Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-861/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X1, Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 275.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 13-cü məhəllə, yanvar 2025-ci il “X5 Baku” restoranının fəaliyyəti zamanı əmələ gələn səs-küy çirklənməsi səviyyəsinin müəyyən edilmiş normalardan yüksək olmuşdur. Bununla da Şəxs MMC barəsində İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin bildirdi ki, vətəndaş müraciəti əsasında araşdırma aparılıb, Havalandırma borusu vətəndaşın pəncərəsinin qarşısından keçir, səs-küy və digər narahatlıqlar yaradır. Nümayəndə tərəfindən monitorinq aparılıb. Onlar əraziyə baxış keçirdikdən sonra akt tərtib olunub. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə bildirdi ki, şikayət qoxu və səslə bağlıdır. Müəssisədə qoxu ümumiyyətlə yoxdur, səs isə texnologiyanın işi ilə bağlıdır. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, boru şikayətçinin evinin pəncərəsinin önündən keçir. Bununla bağlı şikayətçi ona hər hansı məlumat verməmişdir. Ciddi problem olmadığından hər hansı tədbir görməmişdir. Yekun olaraq ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, ünvan 13-cü məhəllə, “Payitaht Restaurant» MMC-yə məxsus “X5 Baku” restoranının fəaliyyəti zamanı əmələ gələn səs-küy çirklənməsi səviyyəsinin müəyyən olunmuş normalardan yüksək olması nəticəsində İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli Şəxs MMC-yə ünvanladığı məktubdan görünür ki, ünvan 13-cü məhəllə, Payitaht Restaurant» MMC-yə məxsus “X5 Baku” restoranının fəaliyyəti zamanı əmələ gələn səs-küy çirklənməsi səviyyəsinin müəyyən olunmuş normalardan yüksək olması nəticəsində Ekoloji qanunvericiliyin və İXMnin 275.2-ci maddəsinin tələbləri pozulmuşdur. Sözügedən faktla əlaqədar olaraq “Payitaht Restaurant» MMC təqsirli bilinərək barəsində yazılmış xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolun nüsxəsi MMC-yə göndərilərək, protokolun və digər sənədlərin İXM-nin 18.5-ci maddəsinin tələblərinə uyğun olarqa müvafiq qərar qəbul olunması üçün Bakı Şəhəri Nərimanov Rayon məhkəməsinə göndərilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, 89960 nömrəli monitorinq aktından görünür ki, yoxlama zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər Nərimanov rayonu Gigiyena və Epidemiologiya və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitariya-gigiyena, fiziki-kimyəvi toksikoloji sınaqlar loborotoriyasının mütəxəssisləri tərəfindən restoranın fəaliyəti zamanı binanın 4-cü mərtəbəsində yerləşən vətəndaş X3 yaşadığı K.Kazımzadə küç, 802-803-cü məhəllə ev 30, 226 nömrəli mənzildə lobarator müayinə işləri aparılmış, müayinə nəticəsinə əsasən uşaq yaşayış otağında səsin səviyyəsi 40 DBA (yol verilən səviyyə 35 DBA), titrəmə səviyyəsi Akorr=82 db (yol verilən 77 db), yataq otağında isə tistrəmə səviyyəsi Akorr=80 db (yol verilən 77 db) təşkil edərək yol verilən normalardan yüksək olduğu müəyyən edilmişdir. Göründüyü kimi “Payitaht Restaurant» MMC-yə məxsus “X5 Baku” restoranının fəaliyyəti zamanı səs-küy vibrosiyanın normadan artıq olmasını və manqaldan istifadə zamanı təmizləyici qurğudan istifadə edilməməsi faktı iş materiallarında olan protokol, monitorinq aktı və fotoşəkillərlə, o cümlədən məhkəmə iclasında edilmiş çıxışlarla öz təsdiqini tapmışdır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat aparılan “Payitaht Restaurant» MMC Azərbaycan Respublikasının İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri” Normalarının 1.1-ci bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. Həmin Normaların 1.2-ci bəndinə əsasən bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir. Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir. Həmin Normaların 1.3-cü bəndinə əsasən bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin 1.7-ci bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi səviyyələrinin nizama salınması insanın, cəmiyyətin və dövlətin təhlükəsizliyinin tərkib hissəsi olaraq ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Həmin Qanunun 5-ci maddəsinin 2.6-cı bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının müəyyən etmək ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifələrindən biri hesab olunur. Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. İXM-in 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMCİ XM-nin 275.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-nin 18.5, 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8000 (səkkiz min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-861/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-861/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver