Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-916/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 275.4-cü maddəsi ilə tərtib edilmiş 18 mart 2025ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 275.4-cü maddəsi üzrə tərtib olunmuş 18 mart 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/008126 saylı xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildirilir ki, Çin Xalq Respublikasından Şəxs-nin (VÖEN: **********) ünvanına SK240219005 saylı, xx.xx.2024-cü il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********0164 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair təkrar araşdırma zamanı bəyan edilmiş malların texniki göstəricilərinin müəyyən edilməsi məgsədilə X1 İdarəsinə müraciət edilmiş və həmin İdarədən alınmış XM**********61 nömrəli rəyə əsasən SK240219005 nömrəli xx.xx.2024-cü il tarixli invoysun 27-ci mövgeyı üzrə idxal olunan çəngəllərdən götürülmüş nümunələrin “Fork White” adlı, ağ rəngli, polistırol (CAS 9003-53-6) əsaslı, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, 28-ci üzrə idxal olunan gaşıqlardan götürülmüş nümunələrin "Spoon White” adlı, ağ rəngli, polistirol (CAS 9003-53-6) əsaslı, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qaşıq olduğu müəyyən olunmuşdur. Belə ki, **********0164 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 200000 ədəd plastik qaşıq və 200000 ədəd plastik çəngəl yükünün Azərbaycan Respublikasının 8 iyun 1999cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqgında 678-İQ nömrəli ganununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona gədər olan polıetilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuğ, çəngəl, gaşıg, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi gadağandır.Bununla da, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən Çin Xalq Respublikasından CULU6074500 nömrəli konteynerdə (təyinatı üzrə 39AB449/39AB450 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərində gətirilən) SK240219005 saylı, xx.xx.2024-cü il tarixli invoys sənədinin 27-ci və 28-ci mövgeləri üzrə idxal edilmiş 200000 ədəd plastik gaşıg və 200000 ədəd plastik çəngəl Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aiddir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük İdarəsinin XM**********61 nömrəli ekspert rəyindən görünür ki, Şəxs MMC-nin ünvanına SK240219005 saylı, xx.xx.2024-cü il tarixli invoysun 27 və 28-ci mal mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümünələr XİF MN üzrə 27-ci mövqedə “Fork White” adlı, ağ rəngli, polistirol (CAS 9003-53-6) əsaslı, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl və 28-ci mövqedə “Spoon White” adlı, ağ rəngli, polistirol (CAS 9003-53-6) əsaslı, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qaşıq kimi sinifləşdirilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası 08 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi haqqında” 678-İQ nömrəli Qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Beləliklə, iş materiallarını araşıb məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 275.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-916/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-916/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver