Məhkəmə qərarları › İş №3(005)-895/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-895/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-895/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin Təhqiqat bölməsindən daxil olmuş 14000- 0152/22 nömrəli, 09 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs QSC tərəfindən xx.xx.2021-ci il tarixli **********5156 sorğu nömrəli gömrük bəyannaməsilə buraxılış ili 2021-ci il, “YV1LFL5ACN1792628” şassi nömrəli, “Volvo XC90” markalı nəqliyyat vasitəsi müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında rəsmiləşdirilmişdir. 25 yanvar 2021-ci il tarixdə Şəxs QSC tərəfindən gömrük prosedurunun uzadılmasına dair müraciət edilmiş, həmin nəqliyyat vasitəsi üçün müvəqqəti saxlanc müddəti 25 fevral 2022-ci ilədək uzadılmışdır. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq rəsmiləşdirmə üçün Şəxs QSC tərəfindən heç bir müraciət olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gömrük Əməliyyatları İdarəsinin rəisi Toğrul Həbibbəyli tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs QSC tərəfindən xx.xx.2021-ci il tarixli **********5156 sorğu nömrəli gömrük bəyannaməsilə buraxılış ili 2021-ci il, “YV1LFL5ACN1792628” şassi nömrəli, “Volvo XC90” markalı nəqliyyat vasitəsi müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında rəsmiləşdirilmişdir. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün Şəxs QSC tərəfindən heç bir müraciət olmamışdır. Şəxs QSC-nin nümayəndəsi X1 izahatından görünür ki, Şəxs QSC tərəfindən saxlanca götürülmüş nəqliyyat vasitəsinin rəsmiləşdirilməməsi bəzi sənədlərin çatışmaması ilə əlaqədar olduğunu, yaxın günlərdə qeyd olunan nəqliyyat vasitəsi gömrük orqanında rəsmiləşdiriləcəyini bildirmişdir. Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs QSC tərəfindən xx.xx.2021-ci il tarixli **********5156 sorğu nömrəli gömrük bəyannaməsilə buraxılış ili 2021-ci il, “YV1LFL5ACN1792628” şassi nömrəli, “Volvo XC90” markalı nəqliyyat vasitəsi müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında rəsmiləşdirilmişdir. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün Şəxs QSC tərəfindən heç bir müraciət olmamışdır. Bununla da, Şəxs QSC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar