Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-880/2022 19.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin sahə inspektoru X3, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 19 mart 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. 19 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Zərərçəkmiş şəxs 07.01.2022-ci il tarixdə müəlliməsi olduğu məktəbin 8-ci sinif şagirdinin valideyni vət. Şəxs tərəfindən təhqir edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin sahə inspektoru X7 protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, 07.01.2022-ci il tarixdə qızı evə gələn zaman ona məlumat verdi ki, müəllimə Zərərçəkmiş şəxs onu uşaqların içində təhqir edib ağladıb. Müəllimə uşaqların içərisində qızına demişdir ki, “sən gombulsan, bu paltarı geyinmə, qarnın görünür”. Qızı evə gəldikdən sonra ona bu barədə məlumat vermişdir. O da xalidə xanıma bununla bağlı öz etirazını bildirmişdir. Əsəbi olduğu üçün bir qədər yüksək tonla danışmış, lakin təhqir etməmişdir. Bildirir ki, uşağı xəstədir, yaxınlarda əməliyyat olunacaq. Buna görə də, Zərərçəkmiş şəxs onun qızına uşaqların içərisində belə münasibət göstərməyini qəbul etməmiş, emosional olmuşdur. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnun müdafiəçisi Vəkil çıxış edərək Şəxsnun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 32 ildir Bakı şəhəri 93 nömrəli tam orta məktəbdə biologiya müəlliməsi işləyir. 2022-ci ilin yanvar ayının 7-də 8 c sinfində dərs deyərkən təsadüfən əyləşərkən Əhmədova Fatimənin ətəyinin qısa olduğunu görmüşdür. Yavaşca ona tərəf əyilərək ətəyinin qısa olduğunu və bir qədər kök olduğu üçün yaxşı görünmədiyini bildirmişdir. Bundan sonra, Əhmədova Fatimə dərsdən sonra ona yaxınlaşaraq aqressiv şəkildə bildirmişdir ki, ona belə irad bildirməyə haqqı yoxdur. Onun pıçıltı ilə dediyi sözləri bütün sinifə eşitdirdi. Daha sonra, Əhmədova Fatimənin anası Şəxs 7 yanvar 2022-ci il tarixində axşam saatlarında whatsapp qrupuna səs ataraq nalayiq sözlərlə onu təhqir etmişdir. Sonda zərərçəkmiş şəxs X1 Afaq Baloğlan qızından şikayətçi olduğunu və həmin şəxsin barəsində ən ağır tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Bakı şəhəri 93 saylı orta məktəbin əməkdaşları tərəfindən tərtib olunmuş 12.02.2022ci il tarixli Aktdan görünür ki, Fatimənin valideyni whatsapp vasitəsilə səs göndərərək Xalidə müəllimənin ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, səs danışıqlarında ictimai qaydanı poza biləcək hər-hansı hərəkətlərin olması öz əksini tapmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatları, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Qanunvericiliyin mənasına görə, obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə, yəni fiziki şəxslər üzərində zor tətbiq olunması ilə; zorun tətbiq edilməsi hədəsi ilə; dövlətin və vətəndaşların əmlaklarının məhv edilməməsi; əmlakın zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törədilməsi ilə törədilir. Hazırkı iş üzrə isə görünür ki, Şəxs tərəfindən 07.01.2022-ci il tarixdə məhz qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-880/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-880/2022
19.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver