Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-918/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X3, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cərimə tətbiq olunmuşdur. Hadisə xx.xx.2023 tarixdə təxminən saat 18.40 radələrində Mirəsədulla Mirqasımov və Mərdanov qardaşları küçələrinin kəsişməsində baş vermişdir. Məlum olduğu kimi Mirəsədulla Mirqasımov küçəsi baş yol, Mərdanov qardaşları küçəsi isə ikinci dərəcəli yol statusuna malikdir. Lakin pik saatlarında Mərdanov qardaşları küçəsi çoxlu sayda nəqliyyat vasitələrinin intensiv hərəkətinin əsas yükünü daşıyan zaman Mirəsədulla Mirqasımov əsas yol olmasına baxmayaraq demək olar ki, çox zəif axına malikdir. Maşın axınının intensivliyi ard- ardınca nəqliyyat arası distansiya iki-dörd korpus arası dəyişir. Onu da nəzərinizə çatdırıram ki, Mərdanov qardaşları küçəsi üç zolaqdan ibarətdir. Ən sol və orta zolaqlar 1.18 üfüqi nişanlarla nişanlanıb, küçələrin kəsişməsində isə 2.4 “yol verin” nişanı quraşdırılıb. Hadisə baş verən gün Mərdanov qardaşları küçəsindəki sıxlıq barədə təsəvvür yaratmaq üçün, nümunə olaraq AR Toksikoloji Mərkəzinin girişindən həmin kəsişməyə 100 metr olmayan məsafəyə onun təqribi 10 dəqiqəyə yaxın vaxtı getmişdir. Çətinliklə orta zolaqla həmin kəsişməyə yaxınlaşmış və sola dönmək üçün fürsət gözləməyə başlamışdır. Mirqasımov küçəsində yan alan polis ekipajı bütün bu sıxlığı öz patrul maşınından sadəcə seyr edir, həmin anda nəqliyyatın hərəkətinə heç bir köməklik etməmişlər. Ekipajın belə sıxlıqda öz vəzifələrinə laqeyid yanaşması açığı onu çox təcübləndirdi, hətta o, ilk olaraq maşının içində heç kəsin olmadığını düşünmüşdür. Lakin bütün diqqətini kəsişmənin təhlükəsiz keçməsinə yönəltmişdir. Xatırladır ki, nəqliyyat vasitəsinin idarə edən zaman maksimal dərəcədə risklər nəzərə alınır və çox zaman qısa anda qərar qəbul etmək lazım olur. Risklər qiymətləndirilən zaman hazırki durum, yol hərəkəti nişanlarının göstəriciləri, axının intensivliyi, nəqliyyat vasitələrinin sürəti və istiqaməti, ara məsafələr, hava şəraiti, yol örtüyünün vəziyyəti, yarana biləcək durumun öncədən proqnozlaşdırılması, süni və təbii maniyələrin keçməsi və bir çox başqa yarana biləcək risklərin və hətta nə gədər də təcüblü olsa belə şüuraltı fizika və nədənsə qanunlarının tətbiqi nəzərdə tutulur. Sürücünü profesionallığı yaranmış vəziyyətdə yol hərəkəti nişanlarına əsaslanaraq və yuxarıda qısa sadalanan risklərin düzgün qiymətləndirərək özünün və digər iştirakçıların təhlükəsizliyinin təmin edilməsi üçün düzgün qərar qəbul etmə bacarığından ibarətdir. Bizim vəziyyətimizdə 2.4 Yol ver nişanı kəsişmədə quraşdırılmışdır və hədəf kəsişməyə daxil olan sürücülərə kəsişmədəki üstünlüyün kimə məxsus olduğunu bildirir. Qeyd edim ki, yol hərəkəti qaydalarında əsas yolda olan nəqliyyat vasitəsinin keçməsi barəsində icazə verən və ya qadağa edən heç bir qətiyyət qeyd olunmayıb. Bu üstün olan istiqamətdən gələn nəqliyyat vasitəsinin sürəti, istiqaməti, ona qədər məsafə individual qiymətləndirilir və maneə yaramadığı təqdirdə önündən keçməyi qadağan etmir. O, belə manevr etmiş və yol hərəkəti qaydalarına tam uyğun olması DYP yol patrul maşınındakı görüntüdə açıq aydın görünür. xx.xx.2024-cü il tarixində mənim şikayətim əsasında Nəsimi Rayon Məhkəməsində keçirilən proses zamanı, elə onun xahişi ilə DYP patrul maşınındakı video görüntünün məhkəməyə təqdim edilməsi tələb olundu. Həmin videoda onun orta zolaqdan çıxaraq kəsişməni keçməyi, baş yoldan hərəkət edən nəqliyyat vasitəsinə heç bir təhlükə törətmədiyi və həmin nəqliyyat vasitəsinin öz yolunu maneəsiz, sürətini və istiqamətini dəyişmədən hərəkətinə davam etməsi açıq aşkar görünür. Bildirir ki, kəsişmə “T” tipli olduğundan baş yolda olan nəqliyyat vasitəsi kəsişməyə uyğun hərəkət edib. xx.xx.2024 Tarixli məhkəmədə iştirak edən DYPnın nümayəndəsi bu hadisəyə mənim kəsişməyə kor-koranə daxil olduğumu və baş yolda olan nəqliyyat vasitəsi sürücüsünün ayağını sürət əyləcindən çəkməklə hadisədən yayınmasını iddia etmişdir. O, bu əsassız izaha qəti etirazını bildirmişdir. Sürücünün yanında olmadan onun hərəkətləri barədə sürülən fərziyyələr bir fərziyə olaraq qalır və bu barədə qətiyyətlə danışmaq yol verilməzdir. Öncədən qeyd etdiyi kimi nəqliyyat vasitəsi “T” tipli kəsişməyə bütün riskləri nəzərə alaraq daxil olur və onun öncə etdiyi manevri onun tərəfindən təhlükəli və maneə törədəcək hesab edilmir. Buna sübut nəqliyyat vasitəsinin hərəkət dinamikasıdır. Bir daha nəzərə çatdırır ki, yol hərəkətinin əsas prinsipləri təhlükəsizliklə bərabər mövcud vəziyyətin düzgün və ana uyğun təhlilidir. Bütün bunları təhlil edən zaman yazılan protokolun əsasız və məntiqsiz olması sübuta yetirilir və bu da xx.xx.2024 tarixli məhkəmədə öz təsdiqini taparaq ilkin qərarın (TP-6094025) ləğv edilməsinə və yenidən baxılması üçün DYP-ya göndərilməsi qərarı qəbul edilmişdir. xx.xx.2024 tarixli məktubla xx.xx.2024 tarixində səhər saat 11.00-da Bakı şəhər BPİ DYPİnə dəvət olumuşdur. Lakin məktub ona xx.xx.2024 tarixində saat 17.00 radələrində çatdırılmış və o, dərhal qeyd olunmuş orqana yaxınlaşmışdır. Təqribi saat 18.00 radələrində mənim iştirakımla protokol üzrə şəhər təhlükəsizlik kameralarından qeydə alınmış video görüntüyə baxış keçirildi. Qeyd etmək istəyir ki, hadisə axşam vaxtında olduğundan, kameraların üzərinə nəqliyyat vasitələrinin işiqlarının düşməsi, kameraların obyektivlərinin təmiz olmaması və gürüntü bucağının hadisənin tam obyektiv təsvir etməməsinə görə o, məhsul şəxslərdən məhkəmədə DYP patrul maşınından təqdim olunan görüntü üzərində araşdırma aparılmasını xahiş etmişdir. Lakin bundan imtina olundu və yalnız bu görüntü ilə baxış olunacağı bildirildi. O, bununla razılaşmadığını və aydın görüntünün olmadığı halda təhlilin mənasız olduğunu onlara bildirmişdir. Lakin onun sözlərinə məhəl qoymadan yuxarıda qeyd olunan görüntü ilə araşdırmanın davam ediləcəyi bildirilmişdir. O, gələcək diskusiyanın mənasız olduğunu anlayaraq mübahisə etmədən yerində qərarın qəbul edilərək ona təqdim olunmasını tələb etmişdir. Eyni zamanda bu qərara və detallı araşdırma aparılmamasına görə məhkəməyə şikayət edəcəyini onlara bildirmişdir. Bu dəfə TP-6338361 nömrəli qərar ona təqdim edilmişdir və o, yenidən öz hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Video görüntü hadisəni tam aydın təsvir edir və eyni zamanda da mənim haqlı olduğumu sübut edir. Məhkəmə iclasında iştirak edən X5 çıxış edərək bildirmişdir ki, şikayəti əsaslıdır. Məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:42-də X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbləri pozulduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edir ki, həmin yolda avtomobil ən az saatda 65 km surətlə hərəkət etməlidir. Digər avtomobil surətlə gələrsə bu o deməkdir ki, həmin avtomobil artıq 1-2 saniyəyə çatacaqdır. Bu zaman isə keçmədə həmin avtomobil üstünlük hüququna malik olacaqdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. X1 inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki iş materiallarında olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə, saat 18:42-də Bakı şəhəri, Mirqasımov- Mərdanov qardaşları küçəsində yolayrıcını keçmə qaydalarını pozmuşdur. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-918/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-918/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver