Məhkəmə qərarları › İş №3(005)-883/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-883/2022

21.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-883/2022 21.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İş № 3(005)-1329/2022 İnzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında QƏRARDAD 28 aprel 2022-ci il Bakı şəhəri Mən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızı, İcraatımda olan X2 barəsində inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı MN seriyalı ******* nömrəli, 28 aprel 2022-ci il tarixli; İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İXP seriyalı ******* nömrəli, 28 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokollara dair materiallar həmin tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Həmin materiala baxılması hakimin səlahiyyətinə aiddir. İşin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokollar İXM-in tələblərinə uyğun tərtib edilmişdir. İşin icraatını rədd edən və dayandıran hallar mövcud deyildir. İnzibati işin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 eyni vaxtda törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati xəta haqqında protokollar bir materialda 28 aprel 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan inzibati xəta haqqında protokolların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə İXM-in 34.2-ci maddəsinə əsasən, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən və Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolların bir icraatda birləşdirilərək baxılması məqsədəmüvafiqdir. İnzibati iş üzrə vəsatət və etirazlar yoxdur. Göstərilənlərə əsasən və İXM-in 102.3, 127 və 127.1.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 barəsində İXM-in 535.1 və 334.1-ci maddələri ilə inzibati material üzrə icraata başlanılsın. İşin açıq məhkəmə baxışı 28 aprel 2022-ci il tarixə saat 16:00-a təyin edilsin. (Nərimanov rayon Məhkəməsində, ünvan 1 ünvanda) Məhkəmə iclası Azərbaycan dilində aparılsın. Məhkəmə iclası inzibati xəta törətmiş şəxsin, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxslərin iştirakı ilə aparılsın. Hakim Gültəkin Əsədova İş № 3(005)-1329/2022 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol 28 aprel 2022-ci il Bakı şəhəri Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, X2 barəsində toplanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1 və 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında material üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. X2 barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib olunmuş 3(005)-1329/2022 və İXM-in 334.1-ci maddəsi ilə tərtib olunmuş 3(005)-1330/2022 nömrəli inzibati işlər daxil olmuşdur. Hakim inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab etdi ki, inzibati materiallar bir icraatda birləşdirilməlidir. Hakim iş üzrə birləşmiş materialların icraata qəbul edilməsi və işin məhkəmədə baxılmağa hazırlanması barədə qərardadı elan etdi. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar