Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-85/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş 13 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X17, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş 13 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də çalışan X4 (bundan sonra - “Vətəndaş”) istehsalatda bədbəxt hadisə ilə bağlı xəsarət alması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsi (bundan sonra - “İdarə”) tərəfindən Azərbaycan Respublikası İXM-nin (bundan sonra - “İXM”) 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi haqqında 13 dekabr 2023-cü il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Sözügedən qərarın ədalətsiz və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduğunu hesab edir. Bu səbəbdən İdarənin 13 dekabr 2023-cü il tarixli, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin direktoru X19 xx.xx.2024-cü il tarixdə şikayət ərizəsinə əlavə təqdim edərək bildimişdir ki, DƏMX-nin BŞİ-nin rəis müavini S.M.Əliyevin 13 dekabr 2023cü il tarixli 13 dekabr 2023-cü il tarixli MN № ******* saylı qərarı əsassızdır və onunla razılaşmır. DƏMX-nin BŞİ-nin rəis müavini S.M.Əliyevin 13 dekabr 2023-cü il tarixli MN № ******* saylı qərarı qəbul etməsi üçün əsas olmuş 01 dekabr 2023-cü il tarixli MN № ******* saylı protokol tərtib olunarkən o, icraatın aparılması ilə bağlı məlumatlandırılmamışdır, ona heç bir poçt bildirişi təqdim edilməmişdir. Tərtib edilmiş 01 dekabr 2023-cü il tarixli MN № ******* saylı protokolla razılaşmır, işin faktiki halları ilə bağlı məhkəmənin diqqətinə çatdırır ki, protokol tərtib olunarkən çağrılmamışdır. DƏMX-nin BŞİ-nin rəis müavini S.M.Əliyevin 13 dekabr 2023-cü il tarixli MN № ******* saylı qərarı qəbul etməsi üçün əsas olmuş 01 dekabr 2023-cü il tarixli MN № ******* saylı protokol İXM-nin tələblərinin pozulması ilə tərtib edilmişdir. Protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeydlər aparılmamısdır. 01 dekabr 2023-cü il tarixli MN № ******* saylı protokol tərtib olunarkən imzalar qrafasında X12 adının qarşısında iştirak etmədi yazılmış, daha sonra başqa şəxs tərəfindən imza çəkilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Fiziki olaraq onun protokolu imzalaması mümkünsüzdür. 01 dekabr 2023-cü il tarixli MN № ******* saylı protokol tərtib edilərkən İXM-nin 100.4-cü maddəsinin tələbləri protokolu tərtib etmiş şəxs DƏMX-nin BŞİ-nin məsləhətçisi, əmək müfəttişi X8 tərəfindən kobud surətdə pozulmuşdur. Belə ki, 01 dekabr 2023-cü il tarixli MN № ******* saylı protokol tərtib edilərkən DƏMX-nin BŞİ-nin məsləhətçisi, əmək müfəttişi X8 tərəfindən imzalanmamışdır. 01 dekabr 2023-cü il tarixli MN № ******* saylı protokol etibarsız olduğu halda DƏMX-nin BSİ-nin rəis müavini S.M.Əliyev tərəfindən 13 dekabr 2023-cü il tarixli MN № ******* saylı qərar qəbul edilmiş və onun barəsində inzibati tənbeh tətbiq olunmuşdur. 01 dekabr 2023-cü il tarixli MN № ******* saylı protokoldan da, məlum olur ki, baş verdiyi iddia edilən inzibati xəta xx.xx.2023cü il tarixdə baş vermişdir, lakin protokol 46 gün sonra tərtib edilmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırır ki, eyni halla bağlı onun qanuni təmsilçi və direktoru olduğu "xxxx" MMC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qərarı ilə inzibati tənbeh növündə cərimə edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq DƏMX-nin BŞİ-nin rəis müavini S.M.Əliyevin 13 dekabr 2023-cü il tarixli MN № ******* saylı qərarının ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş "xxxx" MMC-nin direktoru X17 məhkəmə iclasında iştirak etməmişdi. Eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, işə şikayət vermiş "xxxx" MMC-nin direktoru X12 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X2 izahatında göstərdi ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin direktoru X17 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X6 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. X12 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də X17 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Şikayət tamamilə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxsin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” 13 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, vətəndaş X9 ixx.xx.2023-cü il tarixdə stehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış, lakin işçinin əmək müqaviləsi bildirişi altsistemə xx.xx.2023-cü il tarixdə saat 17:47-də daxil edilmiş, beləliklə işçi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozulmuşdur. X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, X12 barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəisi cənab Vəli Quliyevə ünvanlanan məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində saat 1555-radələrində “X10” MMC-nin (SDM) yeməkxanasında çalışan podratçı təşkilat FRESH Catering şirkətinin işçisi X9 15:55 radələrində SDM-in yeməkxanasında hazırlıq işləri görərkən ayağı sürüşmüş və sağ əli yağ olan qazanın içərisinə girmiş, sağ əl və sağ döş nahiyəsindən yanıq xəsarəti almışdır. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin ünvan 1 ünvanlanan 24 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, “işçimiz X9 oktyabr ayının 15-də sifarişçimiz olan “X10” MMC-nin ərazisinə saat 9:00-da daxil olub. xx.xx.2023-cü il tarixində saat 15:55 radələrində "X10" MMC-nin yeməkxanasında çalışan X9 işini görərkən, içində isti yağ olan qazanı qaldırarkən, sağ əlinə dağıdıb. Əraziyə çağırılmış təcili tibbi yardım X5 5 nömrəli xəstəxanaya çatdırıb və müalicə alıb. Xəstəlik vərəqəsi xx.xx.2023-cü il tarixində açılmış və xx.xx.2023-cü il tarixində bağlanılmış hesab edilir. İşçimiz evinə buraxılıb.”. Qəza/Hadisə haqqında məlumat formasından görünür ki, Socar DM-in mətbəxində xadimə X9 xx.xx.2023-cü il tarixdə saat 15:55 radələrində tavanı (sobanı) təmizləyən zaman isti bitki yağ üzərinə dağılmışdır. Hadisə həmin gün saat 16:00-da məruzə olunmuşdur. Portaldan çıxarışdan görünür ki, X11i ilə bağlanmış müddətli əmək müqaviləsi elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixdə, saat 17:47:52-də daxil edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən "xxxx" MMC-nin tərəfindən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsinin bildirişi, habelə iş üzrə araşdırılmış digər sübutlarla müəyyən olunmuşdur ki, işəgötürən "xxxx" MMC ilə X9 arasında bağlanmış əmək müqaviləsinin bildirişi xx.xx.2023-cü il tarixdə saat 17:47:52-də elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdə olan sübutlarla müəyyən olunur ki, X9 xx.xx.2023-cü il tarixdə saat 15:55 radələrində xəsarət almışdır, yəni əmək müqaviləsi elektron informasiya sisteminə daxil edilməmişdən əvvəl. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X13 Xidmətinin Bakı Şəhər İdarəsi "xxxx" MMC-nin rəhbəri tərəfindən işçilərin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsinə dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş "xxxx" MMC-nin rəhbəri barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 13 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil olmuş məlumat əsasında araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Hazırki halda daxil olmuş məlumat əsasında səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X12 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X17 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X12 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş 13 dekabr 2023-cü il tarixli MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" MMC-nin direktoru X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş 13 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər.
Hakim Vüsal Qurbanov