Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-917/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən 22 noyabr 2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, protokol Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı Mirsənan Ağalarovun rədd materialı əsasında tərtib olunub. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17:10 radələrində o etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat da 20-25 km/saat sürətlə köməkçi yol ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətindən üzü “20 Yanvar” dairəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan 3-cü zolaqla hərəkət edirmiş. Nərimanov rayonu, Azadlıq prospekti ilə Z.Bünyadov prospektinin kəsişməsində olan yol ayrıcına çatdığı zaman ehtiyatsızlıq edərək yol ayrıcında olan “Toyota Prius” markalı avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. O toqquşmadan əvvəl əyləci sıxsa da hadisənin qarşısını ala bilməmişdir. Lakin hazırda dəymiş ziyan ödənilmişdir və maşın tərəfindən təmir etdirilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK 1 №-1083/102-0784 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:14-də DİN-in 102 Xidməti-zəng Mərkəzinə müraciət edən vətəndaş X7 məlumat verərək, Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsində YNH baş verməsi nəticəsində xəsarət alanın olmasını bildirmişdir. H K - 2 №-17706 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:56-da 9 saylı TTYS-dan həkim Qardaşov məlumat verərək, Z.Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində baş vermiş YNH nəticəsində 1984-cü il təvəllüdlü X2 alın nahiyyəsinin əziyi xəsarəti ilə müraciət etməsini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X7 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:10 radələrində o, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti kənar yol ilə Karl Marks dairəsinin kəsişməsində dairədən üzü Binəqədi istiqamətində hərəkətdə olan zaman ona sağdan yaxınlaşan “Toyota Prius” markalı daha sonra isə “Toyota Prado” markalı avtomobil onun avtomobilinin sağ hissəsindən vurmuşdur. Hadisə baş verən zaman onun hərəkət sürəti təxminən 45 km/saat olmuşdur. Hadisə zamanı onun avtomobilində anket məlumatlarını bilmədiyi bir nəfər qadın sərnişin olmuşdur. Hadisə yerində o baş nahiyəsindən xəsarət aldığı üçün TTY j vasitəsi ilə xəstəxanaya aparılmışdır. Araşdırma zamanı izahatı alınmış X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17:10 radələrində “X9” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat da 20-25 km/saat sürətlə köməkçi yol ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla hərəkət edirmiş. O idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Z.Bünyadov prospektinin kəsişməsində olan yol ayrıcına çatdığı zaman ondan solda hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin yolayrıcını dayanmadan keçməsi səbəbindən o da; hərəkətini davam etdirmiş və nəticədə əsas yolla hərəkət edib üzü Binəqədi rayonu, Naxçıvani küçəsi istiqamətində hərəkət edən “Toyota Prius” markalı ** TK *** dövlət nömrə nişanlı avtomobilin gəlməsini görübmiş və hərəkətinə davam etmişdir. Bu zaman onun idarə etdiyi avtomobilin ön hissəsi ilə “Toyota Priust” markalı ** TK *** dövlət nömrə nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. O toqquşmadan əvvəl əyləci sıxsa da hadisənin qarşısını ala bilməmişdir. Hadisə baş verən zaman onun həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Araşdırma zamanı izahatı alınmış X2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə sərnişin qismində əyləşdiyi “Toyota Prius” markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol nəqliyyat hadisəsi olmuşdur. Hadisə nəticəsində alınının sol tərəfində uzunluğu təxminən 7 sm- ə çatan dərinləşmiş çapıq əmələ gəlmişdir və həkimlərin müdaxiləsi nəticəsində 9 tikiş atılmaqla yara bağlanmışdır. Hadisə nəticəsində baş gicəllənmə, ürək bulantısı baş ağrıları meydana gəlmişdir. Hadisədən sonra təqsirkar sürücü (77FZ502) dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onunla və avtomobildə olan digər sərnişin qızı ilə maraqlanmamışdır. O “Yeni Klinka”- da əməliyyat olunmasını və MTE-ni tibbi sənədlər əsasında həyata keçirilməsini xahiş etmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 27 oktyabr 2023-cü il tarixli 270-M saylı rəyindən görünür ki, 1984-cü il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan xəsarətlər-başın digər nahiyələrinin açıq yaraları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan tarixdə yəni xx.xx.2023cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Şəxs Baxış oğlunun və X3 İXMnin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nərimanov rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ hissəsinin tələbinə əsasən, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır 12ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə baxışı zamanı Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi gündən, yəni 30 oktyabr 2023-cü il tarixdən 3 aydan çox müddət keçdiyini nəzərə alaraq Şəxs 22 noyabr 2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 40.0.1, 43, 48- 51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-917/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-917/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver