Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-913/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlu, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin23-cü Polis Bölməsinin xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzbati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X1 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin23-cü Polis Bölməsinin xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Belə ki, şikayətçi X1 mübahisələndirdiyi inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etsə də, şikayət ərizəsi qanunla nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Həmçinin Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göstərilən hal isə, işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir Göstərilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin23-cü Polis Bölməsinin xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından şikayət ərizəsi geri qaytarılmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin23-cü Polis Bölməsinin xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət baxılmadan ona geri qaytarılsın. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-913/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-913/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver