Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-853/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X2 nümayəndəsi “Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə İman oğlunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, guya vətəndaş X7 adında şəxs əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan müddətdə "xxxx" MMC-nin direktoru olaraq tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Halbuki, xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "xxxx" MMC arasında imzalanmış birgə fəaliyyət müqaviləsinə uyğun olaraq, xx.xx.2022-ci ildə 13 nəfər işsiz vətəndaşın iştirakı ilə “Sığorta Agenti" peşə hazırlığı kursu təşkil edilmişdir, təlimin başlaması üçün minimum 10 iştirakçı tələbi olduğu üçün 24 oktyabrda imzalanmış təlim üzrə bütün proseslər dekabr ayında tamamlanmış və 12 dekabrda təlim rəsmi olaraq başlamışdır. Təlim nəticəsində 4 təlim iştirakçısı şirkətlərində iş ilə təmin olunmuşdur. Şikayətdə adı gedən Orxan adlı şəxs onu və təmsil etdiyi MMC-ni şantaj etdiyinə görə barəsində hüquq-mühafizə orqanlarına müraciət edilmiş, ərizəsi əsasında Nərimanov RPİ-nin 18-ci Polis Bölməsində araşdırma gedir. Bundan başqa X12 Sığorta Agentliyinə "Sığorta Mütəxəssisi" təlimi elanı üçün 30 oktyabr 2022-ci ildə CV ilə müraciət edib. Aktiv fiziki şəxs kimi VÖEN-i olduğu üçün Dövlət Məşğulluq Xidmətinin Peşə təlimi Mərkəzi tərəfindən təlimə qatılamayacağı ona bildirilmişdir. Bundan sonra, Orxan Qulamlı işsizlər üçün olan aylıq 300 manatlıq təlimə qoşulmaq üçün 5 noyabr 2022-ci ildə VÖEN-ni öz iradəsi ilə deaktiv edib. İlk öncə işaxtaran 5 iş günü sonra işsiz statusu almışdır. Dövlət tərəfindən işsizlər üçün keçirilən təlimlərə qatılan şəxslərin araşdırması təxminən 5-15 gün müddətində davam edir. Təlimlər 10 nəfər tamam olduqdan sonra 12 dekabr 2022-ci il tarixində rəsmi olaraq başlamışdır. Bu müddət ərzində Orxan Qulamlı ofisə gəlmiş, hətta yolda çəkdiyi videoları könüllü olaraq göndərmişdir. Ofisə hər dəfə fərqli ideyalar ilə gəlmiş, könüllü olaraq video çəkilişlər edib göndərmiş, təlimlərdən sonra Reklam və Marketinq sahəsində işləmək istədiyi üçün müxtəlif cəhdlər etmişdir. X8 və Marketinq təhsili, eləcə də bu sahədə ümumiyyətlə təcrübəsi olmadığı və praktiki yanaşması Agentliyin tələblərinə uyğun olmadığı üçün təlimdən sonra qavradığı biliyin nəticələri olaraq təkrarən sığorta agenti olaraq işləyib-işləməməsinin mümkünlüyü barədə məlumat verilmişdir. Orxan Qulamlı təlimin ilk ayı nəzəri hissədə dərslərdə aktiv iştirak etmiş, 2-ci ay-istehsalat təcrübəsində müştərilər ilə danışa bilməyəcəyini deyərək təlimə gəlməmişdir. Sonda isə 4 gün müddətində təlimlərdə iştirak etmədiyinə görə təlimdən uzaqlaşdırılmışdır. İlk ay üçün dövlət tərəfindən təqaüdü isə kartına ödənilmişdir. Orxan Qulamlının sonradan iddia etdiyi, şirkət üçün hazırladığı 6 aylıq Marketinq plan, çəkdiyi videolar və ev tapşırığında əksiklərini təlim zamanı dediyi üçün təlimçiyə 5000 manat olmaqla, cəmi 29300 manat tələb edərək 1 saat müddətində mənə vaxt verdiyini, pulu ödəmədiyim təqdirdə, bütün qurumlara onu məcburi şəkildə işlətdiklərini, şikayət edəcəyini və müxtəlif təşkilatlara şikayət edərək şirkətin imicinə xələl gətirəcəyini bildirmiş, hər gün fərqli məbləğ istəyərək ofisə gəlmiş, ən son xx.xx.2023-cü ildə onu telefon vasitəsi ilə təhqir etmişdir. Nəticədə etdiyi qanunsuz hərəkətləri barədə polis bölməsinə ərizə ilə müraciət edilmişdir. Eləcə də təlim müddətində gizli video çəkiliş edərək, ofisdən məlumat daşıyıcını və komputerdən məlumatları oğurlayaraq Vergilər İdarəsinə qeyri-legal işçiləri işlətdiyimizi. Mərkəzi Banka qanuna zidd fəaliyyət göstərdiyimiz haqqında iftira edici şikayət məktubları göndərmişdir. Bununla bağlı, hətta Vergilər Nazirliyinin əməkdaşları yerində ofisə operativ- yoxlama keçirtmiş və şikayətin əsassız olduğu qənaətinə gəlmişdir. Habelə, MMC-nin rəhbərliyi şikayətlə bağlı Azərbaycan respublikasının Mərkəzi Bankına dəvət olunmuş və fəaliyyətimizin Nizamnamə və Sığorta fəaliyyəti haqqında qanuna uyğun olduğu şərin əsassız olduğu aşkarlanmışdır. X1 etdiyi şikayətdə xx.xx.2023-cü ildə Müfəttişliyin Taleh (**********) adlı əməkdaşı tərəfindən şirkətin baş mühasibi və təlimin nəzəri hissə müəlliməsi olan Ülviyyə Məmmədova qəbul edilmiş və məsələni izah etmişdir. Orxanın saat 10:00 - 15:00 saatlarında işsizlər üçün Sosial Müdafiə Nazirliyi tərəfindən keçirilən təlimdə olduğu və ştata götürülmə halında təlimdən çıxarılacağı bildirilmişdir. İşə götürülmə üçün şirkətimizə uyğun heç bir bilik, təcrübə və bacarığının olmadığı bildirilmişdir. Həmin gün ofisə göndərilən məktubda, MMC-nin qanuni təmsilçisi olaraq görüşə gəlinmədiyi, növbəti görüşün xx.xx.2023-cü ildə olacağı qeyd olunmuşdur. Soruşulması halında görüşə sadəcə direktor və ya notarius tərəfindən etibarnamə verdiyi şəxsin iştirak edə biləcəyi bildirilmişdir. Halbuki görüşün məqsədi, heç bir bacarığı olmadığı üçün iş tapa bilməyən və işsizlər üçün təşkil olunmuş 300 manat təqaüdlü təlimə qoşulan, lakin 1 aylıq könüllü, şirkətimizə gəlir gətirməyən işlər üçün 29300 manat istəməsinin araşdırılması olmalı idi. xx.xx.2032-cü ildə Xəzər Sığorta Agentliyinin direktoru Xəyyam Hətəmov bütün sənədlər ilə çağrıldığı təşkilata, yəni Xidmətin Bakı şəhər İdarəsinə getmiş, İdarənin girişində nəzarəti həyata keçirən polis əməkdaşı bu işlə məşğul olan müfəttişin həmin vaxt DOST Agentliyində olduğunu, bu gün də işdə olmayacağı üçün qəbulun mümkün olmayacağını bildirmiş, bununla əlaqədar Xəyyam Hətəmov ofisə geri qayıtmışdır. Həmin vaxtdan bir müddət sonra Müfəttişlik xidmətinin rəisi Həmid Ədhəmov tərəfindən heç bir araşdırma edilmədən, Məşğuluq Xidmətinə sorğu göndərmədən, sahibkar dinlənmədən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati qərar ilə qərar ilə vəzifəli şəxs Xəyyam Hətəmovu 4000 manat cərimə etmişdir. Bununla bağlı təkrarən zəng edilən nömrə ilə əlaqə saxlanılmış, həmin şəxs bildirmişdir ki. mühafizəni həyata keçirən polis əməkdaşı icazə verməsə belə, qəbula gələn şəxs şikayət edib direktorun qəbul otağına daxil olmalı və ona öz dərdini bildirməli imiş. Qeyd olunan hallarla bağlı tərəfimdən bütün sübutlar ərizəyə əlavə olunur. Şikayət vermiş şəxs X2 nümayəndəsi “Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə İman oğlu verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, vətəndaş Orxan Qulamlının şikayət ərizəsi əsasında araşdırma aparılmışdır. X1 təqdim etdiyi yazışmalardan və sənədlərdən də görünür ki, o, rəsmi əmək müqaviləsi olmadan şirkətin funksiyalarının icrası ilə əlaqədar işə cəlb olunmuşdur. Bu halda şəxslə əmək müqaviləsi bağlanmalıdır. X13 ilə əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuşdur. Yekunda məhkəmədən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Lakin məhkəmə iclasında X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işləri yerinə yetirməyə cəlb etmədiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki iş materialların olan sənədlərin qarşılıqlı tədqiqi nəticəsində müəyyən edilmişdir ki, X4 əmək qanunvericiliyini pozmuşdur və inzibati xətaya görə barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 tərəfindən təqdim edilmiş sənədlərin tədqiqi nəticəsində Orxan Qulamlının rəsmi əmək müqaviləsi olmadan şirkətin funksiyalarının icrası ilə əlaqədar işə cəlb edildiyi aşkar edilmişdir. Bu hal “Whatsapp” sosial şəbəkəsində “XSA SMM Paylaşım” qrupunda qeydə alınmış yazışmalarla da öz təsdiqini tapır. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-853/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-853/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver