Məhkəmə qərarları › İş №3(005)-852/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-852/2022

06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-852/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Şikayət vermiş şəxs X4, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 25.02.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair X4 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 25.02.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayət təqdim etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində qəbul etdiyi 23 fevral 2022-ci il tarixli, MN № ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərarı ilə onun İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək 2000 manat cərimə edilməsi qərara alınmışdır. Həmin qərarla razı deyil, qərar qanunsuz və əsassızdır. Məhkəmə qaydasında ləğv edilməlidir. Qərar ona poçt vasitəsi ilə 12 mart 2022-ci il tarixdə təqdim edilmişdir. İlk öncə qeyd edir ki, onun tərəfindən İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməyibdir. Bundan əlavə barəmdə icraat aparılan zaman qanunla müəyyən edilən hüquqlarım təmin edilməyibdir. X12 protokol mənə təqdim edilməyibdir. Etiraz və izahat vermə hüquqlarım pozulubdur. Qərar qəbul edilən zaman iştirakım təmin edilməyibdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İzahatında bildirdi ki, həmin tullantıların olduğu ərazi ona məxsus mebel sexinin ərazisinə daxil deyil. Həmçinin protokolun tərtib edilməsindən məlumatlı olmamışdır. “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X13 izahatında bildirdi ki, şikayət əsassızdır. X1 iştirakı ilə tərtib edilmişdir. X2 ərazidəki tullantılarla bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan 25.02.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 1999-cu məhəllədə fəaliyyət göstərən mebel sexində formalaşan müxtəlif növ tullantıların qalaqlanması müəyyənedilmişdir. X9 İldırım oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi görə barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. “İcarəyəverən” "xxxx" ASC ilə “icarəçi” fərdi sahibkar X6 arasında bağlanmış Qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 01.01.2022-ci il tarixli, 04/2022-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 1999-cu məhəllədə yerləşən, Dövlət Əmlak Komitəsi tərəfindən 30.10.1997-ci il tarixdə verilmiş texniki pasporta əsasən “____” tikilisinin 220 kv.m qeyri-yaşayış sahəsini taxta sexi məqsədi üçün “İcarəçi”yə icarəyə vermiş, “icarəçi” isə icarəyə götürdüyü sahə üçün bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X11 oğlunun barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların X12 protokolda göstərilməməsi, X12 qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X11 oğlunun iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, “İcarəyəverən” "xxxx" ASC ilə “icarəçi” fərdi sahibkar X6 arasında bağlanmış Qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 01.01.2022-ci il tarixli, 04/2022-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 1999-cu məhəllədə yerləşən, Dövlət Əmlak Komitəsi tərəfindən 30.10.1997-ci il tarixdə verilmiş texniki pasporta əsasən “____” tikilisinin 220 kv.m qeyri-yaşayış sahəsini taxta sexi məqsədi üçün “İcarəçi”yə icarəyə vermiş, “icarəçi” isə icarəyə götürdüyü sahə üçün bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin ərazidə 5-6 mebel sexi fəaliyyət göstərir və ərazi "xxxx" ASC-yə məxsusdur. Həmçinin fotoşəkillərdən görünür ki, X5 məxsus sexin qarşısı təmizdir, ətrafında bəzi tullantılar var. Həmin tullantıların məhz X6 tərəfindən atılması sübut olunmur.Buna baxmayaraq X11 oğlu Azərbaycan Respublikası İXM-in 271-ci maddəsi ilə vəzifəli şəxs kimi inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X12 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X12 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin, İnzibati Xətalar Məcəllənin 117.2-ci maddəsinə əsasən qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Lakin X12 qərarından şikayət verilən dövlət orqanı X12 işin baxılmağa hazırlanması zamanı qərardad qəbul edilməsi, habelə X12 işə baxılması vaxtı və yeri haqqında X11 oğluna məlumat verilməsi, habelə X12 qərarın surətinin barəsində X12 iş üzrə icraat aparılan şəxsə verilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən X12 iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X12 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 133.2.8-ci maddəsinə görə X12 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X12 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X12 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X11 oğlu barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə tərtib edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X12 icraat aparılarkən səlahiyyətli orqan gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və X11 oğlu barəsində 25.02.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X11 oğlu Azərbaycan Respublikası İXM-in 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 25.02.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 25.02.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X11 oğlu barəsində Azərbaycan Respublikası İXM-in 271-ci maddəsi ilə X12 iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar