Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-9/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi X1 ilə, Şikayət vermiş şəxs X5, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, X5 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli AYN 0842325, 0842326, 0842327, 0842328, ******* inzibati tənbeh vermə haqqında elektron qərarlarının ləğv edilməsi barədə şikayəti açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli AYN 0842325, 0842326, 0842327, 0842328, ******* inzibati tənbeh vermə haqqında elektron qərarlarının ləğv edilməsi və hər bir iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştriak edən şikayət vermiş şəxs X7 qərarların Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən eyni gündə bir neçə qərarın elektron qaydada kabinetinə yerləşdirildiyini bildirmişdir və bu halların qanunsuz olduğunu bildirərək şikayətini müdafiə etdiyini və həmin qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X6 şikayətin əsassız olduğunu bildirərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə inzibati xəta materialı araşdırıb, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli AYN 0842325, 0842326, 0842327, 0842328, ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi prosedurunun hər bir qərara münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsinin, həmçinin bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını qeyd edərək hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-9/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-9/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver