Məhkəmə qərarları › İş №3(005)-914/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-914/2021

19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-914/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 275.1.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 275.1.1-ci maddələri ilə MN seriyalı ******* nömrəli 13 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərilmişdir göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs dövlət ekspertizasının rəyi olmadan özün qazıntı işləri aparmış, tikinti sahəsində dörd ədəd ağac qanunsuz olaraq götürülməsi faktı aşkar olunmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 275.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs MMC tikilməkdə olan binanın inşa edilməsinə maneçilik yaradan ağaclara müvafiq rəy olmadan qazıntı işləri aparmış, tikinti sahəsində dörd ədəd ağac qanunsuz olaraq götürülmüşdür. Araşdırma aparılan zaman məlum olmuşdur ki, Bakı şəhəri Nərimanov İcra Hakimiyyəti başçısının 2017-ci il 01 may tarixli 181 nömrəli sərəncamı ilə Nərimanov rayonu Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni yaşayış binalarının tikilməsi məqsədi ilə “xxxx” MMC-nin istifadəsinə ayrılmış torpaq sahəsi dəyişdirilərək Şəxs MMC-nin adına rəsmiləşdirilmişdir. Tikintinin layihə sənədlərinə dair AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X7 Şəhərsalma Komitəsi tərəfindən müvafiq rəylər verilmişdir. Lakin tikintinin layihə sənədlərinə dair X3 müsbət rəyi alınmamışdır. Əraziyə keçirilən baxış zamanı tikintiyə hazırlıq məqsədi ilə özün qazıntı işlərinin aparıldığı, ərazinin əvvəlki vəziyyəti ilə müqayisə olunarkən tikinti sahəsində mövcud olunmuş Ayland və qovaq cinsli ümumilikdə 4 ədəd ağacın götürülməsi müəyyən olunmuşdur. Lakin götürülmüş ağacların diametr və ölçüləri müəyyən etmək mümkün olmamışdır. Son olaraq göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək izahatında hüquqi şəxsin barəsində tərtib olunmuş protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri, Nərimanov rayonunun sosial- iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Nərimanov rayon icra Hakimiyyəti başçısının 23.06.2017-cı il tarixli, 266 nömrəli Sərəncamına əsasən, Şəxs MMC-yə rayonun Ə. Əlizadə və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməkə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərti ilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirmə işlərinin aparılmasına icazə verilmişdir. Nərimanov RİH başçısının 21.06.2017-ci il tarixli, 266 saylı Sərəncamı ilə rayonun Ə. Əlizadə və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən 0,54 ha torpaq sahəsinin Şəxs MMC-nin daimi istifadəsinə verilməsi və həmin ərazidə çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması Şəxs MMC-nə həvalə edilmişdir. Həmin sərəncamın icrası məqsədi ilə Şəxs MMC ilə “xxxx” MTK arasında 01 may 2018 ci il tarixində №2 saylı podrat müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə görə Şəxs MMC “ Sifarişçi”, “xxxx” MTK isə “Podratçı” vəzifəsini yerinə yetirmişdir. 01 may 2018-ci il tarixində №2 saylı podrat müqaviləsinin 4.1 bəndində qeyd edilmişdir ki, ağacların ərazidən köçürülməsinə və dəymiş ziyana görə bütün məsuliyyət “Podratçı” nın üzərinə düşür. “ Sifarişçi” Şəxs MMC bu bənddə qeyd olunan hallara görə məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Nərimanov rayonu Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində Şəxs MMC-yə məxsus binanın tikintisi zamanı 4 (dörd) ədəd qovaq ağacının köçürülməsi nəticəsində Ekoloji qanunvericiliyin tələblərinin pozulması faktı ilə əlaqədar olaraq Şəxs MMC təqsirli bilinərək yazılmış 13.04.2021-ci il tarixli MN 70071 saylı Akt eləcə də 13.04.2021-ci il tarixli MN ******* saylı Protokol yazılarkən bizim, əməkdaşlarımız eləcə də “Podratçı” vəzifəsini yerinə yetirən “xxxx” MTKrəhbərliyindən heç kim iştirak etməmişdir. 13.04.2021-ci il tarixli MN 70071 saylı Akt eləcə də 13.04.2021-ci il tarixli MN ******* saylı Protokol, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən bir tərəfli qaydada yazılmış və imzalanmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin qeyd olunan inzibati xətanın törədilməsində təqsiri olmadığından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-yə 13.04.2021-ci il tarixli MN 70071 saylı Akt, eləcə də 13.04.2021-ci il tarixli MN ******* saylı Protokol üzrə başlanılmış inzibati icraat üzrə işə xitam verilməsini xahiş etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı ******* nömrəli 13 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs dövlət ekspertizasının rəyi olmadan özün qazıntı işləri aparmış, tikinti sahəsində dörd ədəd ağac qanunsuz olaraq götürülməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14.04.2021-ci il tarixli Şəxsnə ünvanlandığı məktubda göstərilmişdir ki, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən “Şəxs" MMC-yə məxsus binanın tikintisi zamanı 4 ədəd qovaq ağacının qanunsuz köçürülməsi nəticəsində Ekoloji qanunvericiliyin və İXM-nin 253.3.1 və 275.1.1-ci maddələrinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş hadisə yerinin fotoşəkillərində tikilməkdə olan binanın ərazisində ağacların məhv edilməsi əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə -fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir; 6.1-ci maddəsinə əsasən təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında yaşıllıqların aşağıdakı növləri vardır: 6.1.1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); 6.1.2. məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); 6.1.3. xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar); 6.3-cü maddəsinə əsasən bu Qanunun 6.1-ci maddəsində göstərilən yaşıllıqların müfəssəl siyahısını, təyinatını və onlardan istifadə qaydasını (rejimini) müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə inzibati xəta haqqında protokolda qeyd olunan İXM-in 275.1.1-ci maddəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1 və 275.1.1-ci maddələrinə əsasən ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında araşdırılan sübutlarla Şəxs tərəfindən Ə.Əlizadə və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən ərazidə tikinti işləri aparılarkən dövlət ekspertizasının rəyi olmadan qanunsuz olaraq 04 ədəd ağac qanunsuz olaraq götürülməsi kimi hərəkətlərə yol verildiyi müəyyən edilmişdir ki, həmin hərəkətlər İXM-in 253.3.1-ci maddəsi ilə əhatə olunur. Lakin Şəxs hərəkətlərində İXM-in 275.1.1-ci maddəsində nəzərdə tutulan ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması, yəni dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi aşkar edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinin sanksiyalarında hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinin sanksiyalarında yalnız fiziki və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından, ona həmin maddənin sanksiyası həddində cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 275.1.1-ci maddəsinə münasibətdə isə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 35.000 (otuz beş min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Şəxs barəsində MN seriyalı ******* nömrəli 13 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işə İXM-in 275.1.1-ci maddəsi ilə olan hissədə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar