Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-893/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ10434909 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ10434909 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, X3 şikayət ərizəsini qanunvericiliyin tələbləblərinə zidd olaraq hazırlamış, həmçinin ərizəyə əlavə etmiş olduğu Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ10434909 saylı inzibati tənbeh vermə haqqında qərar başqa şəxs barəsində, X4 barəsində qəbul olunmuşdur. Bu isə öz növbəsində mübahisələndirdiyi məsələ ilə bağlı hansı qərardan şikayət vermək istəməsində şübhə yaratmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər natamam və yalnış şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ10434909 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ10434909 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-893/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-893/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver