Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-918/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 AR DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 16/1-3783 nömrəli, xx.xx.2025-ci tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv olunmasına və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 AR DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 16/1-3783 nömrəli, xx.xx.2025-ci tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində xx.xx.2024 tarixində çıxarılan 3(005)-2843/2024, 3(005)-2849/2024 saylı; xx.xx.2024 tarixində çıxarılan 3(005)-2864/2024, 3(005)-2861/2024, 3(005)-2842/2024 sayılı; xx.xx.2024 tarixində çıxarılan 3(005)-2850/2024, 3(005)-2855/2024 saylı; xx.xx.2024 tarixində çıxarılan 3(005)-2845/2024 saylı; xx.xx.2024 tarixində çıxarılan 3(005)-2848/2024 saylı qərardadlara əsasən, EQ/18026111; EQ/16966832; EQ/18027384; EQ/16671804; EQ/16154252; EQ/16744103; EQ/17291090; EQ/16783592 və EQ/17222943 nömrəli protokollar yenidən ləğv olunaraq işə baxılması üçün BDYPİ-nə göndərilmişdir. Həmin qərardadlarda məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İnzibati Xətalar Məcəlləsinin tələblərini işin hallarının hər tərəfli və obyektiv araşdırlmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X1 İXM-nin 346.1 və 332.3 maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasını ümumiyyətlə dayanma və durma qaydalarının pozulmasına yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən X2 inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin buna baxmayaraq məhkəmə qərarının icraatına dair xx.xx.2025-ci il tarixində BDYPİ tərəfindən çıxarılmış inzibati xəta haqqında iş üzrə №-16/1-3783 nömrəli qərardadda bildirilir ki, BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qeyd olunan işə Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən eyni vaxtda baxılaraq sonuncunun dayanma durma qaydalarını müxtəlif vaxtlarda pozduğu, İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə EQ/18026111; EQ/16966832; EQ/18027384; EQ/16671804; EQ/16154252; EQ/16744103; EQ/17291090; EQ/16783592 və EQ/17222943 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar düzgün qəbul olunmuşdur. Mübahisələndirilən qərarlar barəsində inzibati xətanı törətdiyini sübuta yetirən dəlil, sübutları cavabdeh orqandan tələb etmişdir. Lakin onlar hələ də bu vaxta qədər tutarlı bir fakt olmadan yuxarıda sadalanan protokolları onun barəsində tətbiq etmişdir. Hər məhkəmə qərarı çıxarılıb BDYPİ-nə göndərildikdə də icraatın nəticəsi olaraq “araşdırılaraq inzibati xətanın X2 tərəfindən törədilməsi təsdiqini tapmışdır” şablon cümlələri ilə yekunlanmış, içərisinə isə inzibati xətanın həqiqətən də onun törətməyi barədə öz təsdiqini tapacaq hər hansısa sübut və ya fakt olaraq qoşma qoyulmadan eyni formal şəkildə hazırlanmış qərar və məktublar hər dəfə ona göndərilirir. Ona görə də onun inzibati xəta törətməyi haqqında sübutlar olmadığından Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyini sübuta yetirən hər-hansısa bir səbəb yoxdur. Hesab edir ki, hazırki vəziyyətdə barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə inzibati cərimə növündə tənbeh tətbiq edilməyi qanunsuz və əsassızdır. Buna görə də X4 tərəfindən bir vətəndaş kimi qanunla qorunan hüquqları kobud şəkildə pozulmuş, heç bir inzibati xəta törətmədiyi halda məsuliyyətə cəlb olunmuşdur. İş materiallarına dair hətta məhkəmə iclası belə keçirilmişdir. Onda ədalətin bərqərar olunması üçün bildirmək istəyir ki, məhkəmə tərəfindən ləğv olunan qərarların yenidən icraata götürülərək birdəfəlik xitam olunması üçün məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək bildirdi ki, AR DİN Baş X4 İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş AR DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 16/1-3783 nömrəli, xx.xx.2025-ci tarixli inzibati xəta haqqında iş üzrə qərar qanunsuzdur və həmin qərarın ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-3783 №-li inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, AR İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə X2 barəsində hər biri 300 manat məbləğində 9 inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 332.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair AR DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 16/1- 3783 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, işə yenidən baxılması AR DİN Baş X4 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X1 İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün deyil. Belə ki, səlahiyyətli orqan tərəfindən məhkəməyə avtomobilin kim tərəfindən idarə edilməsi ilə bağlı hər hansı sənəd təqdim edə bilməmişdir. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X1 İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X1 barəsində Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması həmin orqana tapşırılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-in 332.3-cü maddəsi ilə cərimə olunmasına dair AR DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 16/1-3783 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və işə yenidən baxılması AR DİN Baş X4 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-918/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-918/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver