Məhkəmə qərarları › İş №3(005)-864/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-864/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-864/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Şəxs MMC barəsində Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun 10 mart 2022-ci il tarixli qərarı ilə Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq araşdırma aparılmışdır. Göstərilən qərardan görünür ki, hüquqi şəxs «Cargo Line” MMC (VÖEN: **********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - X2 (FİN: 4HBMZUC) MTK- nın onun xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X3 23.08.2021-ci il tarixdən 04.11.2021 -ci il tarixədək ünvan 4nvanında yerləşən «Cargo Line” MMC-də anbardar kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərarı qəbul etmiş prokurorluğun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs MMC-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə göstərilən orqanın şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Nərimanov rayon prokurorluğunda toplanmış material üzrə sənədləri məhkəmə iclasında tədqiq edilərkən müəyyən olundu ki: 05.01.2022-ci il tarixdə Nərimanov RPİ-dən rayon prokurorluğuna Abşeron rayon sakinləri X6 və X4 ərizə ilə rayon prokurorluğuna müraciət edərək, «Cargo Line" MMC tərəfindən iş saatından əlavə 7-8 saat işlədildiklərini, bunun qarşılığında əmək haqqlarınının ödənilmədiyini və şirkət tərəfindən onlarla rəsmi əmək müqaviləsinin bağlamımadığını bildirmişdirlər. Həmin material rayon prokurorluğunda 58-C-22 nömrəsi ile qeydiyyata alınaraq ilkin yoxlamanın aparılması Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X5 həvalə edilmişdir. Aparılmış ilkin yoxlama nəticəsində toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən 05.02.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar prokuror nəzarəti qaydasında öyrənilərkən əsassız olduğu müəyyən edilmiş və 03.03.2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən Nərimanov rayon prokuroru, kiçik ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən ləğv edilərək əlavə yoxlamanın aparılması yenidən ona həvalə edilmişdir. Araşdırma zamanı X6 göstermişdir ki, 2020-ci ildə Azərbaycan Texniki Universitetinin Elektrotexnika və energetika fakültəsinin Elektrik mühəndisliyi ixtisasını bitirdikdən sonra hərbi xidmətə yollanmış, 2021-ci ilin ortalarında hərbi xidmətdən qayıtdıqdan sonra iş axtarmağa başlamışdır. 23.08.2021-ci il tarixdə ünvan 4nvanında yerləşən «Cargo Line" MMC-də anbardar kimi işə başlamışdır. Onu işə MMC-nin direktoru Asiman Abdullayev götürmüşdür. Aylıq 400 manat müqabilində razılaşmışdır. «Cargo Line” MMC Türkiyə Respublikasından malların ölkəmizə daşınması işi ile məşğul olan karqo şirkətidir. İşi müştərilərin gələn mallarını qəbul etmək, onları çeşidləmək və təhvil verməkdən ibarət olmuşdur. Bir müddət işlədikdən sonra müştərilərin sifariş etdikləri bağlamalarda gecikmələr olmağa başlamışdır. Tez- tez müştərilərdən şikayətlər daxil olmuşdur. Bağlamalar «Cargo Line” MMC-nin ünvan 4nvanında yerləşən anbarına daxil olduqdan sonra onların tez müddətdə müştərilərə verilməsi üçün Asiman Abdullayevin göstərişi ilə iş saatından sonra gecələr anbarda qalıb malları çeşidləmişdirlər. İş saatından əlavə 7-8 saat işləsə də, əlavə maaş verilməmişdir. İşlədiyi birinci ay Asiman Abdullayev tərəfindən maaşı 370 manat verilmiş, ikinci ay 200 manat, üçüncü ay isə, ümumiyyətlə heç bir məvacib ödənilməmişdir. Maaşını tələb edən zaman, Asiman Abdullayev “müvəqqəti çətinlikdir, qaydasına düşəcək” demişdir. Lakin, vəziyyət belə davam etdiyi üçün 04.11.2021-ci il tarixdən işə getməmiş, işdən çıxdıqdan sonra Asiman Abdullayevlə əlaqə saxlayıb emək haqqını istəmiş, lakin bu günədək pulu ona ödənilməmişdir. ünvan 1 ünvanında yerləşən «Cargo Line” MMC- də anbardar kimi işlədiyi müddət ərzində tələb etməyinə de baxmayaraq, şirkətin direktoru Asiman Abdullayev tərəfindən onunla rəsmi qaydada əmək müqaviləsi bağlanmamışdır. «Cargo Line" MMC barəsində qanunamüvafıq tədbir görülməsini və emək haqqımın ödənilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. İzahatı alınmış X4 göstərmişdir ki, hazırda X12 tərbiyəsi və X7 fakültəsi, Yüngül atletika ixtisası üzrə təhsil alır, 4-cü kurs tələbəsidir. 2021-ci ilin ortalarında işləmək qərarına gəlib iş axtarmışdır. 07.07.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən «Cargo Line” MMC-də anbardar kimi işə başlamışdır. Onu işə MMC- nin direktoru Asiman Abdullayev götürmüşdür. Aylıq 400 manat müqabilində razılaşmışlar. «Cargo Line" MMC Türkiyə Respublikasından malların ölkəmizə daşınması işi ilə məşğul olan karqo şirkətidir. İşi müştərilərin gələn mallarını qəbul etmək, onları çeşidləmək və təhvil verməkdən ibarət olmuşdur. Bir müddət işlədikdən sonra müştərilərin sifariş etdikləri bağlamalarda gecikmələr olmağa başlamışdır. Tez-tez müştərilərdən şikayətlər daxil olmuşdur. Bağlamalar «Cargo Line" MMC-nin ünvan 2 ünvanında yerləşən anbarına daxil olduqdan sonra onların tez müddətdə müştərilərə verilməsi üçün Asiman Abdullayevin göstərişi ile iş saatından sonra gecələr anbarda qalıb malları çeşidləmişdirlər. İş saatından əlavə 7-8 saat işləsə de, ona əlavə maaş verilməmişdir. İşlədiyi 4 ay 8 gün müddətində maaşını heç vaxt tam şəkildə aylıq 400 manat olaraq verməmişdir. Hər dəfəsində 100-200 manat maaşından kəsir qalmışdır. Maaşımı tələb edən zaman, Asiman Abdullayev “müvəqqəti çətinlikdir, qaydasına düşəcək" demişdir. Lakin, vəziyyət belə davam etdiyi üçün 15.11.2021- ci il tarixdən işə getməmişdir. İşdən çıxdıqdan sonra Asiman Abdullayevlə əlaqə saxlayıb əmək haqqını istəmiş və şikayətlər ünvanlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” 09 mart 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs MMC- nin direktoru X1 əməlində Azərbaycan Respublikası CM-nin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilməsi, Şəxs MMC-nin direktoru X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna məlumat verilməsi qərara alınmışdır; “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 10 mart 2022-ci il tarixli qərardan görünür ki, 1.Hüquqi şəxs «Cargo Line” MMC (VÖEN: **********) - (hüquqi ünvanı ünvan 3 ünvan 4nvanında fəaliyyət göstərən) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1 -ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərarın baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış orqan Şəxs MMC tərəfindən işçini əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilmədən əmək fəaliyyətinə cəlb etməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata başlamışdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in: 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası çərçivəsində tənbeh tədbiri inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar