Məhkəmə qərarları › İş №3(005)-885/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-885/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-885/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ-nin X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP/7123827 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP/7123827 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Kia Optima” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti ilə “Yaşıl Bazar” istiqamətində hərəkətdə olan zaman yol nəqliyyat hadisəsinə məruz qalmışdır. Belə ki, həmin istiqamətdə hərəkət edən “BMW” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət etdiyi zolağın sağ tərəfində olan zolağda texniki nazasazlıq səbəbindən hərəkətsiz vəziyyətdə dayanmış dövlət qeydiyyat nişanını xatırlamadığı “Opel” markalı avtomobilin yanından sola manevr edərək onun hərəkət zolağına daxil olmuş, nəticədə qəza şəraiti yaratmış, qəzadan yayınması üçün çalışmağına baxmayaraq idarə etdiyi avtomobili vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisədən sonra hadisə yerinə gəlmiş yol patrul inspektoru qarşı tərəfdən tələb etməməsinə baxmayaraq ondan sənədlərini tələb etmiş, xx.xx.2024-cü il tarixində isə dəvət olunduğu X6 İdarəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə) tələbinə əsasən inzibati protokol tərtib olunmuşdur. Buna baxmayaraq “Asan Ödəniş” sisteminə baxanda müəyyən etmişdir ki, qərar bir gün əvvəl yəni xx.xx.2024-cü i tarixdə qəbul olunmuşdur (əlavə olunur). Həmçinin, baş vermiş hadisədən bir neçə gün sonra ona məlum olmuşdur ki, hadisəni törətmiş “BMW” markalı **-FD-*** dövlət qeydiyyat nişanl avtomobilin sürücüsünün müvafiq sənədləri ümumiyyətlə qaydasında deyil və yol patrul inspektoru bunu və ya sair səbəblərdən öyrəndiyi üçün hadisə yerinə gəldikdən sonra ondan sənədləri tələb etməmişdir. Bununla bağlı o aidiyyəti üzrə məhkməyə müraciət edərək xx.xx.2024-cü il tarixli İXP 662956 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və həmin iş üzrə başlanmış icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanv Rayon Məhkməməsiniı xx.xx.2024-cü il tarixli 3(005)-3494/2024 nömrəli qərarı ilə şikayəti qismən təmin edilməklə qərar ləğv edilmiş və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə tapşırılmışdır. xx.xx.2025-ci il tarixində asan ödəniş sistemində elektron kabinetimə baxan zamaı qərarın dəyişdirilmədiyi və xx.xx.2024-cü il tarixində yeni qərarın qəbul edildiyi göründü. Təkrar olaraq yenə həmin qərarın ləğv edilməsi və və həmin iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 3(005)-105/2025 nömrəli qərarı ilə yenə şikayəti qismən təmin edilməklə qərar ləğv edilmiş və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə tapşırılmışdır. DİN-nin aidiyyəti qurumu Nərimanov Rayon Məhkməsini sözügedən qərarından apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti təmin edilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)-373/2025 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-105/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq yendə DİN-nin aidiyyəti qurumu Azərbaycan Respublikasının məhkmələrinin qərarını heçə sayaraq öz bildiyi kimi, heç bir əsas olmadan, araşdırma olmadan qərarın dəyişdirməyib xx.xx.2025-ci il tarixdə eyni məzmunlu yeni qərar qəbul edib. Göründüyü üzrə cavabdeh qurum heç bir araşdırma aparmadan, formal olaraq qərar qəbul etmişdir. Belə ki, hər hansı bir görüntü və ya digər sübutla əlavə edilməmişdir. Şikayətlə müraciət edən X3 məhkəmə iclasında şikayət ərizəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək məhkmə tərəfindən müvafiq qərarın ləğv edilməsi və həmin iş üzrə başlanmış icraata xitam verilməsini istədiyini bildirmişdir. Həmçinin o qeyd etmişdir ki, artıq 3-cü dəfədir ki, eyni qərarı mübahisələndirir. Məhkəmədə inzibati xəta haqqında qərar qəbul etmiş AR DİN Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-105/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, X3 barəsində AR DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılmasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə tapşırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-373/2025 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-105/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, TP ******* nömrəli, xx.xx.2025-ci tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Baş X6 İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-105/2025 saylı qərarından görünür ki, X3 barəsində Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 31 dekabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsası ilə ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. Lakin Baş X6 İdarəsi tərəfindən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadan X3 barəsində xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X2 şikayət ərizəsi təmin edilməli, Bakı şəhər BPİ-nin X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128-137 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsinin X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat cərimə edilməsinə dair TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar