Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-862/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1988-ci ildə Naxçıvan MR-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işləyən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 370/2019 saylı icra vərəqəsində göstərilən tələbi Şəxs icra etməmiş və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə də vəzifəli şəxs Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycandakı filialının rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nərimanov rayon icra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, “Avesta Konserni" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 2 ünvanda inşa edilmiş və xx.xx.2014-cü il tarixli 96 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 “B" literli yaşayış binasının 89 saylı mənzilinin əskik gələn 28.35 kv.m sahəsi üçün X7 tərəfindən artıq ödənilmiş 33421 manat məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq, tələbkar X6 verilməsi qət edilmişdir. İcra sənədi Nərimanov rayon icra şöbəsinin icraatına xx.xx.2020-ci ildə daxil olmuş, həmin tarixdə icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək, icra olunması üçün tələbin könüllü icrası ilə bağlı bildirişlə birgə borcluya, məlumat üçün tələbkara və aidiyyəti məhkəməyə göndərilmişdir. İcra sənədlərinin icrası ilə bağlı borclu "xxxx" MMC-nin mövcud bank hesabları barədə inkasso sərəncamları tətbiq edilmiş, lakin həmin hesablarda pul vəsaiti olmadığına görə icra sənədlərinin icrasını təmin etmək mümkün olmamışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinin icrası ilə bağlı tərəfimizdən borclu hüquqi şəxs "xxxx" MMC-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksindəki ümumi sahəsi 27.68 kv.m olan qaraj sahələrinin üzərinə həbs qoyulması üçün tərəfimizdən təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 8(005)-104/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. Daha sonra sözügedən daşınmaz əmlakın qiymətinin müəyyən edilməsi üçün tərəfimizdən müvafiq qiymətləndirmə mərkəzinə müraciət edilmiş və nəticədə borclu hüquqi şəxsə məxsus olan əmlak qiymətləndirmə mərkəzi tərəfindən 27680 manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra həmin həmin daşınmaz əmlakın açıq hərrac vasitəsilə satışını təmin etmək üçün tərəfimizdən xx.xx.2021-ci il tarixdə müvafiq hərrac mərkəzinə müraciət edilmişdir. Sonradan borclu hüquqi şəxs "xxxx" MMC-nə məxsus “X10” minik markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfimizdən müəyyən edilmiş, Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 50.2-ci maddəsinin tələbinə əsasən, xx.xx.2021-ci il tarixli qərarla üzərinə həbs qoyularaq icra olunması üçün AR BDYPl-nə göndərilmiş, eyni zamanda həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması üçün Nərimanov Rayon Məhkəməsinə təqdimatla müraciət edilmiş, təqdimat təmin edilmiş və Nərimanov Rayon Məhkəməsinin 8(005)-526/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı icra olunması üçün xx.xx.2021-ci il tarixli məktubla AR BDYPl-nə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Hərrac Mərkəzi xx.xx.2021ci il tarixli məktubla Nərimanov rayon icra şöbəsinə müraciət edərək, hərracın baş tutmadığını bildirmişdir. Həmçinin tərəfimizdən xx.xx.2021-ci il tarixdə borclu hüquqi şəxs "xxxx" MMC-nin mövcud bank hesabları barədə inkasso sərəncamları tətbiq edilmiş, lakin həmin hesablarda pul vəsaiti olmadığına görə icra sənədlərinin icrasını təmin etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilən məsələlərlə bağlı, xx.xx.2021-ci il tarixli məktubla icra sənədi üzrə tələbkar X6 müraciət edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu "xxxx" MMC-yə məxsus Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksində yerləşən və hal hazırda "xxxx" MMC-nin balansında olan iki ədəd ümumi 27.68 kv.m ibarət qaraj sahəsinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci il tarixdə tərəfimizdən yenidən “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərar qəbul edilərək "xxxx" MMC-nə göndərilmişdir. "xxxx" MMc tərəfindən sözügedən əmlak 20000 (iyirmi min) manat məbləğində qiymətləndirilmişdir. Daha sonra borclu "xxxx" MMC-yə məxsus Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksində yerləşən və hal hazırda "xxxx" MMC-nin balansında olan iki ədəd ümumi 27.68 kv.m ibarət qaraj sahəsinin açıq hərrac vasitəsilə satışının təşkil edilməsi üçün tərəfimizdən "xxxx" MMC-nə müraciət edilmişdir. "xxxx" MMC tərəfindən keçirilmiş sonuncu xx.xx.2022-ci il tarixli hərraclarda borclu "xxxx" MMC-yə məxsus Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksində yerləşən və hal hazırda "xxxx" MMC-nin balansında olan iki ədəd ümumi 27.68 kv.m ibarət qaraj sahəsi 14000 (on dörd min) manat məbləğində X1 və həmin əmlakın iş üzrə tələbkar X5 adına rəsmiləşdirilməsi üçün tərəfimizdən "xxxx" MMC-nə müraciət edilmişdir. Müvafiq icra sənədi üzrə mövcud olan borcun tam şəkildə aradan qaldırılması üçün tərəfimizdən aidiyyəti orqanlara əmlak sorğuları göndərilmişdir. Eyni zamanda icra sənədi üzrə borclu hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasında fəaliyyət göstərən digər hüquqi şəxslərə məxsus nizamnamələrdə payının olub-olmaması barədə tərəfimizdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. Bundan əlavə "xxxx" MMC-nə məxsus “MİTSUBİSHİ L200” minik markalı **-PV- *** dövlət qeydiyyat nişanlı və “İSUZU NPR 75” yük markalı **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması üçün tərəfimizdən xx.xx.2022-ci il tarixdə təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 8(005)-87/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. Borclu “Avesta Konsern" MMC tərəfindən Nərimanov Rayon Məhkəməsinin 8(005)- 87/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından apellyasiya şikayəti verilmişdir. İcra sənədinin icrası ilə bağlı Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün tərəfimizdən xx.xx.2022-ci il tarixdə təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 8(005)-88/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilməmişdir. Həmçinin borclu “Avesta Konserni" MMC-nin mövcud bank hesabları barədə tərəfimizdən təkrarən inkasso sərəncamları tətbiq edilmişdir. Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksində yerləşən və hal hazırda "xxxx" MMC-nin balansında olan iki ədəd ümumi 27.68 kv.m ibarət qaraj sahəsinin tələbkar X5 adına rəsmiləşdirilməsi üçün tərəfimizdən "xxxx" MMC-nin rəhbəri Şəxs xəbərdarlıq edilmişdir. Sözügedən əmlak borclu hüquqi şəxs tərəfindən tələbkarın adına rəsmiləşdirilmədiyinə və borcluya məxsus üzərinə məhkəmənin müvafiq qərardadı ilə həbs qoyulmuş “X10” minik markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təqdim edilmədiyinə görə "xxxx" MMC-nin rəhbəri Şəxs xx.xx.2022-ci il tarixə inzibati xəta haqqında protokol tərtib edilməsi ilə bağlı növbəti xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, o icra şöbəsinə gəlməmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin üzrə borclu ”Avesta Konsern” MMC tərəfindən onlara məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74ünvanında yerləşən yaşayış kompleksindəki ümumi sahəsi 27.68 kv.m olan qaraj sahələrinin ilkin və təkrar qiymətləndirilmələrinin ləğvi, həmçinin hərracın keçirilməsinə dair protokolun nəticələrinin etibarsızlığına dair ərizə ilə aidiyyəti məhkəməyə müraciət edilmişdir. Bu səbəbdən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsi məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs icra sənədinin icrasından qərəzli şəkildə yayınmır. Belə ki, icra məmurunun qanuni göstərişlərinə əməl etməyə çalışırıq. Misal üçün, icra məmuru tərəfindən baxış keçirilən zaman ona şərait yaradılıb. Lakin bildirmək istəyirəm ki, əmlak hərraca çıxarıldığı zaman ilkin qiymətləndirmədən sonrakı hərracda əmlak satılmamış və daha sonradan yenidən qiymətləndirilmə keçirilərək daha ucuz qiymət təyin olunmuşdur. Lakin əmlak keçirilən hərraclarda satılmamışdır. Hesab edirəm ki, bu, tərəfimizdən icra sənədinin icrasından qərəzli şəkildə yayınma kimi qiymətləndirilməməlidir. Göstərilənləri nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 370/2019 saylı icra vərəqəsindən görünür ki, cavabdeh “Avesta Konserni" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanda inşa edilmiş və xx.xx.2014-cü il tarixli 96 nömrəli alqı-satqı müqaviləsinə əsasən, X1 “B" literli yaşayış binasının 89 saylı mənzilinin əskik gələn 28.35 kv.m sahəsi üçün X7 tərəfindən artıq ödənilmiş 33421 (otuz üç min dörd yüz iyirmi bir)manat məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq, tələbkar X6 verilməlidir. xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması borclu "Avesta Konserni” MMC-yə bildiriş göndərilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-104/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il icra sənədinin icrası təmin olunanadək borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən 27,68 kv.m qaraj sahəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-526/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il icra sənədinin icrasını təmin etmək məqsədilə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “X10” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-87/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra sənədi üzrə borclu "xxxx" MMC-yə məxsus “Mitsibushi L200” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı və “İsuzu NPR 75” yük markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-88/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə xx.xx.1988-ci ildə Naxçıvanda anadan olmuş, ünvan 1ndə qeydiyyatda olan, borclu hüquqi şəxs "xxxx" MMC-nin rəhbəri olan Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin təqdimatı təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" MMC-nin direktoru Şəxs məhkəmə qərarları ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmiş, icra sənədinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-862/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-862/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver