Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-901/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin rəhbəri Şəxs, tələbkar “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, “xxxx” MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1 Kommersiya Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2-2(115)-47/2020 nömrəli icra sənədinin icrası ilə bağlı borclu “xxxx” MMC-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 19 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2- 2(115)-47/2020 nömrəli icra sənədinə əsasən borclu “xxxx” MMC-nin rəhbəri Şəxs tələbkara olan borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə, borclu MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, borclu “xxxx” MMC-dən 120257 manat 20 qəpik əsas borc, 300 manat cərimə olmaqla, cəmi 120557 manat 20 qəpik məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-47/2020 saylı, 17.03.2020-ci il tarixli icra vərəqəsi 13.10.2020-ci il tarixdə şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icra olunması məqsədi ilə “Elektron İcra” İnformasiya Sistemindən borclu “xxxx” MMC-nin “xxxx” ASC-də, “xxxx” QSC BOKT Bakı filialında, “xxxx” ASC-də, “xxxx” ASC-də, “xxxx” ASC-də mövcud olan bank hesablarına inkasso sərəncamları tərtib edilərək icra olunması üçün müvafiq banklara göndərilmiş, lakin bank hesablarında pul vəsaiti olmadığından inkasso sərəncamları icra olunmadan geri qaytarılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-47/2020 nömrəli, 17.03.2020-ci il tarixli icra sənədinin icra olunması məqsədi ilə “Elektron icra” informasiya Sistemindən əldə edilmiş məlumata əsasən borclu “xxxx” MMC-yə məxsus “İsuzu Boğdan” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, “İsuzu Boğdan” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, “PİKAP MİTSUBİSHİ L 200” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 43253” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı, “MAN” yük markalı **-JT-*** dövlət qeydiyyat nişanlı özüboşaldan, “MAN” yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, “MAN 33350” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı özüboşaldan, “MİTSUBİSHİ L200” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ L200” markalı, 10- PL-770 dövlət qeydiyyat nişanlı, “MAN” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı özüboşaldan, “MAN” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı özüboşaldan, “MAN” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı özüboşaldan, “MAN 33.360” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı özüboşaldan, “MAN” yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı özüboşaldan, “MİTSUBİSHİ PAJERO” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, “SHACMAN SX 5314GSNDT456” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, “SHACMAN SX 5314GSNDT456” xüsusi təyininatlı yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, “İsuzu Boğdan” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən edilmişdir. Bu səbəbdən həmin avtomobillərin üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət olunmuş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-729/2020 saylı, 10.12.2020-ci il tarixli qərardadına əsasən yuxarıda qeyd olunan avtomobillərin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-63/2021 saylı, 12.02.2021-ci il tarixli qərardadına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-729/2020 saylı, 10.12.2020ci il tarixli qərardadı dəyişdirilmiş, borclu "xxxx" MMC-yə məxsus ”MAN” yük markalı, **-JF- *** dövlət qeydiyyat nişanlı özüboşaldan, ”MAN” yük markalı, 90- JX-094 dövlət qeydiyyat nişanlı özüboşaldan və “HOWO” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Qərardad icra olunması üçün 09.03.2021-ci il tarixdə Baş Dövlət Yol Polisi idarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron portalından əldə edilmiş məlumatda borclu "xxxx" MMC-nin rəhbərinin Şəxs olduğu göstərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu "xxxx" MMC -nin rəhbəri Şəxs dəfələrlə icra məmru tərəfindən telefon və sms bildiriş vasitəsilə şöbəyə dəvət olmasına baxmayaraq, şöbəyə gəlməkdən imtina etmişdir. İcra sənədi üzrə borclu “xxxx” MMC-nin rəhbəri Şəxs tərəfindən icra sənədi üzrə borc məbləğindən hazırki tarixədək heç bir ödəniş edilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-47/2020 nömrəli, 17.03.2020-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin 8(103)-63/2021 saylı, 12.02.2021-ci il tarixli qərardadına əsasən tələb "xxxx" MMC-yə məxsus yuxarıda qeyd olunan avtomobillərə yönəldilmişdir. Həmin avtomobillərin şöbəyə təqdim olunması borclu cəmiyyətin rəhbərindən tələb olunsa da, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş sözügedən avtomobilləri şöbəyə təqdim etməmişdir. Bununla da borclu “xxxx" MMC-nin rəhbəri Şəxs edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar “xxxx” MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, Gəncə Kommersiya Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2-2(115)- 47/2020 nömrəli icra sənədi üzrə borclu “xxxx” MMC-nin rəhbəri Şəxs tərəfindən indiyənədək “xxxx” MMC-yə heç bir məbləğ ödənilməmişdir. Şəxs şirkətin balansında olan avtomobilləri icra məmuruna təqdim etməyi təklif etsə də, icra etməkdən yayınır. Belə ki, Şəxs müxtəlif bəhanələrlə avtomobilləri verməkdən yayınır. “xxxx” MMC “xxxx” MMC-yə məxsus avtomobillərin Qazax rayonundan Bakı şəhərinə gətirilməsi xərclərini öz üzərinə götürsə də, Şəxs buna şərait yaratmır. “xxxx” MMC-nin rəhbəri Şəxs şikayətçidir. Bunu nəzərə alaraq borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu “xxxx” MMC-nin rəhbəri Şəxs izahatında göstərdi ki, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. 2020-ci ilin may ayında “xxxx” MMC-yə rəhbər təyin olunmuşdur. Daha sonra rəhbəri olduğu “xxxx” MMC iflas olmuşdur. Hazırda borcun ödənilməsi üçün ona əlavə vaxt lazımdır. “xxxx” MMC-nin balansında olan avtomobillər Qazax rayonunda yerləşir və onların Bakıya gətirilməsinə etiraz edir. Tələbkar yalnız həmin avtomobillərin Qazax rayonunda qiymətləndirməsini həyata keçirərək satışını təşkil edə bilər. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmalarına baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirildiyindən, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında icra işinin materiallarına əsasən müəyyən olunur ki: Gəncə Kommersiya Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2-2(115)-47/2020 nömrəli qətnaməsindən görünür ki, 120257 manat 20 qəpik əsas borc, 300 manat cərimə olmaqla, cəmi 120557 manat 20 qəpik məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh “xxxx” MMC-dən “xxxx” MMC-nin xeyrinə tutulmalıdır; Gəncə Kommersiya Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2-2(115)-47/2020 nömrəli icra vərəqəsindən görünür ki, 120257 manat 20 qəpik əsas borc, 300 manat cərimə olmaqla, cəmi 120557 manat 20 qəpik məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh “xxxx” MMC-dən “xxxx” MMC-nin xeyrinə tutulmalıdır; “İcraata başlamaq haqqında” 13 oktyabr 2020-ci il tarixli qərardan və həmin tarixli 1165007/2020-15-19-003 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Gəncə Kommersiya Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2-2(115)-47/2020 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 12.06.2020-ci il tarixli, 2-2(104)-67/2020 saylı qətnaməsindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2- 2(115)-47/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2- 2(115)-47/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; “xxxx” Səhmdar Kredit Təşkilatı Bakı filialının Nərimanov rayon İcra Şöbəsinə ünvanlandığı 03 noyabr 2020-ci il tarixli, 525 saylı cavab məktubundan görünür ki, “X8” MMC şirkəti barədə icra sənədi və onun əsasında tərtib edilmiş 02.11.2020-ci il tarixli, 165007/20-4 nömrəli inkasso sərəncamları “xxxx” ASC Müştəri Xidməti Departamenti tərəfindən qəbul edilmiş, lakin hesabında vəsait olmadığı üçün ödəniş olunmamışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.12.2020-ci il tarixli, 8(005)- 729/2020 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-47/2020 nömrəli, 17.03.2020-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə borclu «xxxx» MMC-nin mülkiyyətində olan 1) İsuzu Boğdan markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı Avtobus; 2) İsuzu Boğdan markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı Avtobus; 3) PİKAP MİTSUBİSHİ L 200 minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomaşın; 4) Kamaz 43253 markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı; 5) MAN yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı, özüboşaldan; 6) MAN yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı; 7) MAN 33350 markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı özüboşaldan; 8) MİTSUBİSHİ L200 markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; 9) MİTSUBİSHİ L200 markalı. 10- PL-770 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; 10) MAN yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı Özüboşaldan; 11) MAN yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı Özüboşaldan; 12) MAN yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı Özüboşaldan; 13) MAN 33.360 markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı Özüboşaldan; 14) MAN yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı özüboşaldan; 15) MİTSUBİSHİ PAJERO minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı: 16) SHACMAN SX 5314GSNDT456 yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı; 17) SHACMAN SX 5314GSNDT456 Xüs/Təyin yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı; 18) HOWO yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı 19) İsuzu Boğdan markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur; Bakı Apellyasiya Məhkəməsinin 12.02.2021-ci il tarixli, 8(103)-63/2021 saylı qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 dekabr 2020ci il tarixli, 8(005)-729/2020 nömrəli qərardadı dəyişdirilmiş, Bakı Şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimat qismən təmin edilərək MAN yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı Özüboşaldan; MAN yük markalı, 90-JX094 dövlət qeydiyyat nişanlı Özüboşaldan; və HOWO yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Məhkəmə iclasında icra işinin materialları ilə müəyyən edildi ki, Gəncə Kommersiya Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2-2(115)-47/2020 nömrəli icra sənədi üzrə borclu vəzifəli şəxs Şəxs izahatında MMC-nin rəhbəri olduğunu, tələbkara borcunun olduğunu və hazırda şirkət iflas olduğu üçün ödəyə bilmədiyini bildirmişdir. İcra sənədi üzrə tələbkar “xxxx” MMC ərizə ilə şöbəyə müraciət edərək borclu tərəfindən heç bir ödənişin olmadığını bildirərək hüquqi şəxsin rəhbərinin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Borclu MMC-nin rəhbəri Şəxs şöbəyə dəvət olunmuş və onun tərəfindən icra sənədinin icrası ilə edilmiş hərəkətsizliklərin məhkəmə qərarının icrasına maneçilik kimi qiymətləndiriləcəyi və bu barədə inzibati protokolda müvafiq qeydlər aparılaraq baxılması üçün müvafiq məhkəməyə təqdim olunacağı nəzərinə çatdırılmışdır və bu barədə akt tərtib edilmişdir. Qeyd olunanlar, yəni borclu vəzifəli şəxs tərəfindən icra sənədinə əsasən onun üzərinə qoyulan tələblərin icra olunmaması onun tərəfindən icra sənədinin üzrsüz səbəbdən və qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki iş üzrə borclu vəzifəli şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədi üzrə tələbləri qərəzli olaraq yerinə yetirməmişdir. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs “xxxx” MMC-nin rəhbəri Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, vəzifəli şəxs “xxxx” MMC-nin rəhbəri Şəxs İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında İXM-in 32 və 33-cü maddələrinə müvafiq olaraq vəzifəli şəxs “xxxx” MMC-nin rəhbəri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, “xxxx” MMC-nin rəhbəri Şəxs icra sənədinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, “xxxx” MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-901/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-901/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver