Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-875/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 nömrəli Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxx 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. МН ******* нюмряли, 15 апрел 2021-ъи ил тарихли иnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3771/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-503/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4354/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5216/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3973/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2783/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Beləliklə, barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3771/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs, cəmi 149,21 AZN tutularaq tələbkar “xxxx” KB ASC-nin xeyrinə ödənilməlidir. Nizami Rayon Məhkəməsinin 2(007)-503/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən 1 uşağın saxlanılması üçün xx.xx.2009-cu il tarixdən başlayaraq borclu Şəxs hər ay sabit pul məbləğində 100 manat aliment tələbkar X2 xeyrinə ödənilməli və İXM-in 313-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-4354/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs, cəmi 338,59 AZN tutularaq tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5216/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs, cəmi 576 AZN tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3973/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs, cəmi 5369 AZN tutularaq tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməlidir Nizami Rayon Məhkəməsinin 2(007)-2783/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 1 uşağın saxlanılması üçün borclu Şəxs hər ay sabit pul məbləğində 155 manat aliment tələbkar X2 xeyrinə ödənilməli və 30 manat dövlət rüsumu dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərdə Nərimanov Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkarlara və müvafiq məhkəməyə göndərilmiş, lakin borclu icra sənədlərində qeyd olunan borc məbləğlərindən tələbkarların xeyrinə heç bir ödəniş etməmişdir. Borcluya məxsus ***-***-**-** nömrəli mobil telefonu barədə məlumat əldə edilərək Şəxs dəfələrlə şöbəyə dəvət olunmuşdur. Borclu ilə dəfələrlə aparılmış proflaktiki söhbətlər nəticəsində borclu icra şöbəsinə gələcəyini bildirsə də, gəlməmişdir. Bundan sonra borclunun icra sənədində qeyd olunan ünvan 2 ünvanına gedilmiş və qeyd olunan ünvanında borclunun yaşamadığı müəyyən edilmişdir. Həmçinin əldə olunmuş məlumata əsasən borclu ünvan 4 ünvanında 2-ci arvadı X5 ilə birgə yaşaması müəyyən edilərək sözügedən mənzilə tələbkarın iştirakı ilə gedilmiş, lakin borclunun qayınatası qapını açaraq borclunun və qızının burada yaşamadığını və harada yaşadıqlarını bilmədiyini demişdir. Qeyd olunanlar aktla rəsmiləşdirilmişdir. Bu səbəbdən də icra sənədlərinin icrasının təmin edilməsi mümkün olmadığından borclu barəsində axtarış haqqında qərar qəbul olunaraq icra olunması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. Şəxs ölkədən getmək hüququna məhdudiyyət qoyulmasına dair təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 8(005)- 186/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təqdimat təmin edilərək icra olunması üçün xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Borclu icra sənədlərində qeyd olunan borc məbləğlərindən tələbkarların xeyrinə heç bir ödəniş etməmişdir. Həmçinin, borclunun aliment üzrə 10151 manat borcu yaranmışdır. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, hazırki pandemiya şəraiti və karantin rejimi ilə əlaqədar borclarını ödəyə bilmir. İşsizdir, heç bir yerdən gəliri yoxdur. Bundan başqa yenidən ailə qurmuş və həmin nikahdan 2 övladı dünyaya gəlmişdir. İmkanı çatdıqca borclarını ödəyir. Maddi vəziyyəti düzələn kimi, yəni işlədiyi halda borcunu ödəyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X4 izahatında göstərdi ki, 2009-cu ildən borclu ilə aralarındakı nikah rəsmi qaydada pozulmuşdur. Məhkəmə qətnaməsi ilə xx.xx.2009-cu il tarixdən başlayaraq borclu Şəxs hər ay sabit pul məbləğində 100 manat aliment onun xeyrinə ödənilməlidir. Borclu birgə nikahdan olan uşağın saxlanılmasında maddi yardım etmir. Artıq 7 ildir ki, borclunun yerini müəyyənləşdirə və onunla əlaqə saxlaya bilməmişdir. Şəxs şikayətçidir. Bunu nəzərə alaraq borclunun barəsində ən sərt tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov Rayon Məhkəməsinin 2(005)-3771/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs, cəmi 149,21 AZN tutularaq tələbkar “xxxx” KB ASC-nin xeyrinə ödənilməlidir. Nizami Rayon Məhkəməsinin 2(007)-503/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən 1 uşağın saxlanılması üçün xx.xx.2009-cu il tarixdən başlayaraq borclu Şəxs hər ay sabit pul məbləğində 100 manat aliment tələbkar X2 xeyrinə ödənilməli və İXM-in 313-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-4354/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs, cəmi 338,59 AZN tutularaq tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-5216/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs, cəmi 576 AZN tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3973/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs, cəmi 5369 AZN tutularaq tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməlidir Nizami Rayon Məhkəməsinin 2(007)-2783/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 1 uşağın saxlanılması üçün borclu Şəxs hər ay sabit pul məbləğində 155 manat aliment tələbkar X2 xeyrinə ödənilməli və 30 manat dövlət rüsumu dövlət büdcəsinin xeyrinə ödənilməlidir; “İcraata başlamaq haqqında” xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixli qərarların və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişlərin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarların surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3771/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi, Nizami Rayon Məhkəməsinin 2(007)-503/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi, Xəzər Rayon Məhkəməsinin 2(003)-4354/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5216/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3973/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi, Nizami Rayon Məhkəməsinin 2(007)-2783/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” xx xxxxx 2021-ci il tarixli qərardan görünür ki, Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru Elgiz Qəmbərov tərəfindən icraatda Nərimanov Rayon Məhkəməsinin 2(005)-3771/2014 saylı, xx.xx.2014cü il tarixli, Nizami Rayon Məhkəməsinin 2(007)-503/2009 saylı, xx.xx.2009-cu il tarixli, Xəzər Rayon Məhkəməsinin 2(003)-4354/2015 saylı, xx.xx.2015-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5216/2014 saylı, xx.xx.2014-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3973/2015 saylı, xx.xx.2015-ci il tarixli və Nizami Rayon Məhkəməsinin 2(007)-2783/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərində borclu Şəxs olduğundan icra sənədləri ümumi icraatda birləşdirilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-186/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafından başqa, tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs törətdiyi xətanı etiraf etməsini əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarların mənafeyini, icra edilməyən öhdəliyin yetkinlik yaşına çatmayan uşaqların mənafeyi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 nömrəli Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-875/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-875/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver