Məhkəmə qərarları › İş №3(005)-857/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-857/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-857/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 noyabr 2023-cü il tarixli MN № ******* saylı qərarı ilə vəzifəli şəxs olaraq X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 5.000 manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında onun qərardan məlumatı olmamışdır. Mübahisələndirilən qərar ona rəsmi qaydada 23 fevral 2024-cü il tarixdə Nəsimi rayon İcra Şöbəsi tərəfindən təqdim edilməmişdir. Şikayət olunan qərar qəbul edilərkən və ona əsas verən inzibati protokol tərtib edilərkən barəsində inzibati iş aparılan şəxs olaraq X2 hüququ izah edilmədən və xəta ilə bağlı mövcud olmayan təhrifedici düzgün olmayan məlumatlar daxil edilməklə qəbul edildiyindən, inzibati xəta haqqında protokol təsbit olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinin tələbi kobud şəkildə pozulmuşdur. Şikayət olunan qərar onunla bağlı olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli protokol əsasında qəbul edilmişdir. Adı çəkilən inzibati xəta haqqında protokolun məzmununda qeyd olunanlara görə ünvan 1 ünvanında fəaliyyət göstərən “AY VİP” Centre salonunda X3 tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olduğu müəyyən edilmişdir. Bu səbəbdən də onun tərəfindən İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədildiyi qeyd olunmuşdur. “AY VİP” Centre gözəllik salonudur və salonda istifadə olunan avadanlıqların həmçinin protokolda qeyd olunan lazer üsulu epilyasiya aparatın istifadəsinə görə lisenziya tələb olunmur. Ona görə də Azəbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X1 vəkili və nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ilə razı deyil və araşdırma səthi aparılmışdır. Bu səbəbdən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxti və yeri barəsində xəbərdar edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və işə yenidən baxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən “AY VİP” Centre gözəllik salonu 23 oktyabr 2023-cü il tarixdə X1 lisenziya olmadan kosmetoloji iş və fəaliyyətlə məşğul olması aşkar edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən 23 oktyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında “AY VİP” Centre gözəllik salonunda X3 lisenziya olmadan özəl tibb fəaliyyəti göstərilməsi faktı aşkar edilmişdir. “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri” haqqında 23 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, “AY VİP” Centre gözəllik salonunda lisenziya olmadan kosmetoloji( lazer epilyasiyası) xidmətlərin göstərilməsi müəyyən edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Hazırki iş üzrə “AY VİP” Centre gözəllik salonu 23 oktyabr 2023-cü il tarixdə X1 lisenziya olmadan kosmetoloji iş və fəaliyyətlə məşğul olmasına dair hər hansı bir sübut məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Məhkəmə hesab edir ki, sübut kimi təqdim edilmiş foto-şəkillərin həmin salona aid olub-olmaması məsələsi, həmçinin salonda yoxlama aparıldığı vaxtda lazer fəaliyyəti ilə bağlı xidmətlərin göstərilib-göstərilməməsi məsələsi araşdırılmalıdır. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN seriyalı MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar