Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-9/2024 09.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 vəkili və nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 vəkili və nümayəndəsi Nümayəndə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 vəkili və nümayəndəsi Nümayəndə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o uzun illərdir ictimai-iaşə sahəsində sahibkarlıq fəaliyyətini – Bakının Nərimanov rayonu ərazisində yerləşən “Çanaqqala” restoranının idarətməsini həyata keçirməkdədir. 11 X5 İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixində restorana gəlmiş, heç bir sertifikatı təqdim edilməyən naməlum bir avadanlıqla ölçmə aparmış və səs-küyün normadan artıq olduğunu bildirmişlər. Ölçmə restoranda səs gücləndirici avadanlıqların düz yanında aparılmışdır. Belə olan təqdirdə isə əlbəttə ki, səsin düzgün ölçməsi aparılmış hesab edilə bilməz. Çünki bu göstəricilər səsin restorandan kənara hansı dərəcə ilə getdiyini müəyyən etmək üçündür. Həmin gün aparılan yoxlama zamanı həmçinin qaz-toz tutucu qurğunun nasazlığı müəyyən edilmişdir. Tüstü ilə bağlı normalar bizim qanunvericiliklə tənzimlənmir. Buna dair ekologiya idarəsinin əməkdaşları bildirmişdir ki, SSRİ dövründə qəbul edilən QOST standartlar mövcuddur və həmin standartlarda qeyd edilən normalardan sizdəki tüstü miqdarı yuxarıdır. Həmin standartların qəbul edildiyi tarixdən uzun müddət keçməsi nəzərə alsınsa, qeyd edilən normaların heç bir aktuallığı qalmamışdır. Eyni zamanda, bütün qanunvericilik aktlarının müstəqillik dövründə yeniləndiyini bilirlər buna baxmayaraq, ekologiya nazirliyinin nəyə əsasən həmin standartları meyar olaraq götürdüyü aydın deyildir. Həmçinin qeyd olunan qaz-toz tutucu elə bir qurğudur ki, restoran kimi fəaliyyət sahələrində onun ehtiyat hissələri mütəmadi olaraq dəyişdirilir və daim işlək vəziyyətdə olması mümkün deyildir. Həmin gün də ekologiya idarəsinin əməkdaşları yoxlamaya gəlməmişdən qabaq artıq tərəflərindən qurğunun ehtiyat hissəsinin dəyişdirilməsi vaxtı çatdığı üçün müvafiq tədbirlər görülmüş, həmin əməkdaş da yoxlama zamanı qeyd edilən ehtiyat hissəsinin dəyişdirildiyinin şahidi olmuşdur. Bunlara baxmayaraq, tüstü ehtiyat hissəsi dəyişdirilməmişdən qabaq qeydə alınmış, dəyişdirildikdən sonra dəfələrlə təkid edilsə də, ölçmə aparılmamış, protokol tərtib olunmuş və 2500 manat cərimə olunmuşdur. Həmin cərimə ödənilmiş və 11 saylı ekologiya idarəsinə də bildirilmişdir ki, qeyd etdikləri nasazlıqlar aradan qaldırılmış, yəni səsgücləndirici avadanlıqların sayı azaldılmış, qurğunun ehtiyat hissəsi dəyişdirilmiş və işlək vəziyyətdə olması təmin edilmişdir. Buna baxmayaraq, 11 saylı ekologiya idarəsinin əməkdaşları yenidən xx.xx.2023-cü il tarixində restorana gəlmiş, qeyd edilən halların aradan qaldırılıb-qaldırılmadığını müəyyən etmişlər. Bu dəfə həm səs gücləndirici avadanlıqların sayının azaldılması, həm də qaz-toz tutucu qurğunun dəyişdirilməsi, buna dair bağlanılmış müqavilə, hesab-faktura, təhvil-təslim aktı onlara göstərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2555/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 vəkili və nümayəndəsi Nümayəndə şikayətinin təmin edilməsi, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2413/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən apellyasiya şikayətinin qismən təmin edilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 vəkili və nümayəndəsi Nümayəndə şikayətinin təmin edilməsi, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin 27 iyul 2023-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2555/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X5 və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 çıxış edərək bildirmişdir ki, daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Çanaqqala” restoranında yoxlama aparılmışdır. Yoxlama zamanı səs-küyün normadan artıq olduğu və eyni zamanda qaz-toz tutucu qurğunun nasazlığı müəyyən edilmişdir. Tərəflərindən 13 iyun 2023-cü il tarixdə yenidən yoxlama aparılan zaman problemlərin həll olunmadığı aydın olmuşdur. Nəticə etibarilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edilərək X7 barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbehi müəyyən edilmişdir. Sonda şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin çıxışını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş: Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarının surətindən görünür ki, xx.xx.2023-ci il tarixli, C-ME/2623-041 nömrəli icrası məcburi olan müddətli məcburi göstərişin tələblərinin yerinə yetirilməməsi ilə bağlı X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İXM-nin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Şikayətə əlavə edilmiş “Tapşırıq”dan görsənir ki, “Çanaqqala” restoranının fəaliyyəti zamanı ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının tələblərinə riayət edilməsi tapşırılmışdır. xx.xx.2023-cü il taixli “Təhvil təslim” aktından aydın olur ki, “Çanaqqala” restoranında manqal üçün elektrostatik filtr sisteminin detallarının təmiri və yenidən bərpası həyata keçirilmişdir. “Tüstü bacalarının təmizlənməsi” haqqında 01986 saylı 11.07.203-cü il tarixi aktdan görünür ki, icraçı "xxxx" MMC tərəfindən akt imzalanaraq aktda əks olunan xidmətlər üzrə tələblərin tam ödənildiyi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 11 X4 Ekologiya və Təbbi Sərvətlər İdarəsi tərəfindən İXM-nin 233.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi ilə bağlı 2250 manat cərimə ödənilmişdir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 116.1-ci maddəsinə Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3-540.5, 541- 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarmalıdır. 116.2-ci maddəsinə uyğun inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. İXM- nin 116.3-cü maddəsinə əsasən isə Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Məhkəmə materialları nəzərdən keçirib müəyyən edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş qərar qanun pozuntularına yol verməklə qəbul edilmişdir. 2023-cü ilin iyul ayının 13-də tərtib edilmiş protokol üzrə X3 ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının tələblərinə riayət edilməsi tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş aktlardan və ödəniş qəbzlərindən görünür ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən qurum tərəfindən göstərilən çatışmazlıqlar aradan qaldırılmışdır. Lakin buna baxmayaraq qurumun nümayəndələri tərəfindən heç bir əsaslı yoxlama aparılmadan akt tərtib edilmədən xx.xx.2023-cü il tarixdə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli MN1389488 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 vəkili və nümayəndəsi Nümayəndə şikayəti təmin edilsin. Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-9/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-9/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver