Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-911/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 497-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-00695/23 nömrəli, 17 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/002649 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən, Şəxs MMC (VÖEN **********) tərəfindən **********9115 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların xaricdə emal gömrük prosedurunda yerləşdirilərək Azərbaycan Respublikasından Amerika Birləşmiş Ştatlarına göndərildiyi, sözügedən bəyannamə əsasında xaricdə emal edilən malların xaricdə emal müddətinin xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən həmin malların geriyə qaytarılmadığı və ya digər gömrük prosedurunda rəsmiləşdirilmədiyi bildirilmişdir. Lakin, xaricdə emal müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq **********9115 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş “Sökülmüş vəziyyətdə seriya N05108C olan “Helivagon” nişanlı vertolyotların enməsi və aparılması üçün özü hərəkət edən araba-platforma” adlı malın xaricdə emal müddəti bitməmiş Şəxs MMC (VÖEN: **********) tərəfindən həmin yükün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi, xaricdə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş hüquqpozma uzanan hüquqpozmadır və həmin hüquqpozma faktı, yəni Şəxs MMC (VÖEN: **********) tərəfindən **********9115 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş yüklərin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və ya digər gömrük prosedurunda rəsmiləşdirilməməsi faktı 01,02.2023-cü il tarixdə aşkar edilərək 34/012/002649 saylı raportla Təhqiqat şöbəsinə müraciət edilmiş və aşkar edilməsinin üzərindən 1 (bir) il müddət keçməmişdir. Məlumat üçün bildirirlər ki, “Sökülmüş vəziyyətdə seriya N05108C olan “Helivagon" nişanlı vertolyotların enməsi və aparılması üçün özü hərəkət edən araba-platforma” adlı malın xx.xx.2019-cu il tarixdə **********9115 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilərkən invoys dəyəri 25050 ABŞ dolları, Azərbaycan manatına münasibətdə isə 42.585 ( qırx iki min beş yüz səksən beş) manat təşkil edirdi, belə ki, sözügedən tarixdə 1 (bir) ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi 1.7 manat təşkil edirdi. (xx.xx.2019-cu il tarixinə olan valyuta məzənnəsi barədə DGK-nın “VAİS” informasiya resursundan çıxarış raporta əlavə olunur). Araşdırma zamanı qeyd olunan faktla bağlı izahat verməsi üçün Şəxs MMC-nin (VÖEN: **********) səlahiyyətli nümayəndəsi xx.xx.2023-cü il tarixli 1400-013/0xx-xx/002307 saylı, xx.xx.2023-cü il tarixli 1400-013/0xx-xx/002483 saylı məktublarla dəvət edilmiş, lakin çağırışlar üzrə kimsə gəlməmiş, şirkət barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etməmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********9115 sorğu nömrə '2.02.2019-cu il tarixli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda • erləşdirilmiş malların emal müddətinin son tarixi xx.xx.2020-ci il tarixi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş hüquqpozma uzanan hüquqpozmadır və həmin hüquqpozma faktı, yəni Şəxs MMC (VÖEN: **********) tərəfindən **********9115 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş yüklərin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və ya digər gömrük prosedurunda rəsmiləşdirilməməsi faktı 01,02.2023-cü il tarixdə aşkar edilərək 34/012/002649 saylı raportla Təhqiqat şöbəsinə müraciət edilmiş və aşkar edilməsinin üzərindən 1 (bir) il müddət keçməmişdir. Bununla da Şəxs MMC tərəfindən İXM-in 497-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 Mart 2021 -ci il tarixli Qərarında göstərilmişdir ki, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquqpozmaların bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda-qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamındasubyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. İXM-in 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: iclasında Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 25050 ABŞ dolları, Azərbaycan manatına münasibətdə 42.585 (qırx iki min beş yüz səksən beş) manat məbləğinin 30 faizi miqdarında, yəni 12.775,5 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-911/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-911/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver