Məhkəmə qərarları › İş №3(005)-884/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-884/2021

30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-884/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş X3 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə, Vəkil Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-i tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 01 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Vəkil Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-i tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 01 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini, X4 qanunsuz həbs edən və barəsində protokol tərtib edən Nərimanov Rayon Polis İdarəsinin 18-ci PB-nin əməkdaşı barədə xüsusi qərar qəbul edilməsini və sonuncunu insan ləyaqətini alçaldan formada həbs edən və gözünün qarşısında başqa şəxsi döyən 18-ci PB-nin əməkdaşları barədə cinayət işinin başlanması üçün müvafiq dövlət orqanına məlumat verilməsi üçün xüsusi qərar qəbul edilməsini və X3 Konvensiyanın 3,5,10, 11, 18-ci və 1 saylı Protokolun 2-ci maddəsində göstərilən hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1255/2020 nömrəli 30.09.2020-ci il tarixli qərarı ilə X3 Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru A.Məmmədovun 01.06.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-724/2021 nömrəli 29.03.2021-ci il tarixli qərarı ilə X1 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, X3 Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinin sahə rəisi A.Məmmədov tərəfindən qəbul edilmiş 01 iyun 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 3(008)-1255/2020 saylı qərarı ləğv edilmiş, şikayət material ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X6 həbs edilməsini aşağıdakı kimi təsvir edir: özü Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 3-cü kurs tələbəsidir. Ödənişli əsaslarla təhsil alır. Hər il 2000 manat ödəniş edir. Covid-19 pandemiyası ilə əlaqədar 2020-ci il üzrə (ikinci semestr) təhsili dayandırıldı. Semestr ərzində 5 fənn üzrə dərs keçirildi. Bu fənlərdən yalnız ikisi (Fotojurnalistika və Televiziyada praktik iş) online keçirildi. Qrupda 25 tələbə idi. Televiziyada praktik iş fənn üzrə keçirilən online dərslərdə təxminən 10 nəfər tələbə iştirak edirdi. İkinci fənn isə Fotojurnalistika fənnidir. Bu fənn sırf fotokameralarla iş olduğu üçün, fotokameralar isə Universitetdə olduğu üçün online keçirilməsi qeyri-mümkün idi. Fənlər üzrə təhsil ala bilməsələr də, imtahanlar təyin edildi. Özü və bir sıra tələbələr bundan narazı idi. 13 may 2020-ci ildə Tələbə Tələbi səhifəsi, adı X5 sosial şəbəkəsində Event elan etdi. Event ondan ibarət idi ki, 01 iyun 2020-ci ildə saat 14-də tələbələr Təhsil Nazirliyinin qarşısına gəlib, öz problemlərini səsləndirsinlər. Özü də 01 iyun 2020-ci ildə Rüstəm İsmayılbəyli ilə birlikdə saat 13:40-da Təhsil Nazirliyinin qarşısına gəlmişlər. Ora gələndə görmüşlər ki, jurnalistlər və polislər ora yığışıb. Rüstəm İsmayılbəylini 5-6 polis nəfəri tutdu və dedi ki, onu Nazirlikdə səlahiyyətli şəxs gözləyir və onunla danışacaqlar. Rüstəm bildirdi ki, onların toplantısı saat 2-dədir və hələ başlamağına vaxt var. Bütün tələbələr yığışandan sonra o, səlahiyyətli şəxslərlə danışacaq. Lakin polislər ona dedilər ki, sonuncu dəfə deyirlər ki, Rüstəm Nazirliyə daxil olsun. Rüstəm etiraz etsə də, polis itələyə-itələyə onu Nazirliyin həyətinə saldı. Polislər və iki nəfər mülki geyimli şəxslər onu dövrəyə aldılar. Görmüşdü ki, Nazirliyin digər giriş hissəsində polis toplanan tələbələrə zorakılıq edir. Özü də onların yanına getmiş və görmüşdür ki, Allahverdi Həsənov jurnalistlərə müsahibə verir. Lakin polis gəlib jurnalistləri kobud şəkildə qovdu. Tələbələr Nazirliyinin qarşısında təxminən 15 dəqiqə toplaşmışlar. Tələbələrdən kimsə onlara demişdi ki, Allahverdi Həsənov, Zərifə Novruz və Rüstəm İsmayılbəylini polis Təhsil Nazirliyinin binasına salıb. Özləri də Həmin giriş qapısının yanına gedəndə polis onları kobud şəkildə uzaqlaşdırırdı. Polis onlara deyirdi ki, guya onlar karantin qaydalarını pozurlar. Halbuki, onların ağzında maska var idi. Sosial məsafəni də kifayət qədər gözləməyə çalışırdılar. Lakin polis özü onları itələyib bir-birinə yaxınlaşdırırdı. Özü Təhsil Nazirliyinin əsas girişində olanda görmüşdü ki, Rəhim Əhmədov müsahibə verir. Polislər də ona mane olur, onu itələyirdilər. Polislər (təxminən 5 nəfər) Rəhimi Nazirliyin divarına dirəyib hədələyirdilər. Polislər radsiya ilə polis maşını çağırırdılar. Rəhimi zorla başından əyib avtomobilə mindirdilər. Görmüşdür ki, həm də İlham Əhmədovu zorla avtomobilə mindirirlər. X10 İlhamın yanına gəldiyini və onun həbsinə etiraz etdiyini görmüşdü. O zaman Qiyası da həbs edib eyni avtomobilə mindirdilər. Polislərin həm də Sənay Qəhrəmanlını itələyib yerə yıxdığını görmüşdü. Jurnalistlər ondan həbs edilənlərin adını soruşanda digər jurnalist Ülviyyə Quliyevaya polisin zor tətbiq etdiyini görmüşdü. İstəmişdi ki, Ülviyyəni polisin əlindən alsın. Bu zaman iki polis biri yaxasından, bir də kəmərimin arxa hissəsindən tutub ona nalayiq söyüşlər söydülər və qollarından tutaraq onu aparmaq istədilər. Özü polisə demişdi ki, qollarını buraxsınlar, hara istəsələr gedəcək. Lakin polis qəfil başını var-gücü ilə əydi və qollarını arxadan burub avtomobilə mindirdi. Bu formada hamının gözü qabağında həbs olunmağı ona pis təsir etdi. Həm də qollarının arxadan burulması çox incitdi. Uzun müddət qolları ağradı. Avtomobildə başını əyən polis və digər iki polis vardı. Onu 18-ci Polis Bölməsinə gətirdilər. Görmüşdü ki, aksiyada iştirak edən şəxslər də, Rüstəm İsmayılbəyli, Qiyas İbrahimov, İlham Əhmədov, Hikmət Məmmədov, X11 Əhmədov da bölmədə idi. Onların hamısı bir otağa yığdılar. Həmin otaqda kapitan rütbəli mülki geyimli polis və yaşlı polis var idi. Biri onların adlarını qeyd edirdi. Mülki geyimli polis onlara dedi ki. rəis gələcək və onları onun yanına aparacaq. Rəis gəldikdən sonra onları 3-3 rəisin otağına saldılar. Rəisin otağına Allahverdi və Rəhimlə birlikdə girmişdi. Rəis onlara suallar verirdi ki, nə üçün Nazirliyin qabağına yığışmışlar, hansı tələbləri olub və s. Sonra onların üçünü rəisin otağından çıxan kimi soldakı otağa apardılar. Bir nəfər polis var idi və onların anket məlumatlarım topladı. Sonra onların üçünü dəhlizdə saxladılar. Görmüşdü ki, Qiyası rəisin otağına saldılar. Qiyas çıxdıqdan sonra polislərdən biri başladı Qiyası təhqir etməyə və vurmağa. Sonra onları birinci otağa apardılar. Qiyası söyən polis bizi təxribata çəkirdi. Həmin polis sanki bizi də qorxudurdu. Həmin polislərdən ikisindən biri Qiyasın yaxasından tutdu və divara vurdu. Sonra Qivasın sinəsinə yumruqla vurdu. Özü polisə etiraz edə bilmədi, çünki başa düşdü ki. polis onlara müdaxilə etməyə təhrik edirdi. Otaqda onlar üçün qoyulmuş suları da yığışdırdılar. Özü polisdən xahiş etmişdi ki, havası çatmır. Çünki maskada olmuşdur və maskanı çıxartmağa da qoymurdular. Amma polis maskasız idi. Onu də hava almağa qoymadılar. Sonra başqa polislər içəri girdi və Qiyasla mübahisə etməyə, onu təhqir etməyə başladılar. Polislərdən biri otağa girdi və Rüstəmin izahatını almağa başladı. Polis Rüstəmdən döyülüb-döyülmədiyini soruşdu. O zaman Qiyas döyüldüyünü dedi. Lakin polis bunu qeyd etmədi. Polis dedi ki, onu cərimələyəcəklər. Onları bir-bir adını qeyd edən polisin otağına aparırdılar. Anket məlumatlarını yenidən yazdılar. Polis onu başqa otağa apardı və orada protokol tərtib etdilər. Onun karantin qaydalarını pozması bildirilmişdir. Lakin buna etiraz etmişdi. Demişdi ki, heç bir qaydanı pozmamışdır, əksinə polis onlara zor tətbiq edib. Onu rəisin otağına apardılar. Rəis onunla “profilaktik” söhbət etdi. Nərimanov RPİ 18-ci Polis Bölməsinin polisi tərəfindən İXM-nin 211-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edildi. O, guya karantin qaydalarını pozmaqda ittiham edildi və inzibati tənbeh haqqında qərarla 100 manat cərimə edildi. Ona 01 iyun 2020-ci il tarixli protokol təqdim olunsa da, qərarı ona təqdim etməyiblər. Hesab edir ki, Nərimanov RPİ 18-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 01.06.2020-ci il tarixli qərarı qanunsuzdur və ləğv edilməlidir. İnzibati xəta haqqında qərardan şikayət vermiş X3 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında çıxış edərək X4 qanunsuz həbs edən və barəsində protokol tərtib edən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları barədə xüsusi qərar qəbul edilməsi, X4 insan ləyaqətini alçaldan formada həbs edən və gözünün qarşısında başqa şəxsi döyən 18-ci Polis Bölməsinin polisləri barədə cinayət işinin başlanması üçün müvafiq dövlət orqanına məlumat verilməsi üçün xüsusi qərar qəbul edilməsi, X3 Konvensiyanın 3, 5, 10, 11, 18-ci və 1 saylı Protokolun 2-ci maddəsində göstərilən hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru A.Məmmədovun 01.06.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X12 oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 100 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən (29 iyun 2020-ci il 142-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə məcəlləyə edilmiş dəyişikliyə qədər) epidemiya əleyhinə rejimin, sanitariya gigiyena və karantin rejimlərinin pozulması əməli inzibati xəta kimi müəyyən edilmişdir. Həmin əmələ görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə AR Nazirlər Kabinetinin Operativ Qərargahının 29 may 2020-ci il tarixli qərarının 1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə AR Nazirlər Kabinetinin Operativ Qərargahının 29 may 2020-ci il tarixli qərarının 1-ci bəndindən görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 15 iyun saat 00:00dək uzadılsın. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən dünyada yayılmış koronovirus (COVİD 19) pandemiyası ilə mübarizə və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il tarixədək uzadılmışdır. Bu halda X6 01.06.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti 49 ünvanında Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozmuşdur. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, X6 01.06.2020-ci il tarixdə karantin rejimi qaydalarını pozmaması barədə nə polis əməkdaşlarına, nə də ki məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəkil Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-i tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 01 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar