Məhkəmə qərarları › İş №3(005)-919/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-919/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-919/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, X4 Bakı şəhər X17 İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X17 İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X7 şikayət ərizəsində göstərmişdir ki, Bakı şəhəri X18 İdarəsinin xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərarı ilə onun səlayihhətində olan və etibarnamə ilə idarə etdiyi Mercedes GLE markalı ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə DYP tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində inzibatı cərimə yazılmışdır. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X8 28 noyabr 2024-cü il tarixdə İXM-in 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Həmin qərardan tərəfindən şikayət verilmiş və Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İdarəetməsində olan “Mercedes Benz GLE 350D” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə X11 tərəfindən inzibati xəta törədilməsi qeyd edilsə də, qeyd edilən şəxsi ümumiyyətlə tanımadığını, avtomobilini həmin şəxs idarə etmədiyini bildirdi. Eyni zamanda DYP-nin əməkdaşları məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə o şəxslə bağlı hər hansı sübut təqdim edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 3(005)-3928/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətinin qismən təmin edilməsi, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işə yenidən baxılması Bakı şəhər X17 İdarəsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra DYP əməkdaşları onu DYP dəvət etmədən, hər-hansısa bir izahatını almadan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar vermiş və təkrar olaraq, etibarnamə ilə idarə etdiyi Mercedes GLE markalı ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində inzibatı cərimə olunmuşdu. Dəbbə pulu ilə artıq 195 manat olmuşdur. Sözügedən qərarın verilməsinə əsas kimi Bakı şəhəri X14 inzibati təcrübə üzrə inspektoru polis kapitanı X2 tərəfindən tərtib edilmiş əvvəl xx.xx.2024-cü il sonradan xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokolu göstərilmişdir. Sözügedən protokolda qeyd olunur ki, guya onun avtomaşınını X11 idarə edərkən xx.xx.2024-cü il tarixində özünə məxsus olan Mercedes markalı, ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Xətai rayonu, 8ci zavod küçəsində idarə edərkən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsini göstərilmişdir. 8-ci Zavod küçəsində avtomaşını idarə edərkən Yol hərəkəti Qaydaların 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə video görüntü şəxsi kabinetə yüklənməmişdir. Bakı şəhəri X14 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarı ona rəsmi qaydada təqdim edilməmişdir. Bakı şəhəri X14 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı aşağıdakılara əsasən qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Hər şeydən əvvəl xüsusilə qeyd edir ki, o, xx.xx.2024-cü il tarixində nəqliyyat vasitəsini ondan başqa heç bir şəxs idarə etməyib. Protokolda göstərilən saatda o, işdə olmuşdur. Onun maşınına yazılan protokolda qeyd olunan şəxsi xx.xx.1985-ci il təvəllüdlü X8 onun maşınına heç bir aidiyyəti yoxdur. Onun tanımadığı adam onun maşınını idarə edərkən ona tərtib edilmiş protokol varsa, xahiş edir, video görüntü kabinetə yerləşdirilsin. X3 dəvət olunsun və ondan mənim maşınımı və ya onu tanıyıb-tanımadığı soruşulsun. Bakı şəhəri DYPİ-nin əməkdaşı onun maşınına tərtib etdiyi protokol qeyri-qanunidir. Belə ki, Bakı şəhəri X16 İdarəsinin əməkdaşı avtomaşınına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 150 manat məbləğində inzibatı qaydada cərimə etməsinə dair sonradan isə dəbbə hesablanaraq artıq bu gün bu cəriməni 200 manat məbləğinə qaldıraraq avtomaşınına həbs qoyulmasına dair çıxarılmış inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuzdur. Həmin qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyi üçün, bu qərar ləğv edilməli, həmçinin protokolu tərtib edən dövlət nümayəndəsi və onun rəhbəri cəzalandırılmalıdır. Belə ki, göstərilən saatda və tarixdə o Nərimanovda yerləşən ofisində olmuşdur. Onun maşınını həmin gün yalnız o, özü idarə etmişdir və protokolda göstərilən saat və dəqiqədə avtomaşını ofisin qarajında olub, X10 tanımır, onun avtomaşınını heç bir zaman idarə etmə hüququ olmayıb. Ona görə də, o, hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət edir və həmin qərarın ləğv edilməsini istəyir. Qərarından şikayət verilən orqan və şikayət vermiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər X17 İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X11 yolların hərəkət hissəsinin işarələrinin tələblərini pozmasına görə İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X8 04 noyabr 2024-cü il tarixdə İXM-in 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmiş, lakin həmin qərar T.Əliyevə qanunvericiliklə müəyyən olunmuş qaydada göndərilməmiş, həmin qərar nəqliyyat vasitəsinin sahibi olan X4 elektron kabinetinə yerləşdirilmişdir. İnizbati tənbeh vermə haqqında qərarda X5 məxsus “Mercedes Benz GLE 350D” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə X11 tərəfindən inzibati xəta törədilməsi qeyd edilsə də bu barədə səlahiyyətli orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən həmin halın müəyyən edilməsi mümkünsüzdür. Həmçinin şikayət vermiş şəxs - X7 məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən şəxsi ümumiyyətlə tanımadığını, onun avtomobilini həmin şəxsin idarə etmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən 16 yanvar 2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X17 İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat cərimə edilməsinə dair Bakı şəhər X17 İdarəsinin 16 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar