Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-907/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X6 iştirakı ilə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan X7 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X14 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X14 barəsində xx.xx.2024-cü il tarixli AYN ******* №-li inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. Bu barədə məlumat ona "ASAN ödəniş" vasitəsilə təqdim edilmiş və sms vasitəsilə xəbərdarlıq edilmişdir. Qərar barədə məlumat “ASAN ödəniş" informasiya sistemində yerləşdirilmişdir. Müvafiq iş üzrə tərtib edilmiş AYN ******* №-li inzibati xəta haqqında elektron qərarı əsassız və qanunsuz hesab olunur. AYNA tərəfindən iddia edilir ki, X14 AR İXM-in 346-1.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X15 avtomobilin övladı X8 mülkiyyətində olduğunu bildirmişdir. X4 rayonu, Xırmandalı kəndində yaşayır, övladı avtomobili idarə etmək üçün ona da etibarnamə vermişdir. X5 Bakıya gəlib-getmir. Müvafiq avtomobil rayonda olduqda idarə edir. Avtomobil övladının sərəncamındadır və ən çox X15 tərəfdən ildə bir dəfə idarə edilmişdir. Bu baxımdan iş üzrə icraat onun barəsində aparılmalıdır. Yaqubov Yasər avtomobilini Nərimanov rayonu Nazim Hacıyev küçəsində saxlamışdır və həmin ərazidə parklanma qəbzi verən parkomat axtarmışdır. Parkomat olmadığı üçün şəxsi işinin həll edilməsi məqsədilə ərazidən uzaqlaşmışdır. Təxminən 8 saat sonra yaxınlaşaraq avtomobilinin parklandığı ərazidə parkomat axtarmışdır və parkomat olmadığı üçün onu idarə edərək oradan uzaqlaşmışdır. O, cərimə tətbiq edilərkən parklanma kimi idda edilən yeri tərk etməmiş və onun barəsində cərimə tətbiq edilmişdir. AYNA tərəfindən sadəcə elektron qərara əlavə olaraq maşınının şəkil əlavə edilmiş və parklanma müddətinin ölçülməsi ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. AYNA-nın qərarında göstərilmiş cihazın xüsusi texniki vasitə olub olmadığı bəlli deyil. Çünki xüsusi texniki vasitə barədə məlumat qərarda aşkar şəkildə qeyd edilməlidir. X14 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunaraq icrasına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X11 etiraz edərək bildirmişdir ki, 27 fevral 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan barəsində icraat aparılan X14 tərəfindən verilmiş şikayət qanunvericiliyin tələbləri baxımından əsassız olduğundan təmin edilməməli və həmin qərar qüvvədə saxlanmalıdır. X3 barəsində inzibati xəta haqqında parklanma müddətinin ölçülməsi ilə bağlı sübutun olmamasını qeyd etmişdir. X1 idarə etdiyi “VAZ 21154 MİNİK” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə, saat 10:12:13-dən 10:29:00-adək Nazim Hacıyev küçəsindəki 20052 nömrəli parklanma yerində saxlanması inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdə də göründüyü kimi təsdiq olunur. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı haqqında 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanın 1.11-ci bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin rəhbərləri, onların müavinləri (bu Siyahıda nəzərdə tutulan publik hüquqi şəxslər istisna olmaqla), həmin orqanların və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin yerli bölmələrinin rəhbərləri, onların müavinləri baxmağa səlahiyyətli şəxslərdir. X14 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 27 fevral 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar X10 sədr müavini tərəfindən qəbul edilmişdir. X2 vasitəsinin övladının mülkiyyətində olduğunu və iş üzrə icraatın onun barəsində aparılmasını qeyd etmişdir. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Lakin Y.Y.Yaqubov şikayətində göstərdiyi məlumat - inzibati xəta törədildiyi vaxtda “VAZ 21154 MİNİK” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini oğlunun idarə etməsi faktı heç bir formada təsdiqini tapmamışdır. X3 parklanma yerində parkomatın olmaması səbəbindən ödəniş edə bilməməsi əsas gətirmişdir. Qanunvericilikdə parklanmaya görə ödəniş üsulu yalnız parkomatlarla məhdudlaşdırılmır. Çünki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinin Xİ hissəsinə əsasən, parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş parkomat (nağd qaydada və ya plastik kartla), SMS, elektron ödəmə sistemləri və ya internet vasitəsilə həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Həmin maddənin XV hissəsinə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən parklanma müddətindən asılı olaraq həmin maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə ödəniş edir. Həmin maddənin XXİ hissəsinə əsasən sürücülər nəqliyyat vasitəsinin parkianmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün həmin maddənin XVİ hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar. Qeyd edilməlidir ki, həmin ərazidə parklanmanın ödəniş qaydası barədə məlumat lövhəsi var, orada ödəmənin üsulları aydın izah olunmuşdur. Eyni zamanda parklanma ödənişinin həyata keçirilməsi mobil tətbiqlə də həyata keçirilə bilər. X3 şikayətində Agentliyin səlahiyyətli qurum olmamasını qeyd etmişdir. Qeyd edirik ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 13 mart 2024-cü il 20 nömrəli Fərmanın 1.10-cu bəndinə əsasən sözügedən Fərmanın 2.31-1 -ci (hər iki halda), 2.34-cü, 2.35- ci və 2.37-ci (hər iki halda) bəndlərdə “Bakı Nəqliyyat Agentliyi” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir. Beləliklə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsində nəzərdə tutulmuş digər tələblərlə bağlı Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2 - 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi halları ilə bağlı Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur. Üstəlik Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qərardadı ilə qanunvericilikdə Bakı Nəqliyyat Agentliyinə aid edilmiş səlahiyyətlərin AYNA-ya şamil edildiyi bir daha təsbit edilmişdir. Eləcə də, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.5ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Analoji iş üzrə, İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə AYNA tərəfindən qəbul edilmiş qərar həm Səbail Rayon Məhkəməsinin 3(009)-305/2021 saylı 16 fevral 2024-cü il tarixli Qərarı ilə, həm də həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 3(103)-412/2024 saylı 01 mart 2024-cü il tarixli Qərarı ilə qüvvədə saxlanılmışlar və qeyd olunan qərarlarda İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin səlahiyyətləri mübahisə predmenti olmamışdır. Analoji işlərlə bağlı apellyasiya instansiyasının çoxsaylı qərarları mövcuddur. “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” (bundan sonra - BNA) publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına verilmişdir. Odur ki, sözügedən Fərmandan göründüyü kimi bu səlahiyyət Agentliyə ölkə başçısı tərəfindən verilmişdir. Həmçinin, qeyd edilməsi zəruridir ki, Agentlik tərəfindən şikayətdə qeyd olunan normativ hüquqi akta dəyişikliklərin edilməsi ilə bağlı müvafiq tədbirlər görülmüşdür. AYNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Ölkə Prezidentinin BNA-ya səlahiyyətlər verilməsinə dair əvvəlki Fərmandan sonra qəbul edilmiş “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanı BNAnın AYNA-ya qoşulması və BNA-nın bütün səlahiyyətlərinin AYNA ötürülməsini ehtiva edir. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 7.4-cü maddəsinə əsasən dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqan adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişikliklər edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” qoşulma yolu ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” olmuş və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin yenidən təşkilini həyata keçirilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Müki Məcəlləsinin 55.5-ci maddəsinə əsasən Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Beləlikə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin hüquqi varisidir. Beləliklə hesab edirik ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X14 şikayəti əsassızdır və təmin edilməməlidir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq, bütün ödənişli parklanma yerlərində Agentlik tərəfindən istifadəçilər üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə məlumat lövhələri yerləşdirilmişdir. Həmin lövhələrdə parklanma məntəqəsinin nömrəsi, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları; həmçinin parklanma yerlərindən istifadə qaydalarına dair məlumatlar yerləşdirilmişdir. Hər bir sürücü ödənişli parklanma məntəqəsinə daxil olarkən həmin məlumatlarla tanış olmalı və özünə uyğun ödəniş vasitəsini seçməlidir.Belə ki, sürücülərin rahatlığını təmin etmək məqsədilə həm sms, həm mobil tətbiq vasitəsi ilə, həm də ödəmə terminalı vasitəsi ilə (balansin artırılması) ödəniş üsulları mövcuddur. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X11 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 27 fevral 2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X14 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğunu bildirərək onun təmin edilməməsini, həmin inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayət vermiş şəxs X14 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXMin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, X7 inzibati icraat zamanı qaydaların pozulması barədə dəlilləri əsassız olmaqla hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəmə şikayət verən şəxs X12 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 346-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına verilmişdir. sözügedən Fərmandan göründüyü kimi bu səlahiyyət Agentliyə ölkə başçısı tərəfindən verilmişdir. Həmçinin, qeyd edilməsi zəruridir ki, Agentlik tərəfindən şikayətdə qeyd olunan normativ hüquqi akta dəyişikliklərin edilməsi ilə bağlı müvafiq tədbirlər görülmüşdür. AYNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Ölkə Prezidentinin BNA-ya səlahiyyətlər verilməsinə dair əvvəlki Fərmandan sonra qəbul edilmiş “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanı BNA-nın AYNA-ya qoşulması və BNA-nın bütün səlahiyyətlərinin AYNA ötürülməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qərardadı ilə qanunvericilikdə Bakı Nəqliyyat Agentliyinə aid edilmiş səlahiyyətlərin AYNA-ya şamil edildiyi bir daha təsbit edilmişdir. Bununla da , Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli orqan olması müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 13 mart 2024-cü il 20 nömrəli Fərmanın 1.10-cu bəndinə əsasən sözügedən Fərmanın 2.31-1-ci (hər iki halda), 2.34-cü, 2.35- ci və 2.37-ci (hər iki halda) bəndlərdə “Bakı Nəqliyyat Agentliyi” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsində nəzərdə tutulmuş digər tələblərlə bağlı Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2 - 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi halları ilə bağlı Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur. “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - AYNA) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X3nun şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə X7 şikayəti təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-907/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-907/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver