Məhkəmə qərarları › İş №3(005)-910/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-910/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-910/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, X4 iclas katibliyi ilə Şikayət vermiş şəxs – X3 iştirakı ilə, X5 tərəfindən verilmiş “buraxılmış müddətin bərpa olunmasına” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi və həmin şikayətə baxılması üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir. Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Şikayət vermiş X5 məhkəmədən müddətin bərpa olunmasına dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, ərizəni, iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməməlidir. İXM-nin 126.1-ci maddəsinə əsasən 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən və İXM-nin 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə hesab etmişdir ki, şikayətçi X1 orqan tərəfindən çıxarılmış qərarı prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra məhkəmədə mübahisələndirmiş, şikayət verilməsi üçün müddəti heç bir üzrlü səbəb olmadan ötürmüş, bununla bağlı tutarlı və əsaslı dəlil göstərə bilməmişdir. Eyni zamanda müraciətində qeyd etmişdir ki, barəsində tərtib edilən qərar barədə 2022-ci ilin iyun ayının sonlarında məlumatlı olmuşdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair X5 tərəfindən verilmiş vəsatət təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar