Məhkəmə qərarları › İş №3(005)-862/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-862/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-862/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-00577/25 nömrəli, 07 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Bas Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/032315 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən "xxxx" MMC-nin ünvanına 42200881 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş **********6751 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi qeyd edilmişdir. İs üzrə Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursuna baxış zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən Bakı Bas Gömrük İdarəsində **********6751 sorqu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 42200881 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 15:53 radələrində “Beynəlxalq Dəniz Ticarət Limam” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, qeyd olunan yükə dair **********2628 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi gömrük orqanına rəsmiləşdirmək üçün xx.xx.2024-cü il tarixdə saat 12:23- də elektron formada göndərilmişdir. Araşdırma zamanı Abdulla-zadə Bəxtiyar Fəxrəddin oğlu izahatında bildirişdir ki, Şəxs MMCdə gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsində çalışır. Vəzifə öhdəlikləri şəxslər tərəfindən təqdim edilmiş sənədlər əsasında qısa idxal və gömrük bəyannaməsinin tərtib edilməsindən ibarətdir. "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış xidmət müqaviləsi əsasında MMC-nin ünvanına daxil olan yüklərə dair qısa idxal və gömrük bəyannaməsini o tərtib etmişdir. İsin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:53 radələrində "xxxx" MMC-nin ünvanına HDMU ******* nömrəli konteynerlə daxil olan yük “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə gömrük ərazisinə daxil olmuşdur. Həmin yüklər Bakı Bas Gömrük İdarəsində **********6751 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Əlavə olaraq bildirmişdir ki, **********2628 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə saat 12:23-də gömrük orqanına rəsmiləşdirmək üçün göndərmişdir. "xxxx" MMC-nin üvanına HDMU ******* nömrəli konteynerlə daxil olan yük üçün **********2628 sorğu pmrəli qısa idxal bəyannaməsini xx.xx.2024-cü il tarixdə saat 12:23-də gömrük orqanına gsmiləsdirmək üçün göndərmişdir. Həmin qısa idxal bəyannaməsi ona təqdim olunan invovs, pakinq list, 34688731 nömrəli nəqliyyat sənədi əsasında tərtib etmişdir. "xxxx" MMC arəfindən ümumilikdə 56 adda mal sifariş olunmuşdur. Lakin, **********2628 sorğu nömrəli qısa idxal bəyannaməsini tərtib edən zaman 56 adda mal idxal olunacağını bildiyi halda 5-ci rafada 2 adda mal qeyd etmişdir. Bunu etməkdə məqsədi malların qısa idxal bəyannaməsi plmadan keçməsinin qarşısını almaq idi. **********6751 sorğu nömrəli gömrük jəvannaməsi tərtib edilən zaman 56 adda malı 5-ci qrafada qeyd etmişdir. Gömrük saydalarının pozulduğunu qəbul edir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, "xxxx" MMC -nin ünvanına 42200881 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 15:53 radələrində ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********2628 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə qətirilməzdən əvvəl, yəni xx.xx.2024-cü il tarixdə saat 12:23-də gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Lakin gömrük orqanına təqdim edilən **********2628 sorğu nömrəli xx.xx.2024cü il tarixli qısa idxal bəyannaməsinin və **********6751 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi 5-ci qrafasında uyğunsuzluq yaranmışdır. Belə ki, **********2628 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsinin 5-ci qrafasında 2 adda mal, **********6751 sorqu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi 5-ci qrafasında isə 56 adda mal qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikas Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Çin Xalq Respublikasından "xxxx" MMC-“in ünvanına 42200881 qeydiyyat nişanlı dəmiryol vaqonu vasitəsi ilə gələn yüklərə **********6751 sorğu nömrəli GB ilə bəyan edilmiş mallar üçün idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilməmiş və nəticədə sözü gedən gömrük bəyannaməsinin 40-cı qrafası doldurulmamış qalmışdır. **********6751 saylı gömrük bəyannaməsinə və həmin bəyannamələrə qoşma edilmiş sənədlərə baxış keçirilərkən qeyd edilən sənədlərə əsasən faktiki olaraq idxalatçının Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət olduğu öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı Baş Gömrük idarəsində **********6751 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Çindən 42200881 nömrəli mallara dair **********2628 saylı xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsinin mallar ölkə ərazisinə daxil olmazdan əvvəl elektron formada gömrük orqanına təqdim edildiyi, lakin idxalatçı qismində Şəxs MMC-nin qeyd olunduğu aşkar edilmişdir. Faktiki olaraq idxalatçının Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət olduğu öz təsdiqini tapmışdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Qanunla bəyannaməçi tərəfindən gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməsi, təhrif olunmuş məlumatın verilməməsi və yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılması məcburi hal kimi müəyyən edilmişdir ki, bu tələbin yerinə yetirilməməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi Şəxs tərəfindən bu tələb pozulmuşdur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar