Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-844/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X3, Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 01:40 radələrində Nərimanov rayonu, M.Araz küçəsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X5 izahatında göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə polis əməkdaşları Elvin Qurbanov, Ramin Bağırov, Məcid Əliyev və Elçin Əyyubov bir nəfər şəxsi qanuni tələblərinə tabe olmadığına görə raportla növbətçi hissəyə təhvil vermişlər. Raportda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 01:40-da “Toyota” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil qoşa xəttin tələbini pozaraq əks istiqamətdə onların üzərinə sürərək söz atmışdır. Sürücüyə işarə verərək avtomobili saxlaması tapşırılmışdır. Sürücüyə yaxınlaşan zaman sürücüdən kəskin qoxulu spirtli içki qoxusu gəldiyi üçün şəxs müayinəyə dəvət edilmişdir. Sürücü etiraz etmiş və polis əməkdaşlarını təhqir etmişdir. Həmçinin, həmin şəxs protokol tərtib ediləcəyi bildirilən zaman özünün məlumatlarını verməkdən və polis şöbəsinə getməkdən imtina etmişdir. Şəxsiyyəti müəyyən edilən Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Sonda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx xxxxx 2021-ci il tarixində avtomobili idarə edən zaman içkili olmuşdur. Polis əməkdaşlarını təhqir etmiş və tibbi müayinə edilməsinə etiraz etmişdir. Eyni zamanda polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabesizlik göstərmişdir. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhər BPİ-nin X21 İdarəsinə bilavasitə tabe olan yol-patrul xidməti alayının yol patrul xidməti inspektoru X4 izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 01:40 radələrində “Toyota” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil qoşa xəttin tələbini pozaraq əks istiqamətdə onların üzərinə sürərək söz atmışdır. Sürücüyə işarə verərək avtomobili saxlaması tapşırılmışdır. Sürücüyə yaxınlaşan zaman sürücüdən kəskin qoxulu spirtli içki qoxusu gəldiyi üçün şəxs müayinəyə dəvət edilmişdir. Sürücü müayinə edilməsinə etiraz etmiş və polis əməkdaşlarını təhqir etmişdir. Həmin şəxs polis şöbəsinə getməyəcəyini bildirərək onlara müqavimət göstərərək tabe olmamışdır. Əlavə olaraq köməyə post-patrul xidmətinin əməkdaşları çağırılmışdır. Buna baxmayaraq adı onlara sonradan məlum olan Şəxs gətirib növbətçi hissəyə təhvil vermiş və müvafiq raportla şöbə rəhbərliyinə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X14 Alayının Patrul bölüyünün polis nəfəri X8 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X14 Alayının Patrul Bölüyünün polis nəfəri X6 iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər BPİ-nin X21 İdarəsinə bilavasitə tabe olan yol-patrul xidməti alayının yol patrul xidməti inspektorları X4 və X10 tərəfindən 16-cı Polis Bölməsinin rəhbərliyinə ünvanlanmış xx xxxxx 2021-ci il tarixli raportdan görünür ki, “Toyota” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil qoşa xəttin tələbini pozaraq əks istiqamətdə polis əməkdaşlarının üzərinə sürərək söz atmışdır. Polis əməkdaşları tərəfindən sürücüyə işarə verərək avtomobili saxlaması tapşırılmışdır. Sürücüyə yaxınlaşıb niyə belə etdiyini soruşmuş, sürücü yüksək rütbəli şəxslərin adını çəkərək onları hədələməyə başlamışdır. Sürücüdən kəskin qoxulu spirtli içki qoxusu gəldiyi üçün onu həkim müayinəsinə dəvət etmişlər. Sürücü tabesizlik göstərərək uca səslə küçə söyüşləri ilə onları təhqir etmişdir. Dəfələrlə sürücüyə polisin qanuni tələbinə tabe olmağı bildirsələr də, sürücü tabe olmamışdır. Bu zaman ərazidə xidmət aparan post patrulları dəvət etmişlər. Post patrul əməkdaşlarının yanında rəhbərliyi təhqir etmiş və sürücünü post patrulun köməyi ilə həkim müayinəsindən keçirtmiş və müayinənin nəticəsinə əsasən həm sürücü, həm də onun yanında olan vətəndaş sərxoş olduğu məlum oldu. Həmin vətəndaş onların xidməti fəaliyyətinə maneçilik törədərək hadisə yerindən uzaqlaşdırmaq istəyirdi. Həmin şəxslər barəsində müvafiq tədbir görülməsi xahiş olunmuşdur; ƏÇPA-nın 1-ci patrul bölüyünün polis serjantları X1, X7, X9 tərəfindən 16-cı Polis Bölməsinin rəhbərliyinə ünvanlanmış xx xxxxx 2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 01:40 radələrində 2413 çağırışlı avtopatrul ilə xidmət apararkən Məmməd Araz küçəsində YPX əməkdaşları onlara yaxınlaşaraq vətəndaşın maşını üzərinə sürdüyünü bildirdi və mübahisə etdiklərini dedi və həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və həmin şəxsin yanında başqa şəxslər də vardı. Həmin şəxslərdən biri onu itələyərək telefonunu əlindən yerə saldı , həmin şəxsə fiziki güc tətbiq edərək onu avtopatrul maşınına mindirmişlər. Avtomobili YPX əməkdaşlarının üzərinə sürən vətəndş onları təhqir etdi və hədə qorxu gəldi. Həimn şəxsləri 16-cı polis bölməsinə gətirib təhvil vermişlər; “İnzibati qaydada tutma haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 04:20-da inzibati qaydada tutulmuşdur; xx.xx.2021-ci il tarixli, 2/4429 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs həmin tarixdə yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs sərxoş halda avtomobili idarə etdiyi üçün polisin tibbi müayinəyə getmək barədə tələbləri qanuni olmuş və Şəxs əsassız olaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Yəni, Şəxs müqavimət göstərməklə polis əməkdaşlarının vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-844/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-844/2021
13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver