Məhkəmə qərarları › İş №3(005)-883/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-883/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-883/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair məsələyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2020-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X2 tərəfindən həmin şikayətdə göstərilmişdir ki, hazırda barəsində şikayət etdiyi elektron qərardan şikayət vermə müddəti ötürülsə də, bu üzrlü səbəbdən baş vermiş, elektron qərarda inzibati xətanın hansı rayon ərazisində törədilməsi göstərilmədiyinə görə şikayəti aidiyyəti üzrə hansı rayon məhkəməsinə verməyi müəyyən etmək mümkün olmamış, bu barədə polis orqanına müraciət edərək qərarda inzibati xətanın hansı rayon ərazidində törədilməsinin qeyd olunmasını xahiş etsə də, müsbət nəticə olmamışdır. Ona görə də, hesab edir ki, onun tərəfindən qərardan şikayətin verilməsi müddəti, ötürülməsinin səbəbləri üzrlü sayılmaqla bərpa edilməlidir. Məhkəmə, X1 şikayət ərizəsində qeyd etdiyi həmin xüsusatları buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət kimi qəbul edir. Şikayət vermiş şəxs və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, ərizəni və əlavə edilmiş materiallara araşdırıb hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, İXM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpa olunması qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İXM-in 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verilməsi üçün qanunla müəyyən edilən müddətin buraxılmasını üzrlü hesab etməyə əsas olan hər hansı tutarlı dəlil bildirmədi. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxs X2 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verilməsi üçün qanunla müəyyən edilən müddət üzrsüz səbəbdən buraxılmış, buna görə də vəsatət təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2020-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərarından şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair X2 tərəfindən verilmiş vəsatət təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar