Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-860/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ/26711628 nömrəli, 17 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ/26711628 nömrəli, 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 17 mart 2025-ci il tarixdə ünvan 1 ünvanında Azərbaycan Yerüstü Nəqiliyyat Agentliyi tərəfindən ağ rəngli zolaqla təyin edilmiş (parklanma nömrəsi 20028) sahədə, digər avtomobillərlə eyni xətt üzrə özünə məxsus 99BB027 nömrəli avtomobili park edərkən “Azparking” mobil tətbiqi vasitəsi ilə 20028 nömrəli parklanma nömrəsi üzrə qeydiyyat aparmışdır. AYNA tərəfindən təqdim edilmiş parking sahəsi DYP əməkdaşı tərəfindən avtomobilin ikinci cərgədə dayanması kimi qiymətləndirilmiş (ona məxsus avtomobilin dayandığı parklanma yerinin sağında yoldan içəri bir avtomobillik boş sahə var, həmin sahədə digər avtoçobil park edilib) xx.xx.2025-ci il tarixli, EQ/26711628 nömrəli protokol tərtib edilmişdir.Son olaraq o, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Şikayət vermiş şəxs məhkəməyə xx.xx.2025-ci il tarixdə teleqram ünvanlayaraq məhkəmə iclasına gələ bilməyəcəyi barədə məlumat vermişdir. Məhkəmə, şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ/26711628 nömrəli, 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə «Kia Carnival minik» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməsi faktı üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında Məcəllənin 122.1-ci maddəsinə uyğun qaydada vətəndaş X2 barəsində EQ 26711628 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, qanunvericilikdə barəsində qərar çıxarılmış fiziki şəxsin şəxsən özü və ya nümayəndəsi və müdafiəçisinin şikayət verməsi nəzərdə tutmuşdur. Lakin hal-hazırda X3 şikayət etdiyi xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar onun barəsində deyil, X2 barəsində tərtib olunmuşdur. Bundan başqa şikayət verən şəxsin barəsində protokolu tərtib edilmiş şəxsin nümayəndəsi olmasını təsdiq edən rəsmi sənəddə iş materiallarına əlavə edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-ci maddəni rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ/26711628 nömrəli, 17 mart 2025-ci il tarixli tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-860/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-860/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver