Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-861/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, şikayət vermiş şəxs Portflix” MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, "xxxx" MMC-nin qanuni təmsilçisi X4 tərəfindən Nərimanov rayon DYPŞ İnzibati təcrübə üzrə baş inspektor polis kapitanı X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, 14.01.2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin qanuni təmsilçisi X4 tərəfindən Nərimanov rayon DYPŞ İnzibati təcrübə üzrə baş inspektor polis kapitanı X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, 14.01.2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X4 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək bildirdi ki, 14 yanvar 2022-ci il tarixdə Ziya Bünyadov prospektində "xxxx" MMC-ə məxsus Toyota Prius avtomobili ilə şirkətin nümayəndəsi (X3) hərəkət edərkən saat 11:00 radələrində YPX əməkdaşı şirkətin nümayəndəsini saxlamış və nəqliyyat vasitəsində reklamın yerləşdirilməsi qaydasının pozulması ilə ittiham edərək, nəqliyyat vasitəsini Baş X10i İdarəsinin 17№4i Siqnal - Cərimə Meydançasına yerləşdirmişdir. YPX əməkdaşının iddiasına əsasən 12 İyun 2021 tarixində nəqliyyat vasitəsi alqı-satqısından sonra nəqliyyat vasitəsinin qeydiyyat nişanı dəyişmişdir və reklama dair texniki şərtlər pasportuna əsasən reklamın yerləşdirilməsinə razılıq sənədi yenilənməlidir. Yerində protokol tərtib etmədən, nəqliyyat vasitəsinin reklam sənədlərini götürərək Nərimanov Rayon Yol Polis İdarəsinə yaxınlaşmalı, və sənədləri ancaq bu idarədə 6-cı otaqdan götürə biləcəyini vurğulamışdır. Şirkətin fəaliyyətində axsaqlıqların olmaması məqsədilə 15 yanvar 2022-ci il tarixdə (növbəti gün) sözügedən nəqliyyat vasitəsi üçün dövlət rüsumu ödənilərək, yeni reklamın yerləşdirilməsinə razılıq sənədi tərtib olunmuşdur. Buna baxmayaraq avtomobil 17 Yanvar 2022-ci il tarixində (3 gün sonra) sürücü ilə birlikdə Nərimanov Rayon Yol Polis İdarəsinə yaxınlaşdıqdan sonra Siqnal - Cərimə Meydançasından azad olunmuşdur. MMC-yə məxsus olan reklam sənədini polis əməkdaşlandan tələb etdikdə isə onun lazımsız olduğunu və bu sənədi artıq atdıqlarını bildirmişlər. Nədənsə reklama dair razılıq sənədini gizlətməyə çalışmışlar. Yol Polis idarəsində ona bu sənəd heç mövcud olmamış kimi İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə protokol tərtib olunacağı və 1500-2000 AZN məbləğində cərimə oluna biləcəyi bildirilmişdir. Bu zamana qədər heç bir protokol yazılmamışdır. Polis əməkdaşlarına 428.5-ci maddəyə əsasən qayda pozuntusu edilmədiyi izah edilmiş, nəqliyyat vasitəsinin üzərinə vurulan reklamın müvafiq icra hakimiyyətindən icazə alınaraq yerləşdirildiyi bildirilmiş və bundan sonra oradan ayrılmışdır. Şirkətə məxsus bütün sənədlər arxivdə saxlandığı üçün, reklama dair icazə sənədinin də bir nüsxəsi MMCdə olmuşdur və bu sənədin itməsinə görə narahat olmamışdır. Onlara protokol nüsxəsi verilmədiyinə görə hər hansı bir protokolun tərtib olunmadığını düşünmüşlər. Lakin bir neçə gün sonra elektron formada 2000 AZN dəyərində cərimənin olduğunu öyrənmişlər. hazırlı etirazı MMC barəsində çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Sözügedən nəqliyyat vasitəsi keçmiş tarixlərdə qeydiyyat nişanı nömrəsi **-UG-*** olmaqla fiziki şəxsə aid olub. Reklama dair texniki şərtlər pasportuna əsasən reklamın yerləşdirilməsinə razılıq sənədi alınıb və razılıq sənədi alındıqdan sonra nəqliyyat vasitəsinin üzərinə reklam yerləşdirilib. 12 iyun 2021-ci il tarixində rəsmi alqı-satqı edilərək üzərində reklam olan və reklamın yerləşdirilməsinə razılıq sənədi olan bu nəqliyyat vasitəsini şirkətin balansına keçirilmişdir. Hal hazırda nəqliyyat vasitəsinin sahibi “Portflix" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə ittiham edilirlər. Bu maddəyə əsasən: "Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan” və ya “nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla” nəqliyyat vasitələrində reklamın yayılmasına görə - hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Nərimanov rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov rayon DYPŞ İnzibati təcrübə üzrə baş inspektor polis kapitanı X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, 14.01.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən İXM-nin 428.5 halına yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 29.01.2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC İXM-nin 428.5 maddəsi ilə təqsirli bilinmiş və 2.000 manat cərimə edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X1 İXM-in 428.5-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Nərimanov rayon DYPŞ pilis mayoru X7 tərəfindən tərtib edilmiş TP ******* saylı, 29.01.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in 428.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə-fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan "xxxx" MMC-nin barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun nümayəndəsinin iştirakı təmin edilməmiş, araşdırma aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, Portflix” MMC barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət təmin edilməli, Nərimanov rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Portflix” MMC-nin barəsində İXM-in 428.5-ci maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, Portflix” MMC barəsində işə yenidən baxılması Nərimanov rayon DYPŞ-yə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Nərimanov rayon DYPŞ-nin polis mayoru X9 oğlu tərəfindən tərtib edilmiş TP ******* saylı, 29.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Nərimanov rayon DYPŞ-yə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-861/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-861/2022
31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver