-**-** saylı mobil nömrəsini ona verib həmin nömrəyə zəng etməsini və ustaların nə zaman gələcəkləri ilə maraqlanmasını tapşırmışdır. Bundan sonra özü həmin nömrəyə zəng edib danışan şəxsin Yusif olmasını bilmiş və ondan öyrənmişdir ki, ustaları ertəsi günü, yəni ki, 12 dekabr 2022-ci il tarixdə günorta saatlarında restorana göndərəcək. 12 dekabr 2022-ci il tarixdə saat 12 radələrində özlərini Şəxs MMC-nin ustaları kimi təqdim edən Orxan və Azər adlı şəxslər restorana gəlmişlər. Onlar görəcəkləri iş barədə məlumatlı olduqlarından restoranın giriş hissəsinin damına qaxlmaq üçün nərdivan xahiş etmişlər, xatırladığı qədər, özləri ilə yalnızca təmir alətləri gətirmişlər. Buna görə də, restorana məxsus və həyətdə qoyduqları taxta nərdivanı işarə edib istifadə edə biləcəklərini söyləmişdir. Bundan sonra onlar birlikdə taxta nərdivanı dama söykəyib Orxan dama qalxmış, Azər isə yerdə qalıb ona istiqamət verir və ehtiyac olduğu halda təmir alətlərini verirdi. Orxan isə yuxarıda damdan aşağı istiqamətdə hərfləri sökürdü, sökməzdən öncə isə hərflər işığa qoşulu olduqlarından tokdan ayırırdı. Hərflərin hamısı söküldükdən sonra Orxan yuxarıda Azərə ona vintaçan gətirməsini xahiş etmiş, özü isə həmin vaxt administrator kimi çöldə dayanıb səliqəli işləmələrinə fikir verirdi. Orxanın sözündən sonra Azər obyektin qarşısında qoyduğu alət çantasından vintaçan götürüb obyektin çöldən baxdıqda sağ tərəfinə getmiş və orada dama söykənmiş restorana məxsus nərdivanla yuxarı qalxmağa başlamışdır. Özü obyektin digər tərəfinə baxarkən qəflətən nəyinsə yerə dəyməsinin bərk səsini eşitmiş, həmin səsin davamı olaraq Azərin qışqırtı səsini eşitmişdir. Tez Azər olan tərəfə yaxınlaşdıqda görmüşdür ki, dama söykənmiş və restorana məxsus taxta nərdivan yerdədir, Azər isə nərdivanın üstündə sol ayağını tutub qışqırır və ağlayır. Restoran gedişli-gəlişli yolun üzərində olduğu üçün onunla yanaşı Azərin ətrafına yoldan keçən şəxslərdə toplaşmışlar. Həmin şəxslərdən kimsə də təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat vermişdir. Yuxarıda olan Orxan isə yuxarıdan aşağı sallanıb düşmüşdür. Təxminən 10 dəqiqə ərzində restoranın qarşısında təcili tibbi yardım avtomobili gələrək Azəri avtomobilə qoymuşlar və xəstəxanaya aparmışlar. Səhv etmirsə Orxan da Azər ilə birgə getmişdir. Onları yola saldıqdan sonra Yusifin nömrəsinə zəng edib Azərin iş zamanı yıxılmasını və təcili tibbi yardım ilə xəstəxanaya aparılmasını məlumatını vermişdir. Bundan başqa onlardan həmin gün məlumatı olmamışdır. 2023-cü ilin təxminən yanvar ayının son günlərində restoranın içərisindən qəlyan formalı “led” işıqlı reklam düzəltdirmək niyyəti ilə bağlı Yusifə zəng edərək bununla bağlı müraciət etmiş, həmçinin həmin zaman Şəxs MMC-nin instagram sosial şəbəkəsində olan səhifəsini də görmüşdür. Həmin vaxt onunla iş barədə danışarkən eyni zamanda yıxılan Azərin səhhəti ilə bağlı maraqlanmış, Yusif hər şeyin yaxşı olduğunu, Azərin səhhətinin düzəlməsini məlumatını vermişdir. Bu danışıqdan təxminən 4-5 gün sonra Yusif Orxan ilə birlikdə restorana gəlib sifariş verdiyi işi görüb ödənişi alıb çıxıb getmişlər. “Confetti” restoranında videomüşahidə kameraları mövcuddur və həmin hadisə kameralarda qeydə alınmışdır. Belə ki, hadisədən sonra özü mobil telefonuna videomüşahidə kameralarında qeydə alınmış Azərin yıxılma videosunu köçürmüş, lakin sonradan həmin videonu silmişdir. Ona görə də, qeyd edilən hadisənin videosunu təqdim edə bilmir. Restorana işləməyə gələn Orxan və Azər adlı ustaların əyinlərində heç bir qoruyucu kəmər və ya dəbilqə yox idi. Həmin vaxt müştəri az olduğundan yalnızca işsə bir nəfər Suat adlı ofisiant var idi. Hazırda o, müddətli həqiqi hərbi xidmətdədir. xx.xx.1989-cu il təvəllüdlü X22 şəxsiyyət vəsiqəsinin surəti ilə tanış olub bildirmişdir ki, həmin şəxs 12 dekabr 2022-ci il tarixdə Şəxs MMC-dən gələn usta və restoranda iş görən zaman yıxılıb xəsarət alan Azərdir. xx.xx.1993-cü il təvəllüdlü X16 şəxsiyyət vəsiqəsinin surəti ilə tanış olub bildirmişdir ki, həmin şəxs 12 dekabr 2022-ci il tarixdə Şəxs MMC-dən gələn usta və restoranda iş görən usta Orxandır. Orxan sonradan Yusif ilə təkrarən restorana iş görmək üçün gəlmişdir. Şəxs MMC-nin direktoru X33 izhatında Azər Əliyevi tanımaması, baş vermiş hadisədən xəbərinin olmaması, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən heç bir restoranda son bir neçə il ərzində iş görməməsi, sifariş qəbul etməməsi, heçkəsə bu barədə tapşırıq verməməsi barədə göstərdikləri ilə bağlı İsmayıl Nağıyev bildirmişdir ki, Şəxs MMC-nin direktoru X34 izahatında bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, qeyd etdiyi kimi, "xxxx" MMC-nin əməkdaşları olan Azər Əliyev və Orxan Əhmədov 12 dekabr 2022-ci il tarixdə restoranda iş görmüşlər, bundan sonraki müddət ərzində özü əlavə olaraq Yusifə iş sifariş vermişdir. Yusifin bu cür danışmasının səbəbi barədə heçnə deyə bilmir. Şəxs MMC-nin işçisi X16 izahatında Azər Əliyevi tanımaması, 12 dekabr 2022-ci il tarixdə " Azlez Reklam” MMC-də işləməməsi, həmin MMC-də 06 fevral 2023-cü il tarixdən etibarən işləməsi 12 dekabr 2022-ci il tarixdə Azər Əliyevin yıxılması hadisəsi barədə məlumatının olmaması barədə göstərdiklərinə dair İsmayıl Nağıyev bildirmişdir ki, Şəxs MMC-nin işçisi X16 izahatında bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, qeyd etdiyi kimi 12 dekabr 2022-ci il tarixdə Orxan Əhmədov “Confetti” restoranında Azər Əliyev ilə birgə restoran logosunun və sözlərini demontajım işini görmüş, Azər yıxılarkən restoranda olmuş, bundan sonraki müddət ərzində Yusifə verdiyi sifariş ilə əlaqədar bir dəfə restoranda reklam işini görmüşdür. Hətta qeyd edir ki, Orxanın 12 dekabr 2022-ci il tarixdə sökdüyü hərflər bu gündə restoranında damında qalır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X23 izahatında bildirmişdir ki, 06 fevral 2023-cü il tarixdən Şəxs MMC-də işləyir. Azər orada işləməmişdir, onu tanımır. Müstəntiq tərəfindən də Azərlə onun arasında üzləşdirmə aparılmış, bu zaman da Azəri tanımadığını bildirmişdir. Araşdırma zamanı əlavə izahatı alınmış X36 bildirmişdir ki, Şəxs MMC-nin direktoru X1, Şəxs MMC-də təlimatçı vəzifəsində işləyən X16, Şəxs MMC-də dizayner vəzifəsində işləyən X4, Şəxs MMC-də fəhlə vəzifəsində işləyən X14 və Şəxs MMC-də reklamçı vəzifəsində işləyən X10 izahatlarında onu tanımadıqları, əvvəllər görmədikləri, 12 dekabr 2022-ci il tarixdə baş vermiş hadisəsdən xəbərsiz olmaları, bu barədə sizə tapşırıq verilməsi barədə göstərdikləri hamısı yalan izahatdır. Elə başa düşür ki, MMC-nin direkroru direktoru X6 iş zamanı xəsarət alması ilə bağlı məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə yalan izahat verir və işçiləri yalan izahat verməyə sövq etmişdir. Hadisə tam şəkildə özünün ilkin izahatında qeyd etdiyi kimi baş vermişdir. Əlavə olaraq izahatına mobil telefonu vasitəsi ilə MMC-də işlədiyi müddət ərzində istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qeydə alınmış telefon zənglərinin şəkillərini, “WhatsApp” mobil tətbiqi vasitəsi ilə işçilərlə aparılan danışıqların fotoşəkillərini və bəzi səs mesajlarını, habelə MMC-nin direktoru X6 ilə sonuncunun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə aralarında hadisədən sonra baş tutmuş telefon danışığının səs yazısınən hətta MMC-nin yerləşdiyi ünvanda olarkən təsadüfən özünü çəkdiyi video faylı CD-diskə köçürülməklə əlavə edir. Belə ki, telefonda əvvəllər səs yazma tətbiqini yazdığı üçün danışıqları qeydə almır və yaddaşda qalır, hazırda onun məsuliyyətdən yaxa qurtarmaq istəməsini görüb həmin yazını təqdim edir. Xəsarət aldığı 12 dekabr 2022-ci il tarixdən daha öncəki müddət ərzində Şəxs MMC-nin direktoru X6 tərəfindən verilmiş göstəriş əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsində yerləşən “Gəlinlər məkanı; Banu Studio; Lazer” adlı gözəllik salonunun divarına reklam montaj işini görmüşdür. Bu hadisədən təxminən 3-4 gün əvvəl olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2023-cü il tarixli, 10/973 nömrəli ekspert rəyinin tədqiqat nəticəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nm 3.1, 10.1, 10.2, 10.13 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Hündürlükdə görülən işlərin icrası ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 10.1, 10.2, 10.13 bəndlərinin tələbləri Şəxs MMC-nin direktoru tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş şəxsin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X28 16 fevral 2023-cü il tarixli, 117 nömrəli ekspert rəyinin tədqiqat nəticəsindən görünür ki, 1989-cu il təvəllüdlü X22 məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə yazılanlara əsaslanaraq, hadisə haqqında olan ilkin məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir:X22 almış olduğu xəsarətlər-sol aşıqbaldır oynağında hər iki sümüyün distal ucunun sınığı və çıxığı küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hündürlükdən yıxılması nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs MMC-nin təsisçisi, qanuni təmsilçisi, direktoru və rəhbəri olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan X2 əməlində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmiş; Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs MMC-nin təsisçisi, qanuni təmsilçisi, direktoru və rəhbəri olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan X2 əməlində Azərbaycan Respublikası CM-nin 162-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmiş; Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs MMC-nin təsisçisi, qanuni təmsilçisi, direktoru və rəhbəri olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 198.3 və 555.1-ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna məlumat verilmiş; Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs MMC-nin təsisçisi, qanuni təmsilçisi, direktoru və rəhbəri olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan X2 rayon prokurorluğuna aparılan araşdırma zamanı izahatlarında zərərçəkmiş şəxs X25 tanımaması, əvvəllər görməməsi, işə cəlb etməməsi və heç bir iş görməsi barədə tapşırıq verməməsinə dair göstərdiyi xüsusatlar araşdırma zamanı toplanmış izahatlarla və digər sənədlərlə təkzib olunduqlarından məsuliyyətindən yaxa qurtarmaq və özünü müdafiə məqsədi daşımasının qiymətləndirilməsi və nəzərə alınması; Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs MMC-də təlimatçı vəzifəsində işləyən X16, Şəxs MMC-də dizayner vəzifəsində işləyən X4, Şəxs MMC-də fəhlə vəzifəsində işləyən X14 və Şəxs MMC-də reklamçı vəzifəsində işləyən X10 bilə-bilə yalan izahat verərək güya ki, X25 tanımamaları və əvvəllər görməmələri barədə göstərdikləri MMC-nin təsisçisi, qanuni təmsilçisi və direktoru X2 məsuliyyətdən yaxa qurtarılmasına köməklik etmək məqsədi daşıması nəzərə alınması qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) - (hüquqi ünvanı ünvan 3 ofisi və sexi ünvan 4 ünvanında yerləşməklə həmin ünvanda fəaliyyət göstərən) barəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış orqan Şəxs MMC tərəfindən işçini əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilmədən əmək fəaliyyətinə cəlb etməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata başlamışdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in: 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası çərçivəsində tənbeh tədbiri inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar