Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-920/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Qərarından şikayət verilən səlahiyyətli orqan Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin polis baş leytenantı X4 iştirakı ilə, X5 Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 16.04.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 16.04.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 12 aprel 2021-ci il tarixdə Nərimanov rayonu, Heydər Əliyev prospektində Toyota Prius (Hibrid) minik markalı avtomobillə hərəkət edən zaman 12:55 radələrində polis tərəfindən saxlanılmışdır. Bunun səbəbini soruşduqda isə guya “giriş qadağandır” yol nişanının tələblərini pozduğunu bildirmişdir. O isə ona izah etmişdir ki, “giriş qadağandır" yol nişanının tələbləri tərəfimdən pozulmamışdır. Belə ki, o, “giriş qadağandır" yol nişanına çatmamış döngədən dönərək geriyə qayıtmışdır. Polis əməkdaşı isə heç bir sübuta əsaslanmadan barəsində inzibati xəta haqqı protokol tərtib etmişdir. O, ondan görüntü tələb etsə də, ona heç bir şey təqdim etməmişdir. Hətta bildirmişdir ki, hara istəyirsən ora şikayət et. Belə ki, tərəfindən inzibati xəta törədilmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 60 manat məbləğində cərimə yazılmağı qanunvericiliyin kobud surətdə pozulmasına gətirib çıxarmışdır. İnzibati xəta törədildiyini təsdiq edəcək heç bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, tərtib edilmiş İXP3606656 saylı 12 aprel 2021-ci il tarixli protokolun 16 aprel 2021ci il tarixli TP ******* saylı qərarı ləğv edilməlidir. Qərarından şikayət verilən səlahiyyətli orqan Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin polis baş leytenantı X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 12.04.2021-ci il tarixdə saat 12:55-də Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin əməkdaşları xidmətdə olarkən “Toyota Prius” minik markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospektində “Giriş qadağandır” yol nişanının tələbini pozması faktını aşkar etmişlər. Həmin avtomobili idarə edən sürücüyə saxla əmri verilmiş, daha sonra ona AR İXM-nin 327.2-ci maddəsinin tələbini pozduğu bildirilmiş və daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda həmin ərazidə olan təhlükəsiz şəhər kameraları vasitəsi ilə də hadisə videolentə alınmışdır. Həmin görüntüləri əks etdirən CD diski məhkəməyə təqdim edib şikayətin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bununla da məhkəmə şikayətə X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 16.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 rejimlərini pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Belə ki, X8 “Toyota Prius” minik markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospektində “Giriş qadağandır” yol nişanının tələbini pozmaması barədə nə polis əməkdaşlarına, nə də ki məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, “Toyota Prius” minik markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü “Giriş qadağandır” yol nişanının tələbini pozaraq avtobuslar üçün nəzərdə tutulan zolaq üzrə hərəkət etmiş və sonradan sola doğru dönmə əməliyyatı etmişdir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1- ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53- cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 16.04.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-920/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-920/2021
05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver