Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-915/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru X4, Zərərçəkmiş şəxslər X1 və X3, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsində tərtib olunmuş iş materialları 22 aprel 2021-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru X7 tərəfindən tərtib olunmuş 22 aprel 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Y.V.Çəmənzəminli küçəsi 40 ünvanında yerləşən aptekdə danışmaq adı ilə vətəndaş X1 telefonunu almış və geri qaytarmayaraq mənimsəmişdir. Eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16cı Polis Bölməsinin sahə inspektoru X7 tərəfindən tərtib olunmuş 22 aprel 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 22 aprel 2021-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 22 aprel 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 17.04.2021-ci il tarixdə Y.V.Çəmənzəminli küçəsi 40 ünvanında danışmaq adı ilə vətəndaş X3 telefonunu almış və geri qaytarmayaraq mənimsəmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru X7 izahatında göstərdi ki, vətəndaş X2, 15.04.2021-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 14.04.2021-ci il tarixdə saat 23:00 radələrində taksi kimi idarə etdiyi “Opel” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minən naməlum müştəri, danışmaq adı ilə ondan dəyəri 450 manat olan “Redmi Note 8” markalı mobil telefonu istəmiş və geri qatarmadan göstərilən ünvandan uzaqlaşaraq mənimsəmişdir. Həmçinin vətəndaş X5, 17.04.2021-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 14.04.2021-ci il tarixdə saat 21:00 radələrində taksi kimi idarə etdiyi “Azsamand” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minən naməlum müştəri, aptekə gedəcəyini və ailəsi ilə əlaqə saxlamaq üçün ondan mobil telefonu istəmişdir. O, həmin şəxsə inanaraq, özünə məxsus Samsung A51 markalı mobil telefonu ona verdikdən sonra, naməlum müştəri Y.V.Çəmənzəminli küç. 40 ünvanında yerləşən “Aptek”ə girmiş və digər qapıdan çıxaraq ona məxsus mobil telefonu danışmaq adı ilə ondan almış və geri qaytarmadan oradan uzaqlaşmışdır. Həmin ərizələr əsasında 16-cı PB-nin təhqiqatçısı sNamiq Salmanov tərəfindən araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq toplanmış material üzrə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş Şəxs xırda talamaya görə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin Nərimanov RPİ-nin 16-cı PB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talamaya görə inzibati məsuliyyət yaratdığından, Şəxs barəsində tərəfindən müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, 14.04.2021-ci il tarixdə saat 21:00 radələrində taksi kimi xidmət göstərən “Azsamand” markalı avtomobilin sürücüsündən danışmaq adı ilə “Samsung A51” markalı mobil telefonu almış və geri qaytarmadan oradan uzaqlaşmışdır. Həmçinin həmin tarixdə, yəni 14.04.2021-ci il tarixdə saat 23:00 radələrində taksi kimi xidmət göstərən “Opel” markalı avtomobilin sürücüsündən danışmaq adı ilə “Redmi Note 8” markalı mobil telefonu istəmiş və geri qatarmadan göstərilən ünvandan uzaqlaşaraq mənimsəmişdir. Həmin əməlləri törətməyinə səbəb isə borclarının olmasından irəli gəlmişdir. Törətdiyi əməllərdən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, 14.04.2021-ci il tarixdə saat 23:00 radələrində taksi kimi idarə etdiyi “Opel” markalı **-ZM- *** dövlət qeydiyyat nişanlı avtomobilinə minən naməlum müştəri, danışmaq adı ilə ondan dəyəri 450 manat olan “Redmi Note 8” markalı mobil telefonu istəmiş və Y.V.Çəmənzəminli küçəsi 40 ünvanında yerləşən “Aptek”ə girmiş və digər qapıdan çıxaraq ona məxsus mobil telefonu qaytarmadan oradan uzaqlaşmışdır. Daha sonra o, bu barədə Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən Şəxs barəsində qanunauyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, 14.04.2021-ci dövlət qeydiyyat nişanlı avtomobilinə minən naməlum müştəri, aptekə gedəcəyini və ailəsi ilə əlaqə saxlamaq üçün ondan mobil telkefonu istəmişdir. O, həmin şəxsə inanaraq, özünə məxsus Samsung A51 markalı mobil telefonu ona verdikdən sonra, müştəri Y.V.Çəmənzəminli küçəsi 40 ünvanında yerləşən “Aptek”ə girmiş və digər qapıdan çıxaraq ona məxsus mobil telefonu geri qaytarmadan oradan uzaqlaşmışdır. Daha sonra o, bu barədə Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən Şəxs barəsində qanunauyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil çıxış edərək Şəxs yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin təhqiqatçısı Namiq Salmanov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 21.04.2021-ci il tarixli qərarlardan görünür ki, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və hadisəni törətmiş şəxsi müəyyən edib ona qarşı İXM-nin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi səbəbindən qərar icra olunması üçün Nərimanov RPİ-nin 16-cı PB-nə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin təhqiqatçısı Asif Abışov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 21.04.2021-ci il tarixli qərarlardan görünür ki, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və hadisəni törətmiş şəxsi müəyyən edib ona qarşı İXM-nin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi səbəbindən qərar icra olunması üçün Nərimanov RPİ-nin 16-cı PB-nə həvalə edilməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” 21 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs əvvəli 21 aprel 2021-ci il tarixdən saat 12:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, 14.04.2021-ci il tarixdə törədilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 21 aprel 2021-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-915/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-915/2021
22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver