Məhkəmə qərarları › İş №3(005)-856/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-856/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-856/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X3, İnzibati qərar qəbul edən qurum Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, X5 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, 2024-cü il 10 dekabr tarixində idarə etdiyi BMW 530 E markalı, **-HF-*** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, S.Rəhimov küçəsində park etmiş və müvafiq qaydada 1181 qısa nömrəsinə SMS yazmaqla parklanma vaxtı başlayıb, bitirib və ödənişi etmişdir. AYNA tərəfindən ona parklanmaya görə əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə İXM-in 346-1.3-cü maddəsinə görə ona 60 manat məbləğində cərimə tətbiq edilib. Həmin qərardan “Asanpay” saytı vasitəsilə şəxsi kabinetindən xx.xx.2024-cü il tarixdə şikayət vermiş, lakin qərar ləğv edilməmişdir. Parklanma ərazisində “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun yol nişanlanmasını həyata keçirilmədiyi, habelə nişan və işarələnmə arasında ziddiyyətlərin lduğunu nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinin 135.1.4-cü bəndinə əsasən barəmdə tətbiq olunmuş AYN ******* nömrəli xx.xx.2024 tarixli elektron qərar ləğv olunsun. Texniki baxışdan keçmək məcburiyyətin olması səbəbindən AYN ******* nömrəli xx.xx.2024 tarixli elektron qərara görə ödəniş etdiyim 63 (altmış üç) manat məbləğ mənə geri köçürülsün. Parklanma ərazisində nişanlama işləri aidiyyəti qurum tərəfindən “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin tələblərinə müvafiq qaydada keçirilsin. “Asanpay” saytı vasitəsilə etdiyim müraciətə baxılmaması və müəyyən edilmiş müddətdə cavablandırılmaması səbəbindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə müvafiq tədbirlər görülsün. Məhkəmə iclasında iştirak edən barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X5 şikayətə uyğun izahat verərək barəsində tərtib olunmuş qərarın qanunsuz olduğunu, yol nişanı olsa da asfaltın üzərində heç bir nişanın olmadığını bildirmiş və qərarın ləğv edilməsini və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati qərar qəbul edən qurumun nümayəndəsi X6 şikayətə etiraz edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq yol nişanlarının yerləşdirildiyini, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində saxlanıldığını bildirmiş və foto şəkillərdən də sübut olunur. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-in 346-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 60 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Qərara əlavə edilmiş foto şəkillərdən aydın olur ki, **-HF-*** nömrəli “BMW 530E Hibrid” minik markalı avtomobil tərəfindən lövhədə “əlilliyi olan şəxs” tanınma nişanı yerləşdirilmiş ərazidə avtomobili saxladığı müşahidə edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin X bəndinə əsasən parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar. İXM-in 346-1.3-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə altmış manat məbləğində cərimə edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətməsinin səbəbi kimi sözügedən parklanma ərazisində qanunun tələblərinə əməl olunmamasını bildirsə də, məhkəmə qeyd olunanları, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyünü və həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Belə ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdən aydın olur ki, əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində “əlilliyi olan şəxs”lərin avtomobillərinin saxlanılması üçün ayrılmış ərazi olduğu yerləşdirilmiş lövhədən aşkar müəyyən edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar