Məhkəmə qərarları › İş №3(005)-921/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-921/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-921/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs X9, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Şikayət vermiş şəxs X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X8nin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X16 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində X15 Xidmətinin X8nin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X15 Xidmətinin X8 vətəndaş X3 şikayətinə baxaraq onu Azərbaycan Respublikasının İXM-nın 192.6-cı maddəsi ilə təqsirli bilərək 2000 (iki min) manat miqdarında cərimə edilməyi barədə MN ******* nömrəli 06 mart 2025-ci il tarixli qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar tamamilə əsassızdır və bu səbəbdən də ləğv edilməlidir. Əmək Müfəttişliyi Xidmətinin X8 tərəfindən iş üzrə istinad etdiyi hallar əmək qanunvericiliyinin tələbləri ilə ziddiyyət təşkil edir. Əmək Müfəttişliyi Xidmətinin X8 öz qərarında vətəndaş X3 müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə “Qusar rayon X11 hüquqi şəxsin işəgötürəni tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozularaq xitam verildiyi göstərilir. Nəticədə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyini göstərir. “Qusar rayon X11 hüquqi şəxsin” işçisi olmuş Murad Nurməmmədovun əmək müqaviləsinin müddəti 11 noyabr 2024-cü il tarixdə qurtarmış, əmək müqaviləsinə isə xx.xx.2024-cü il tarixdə, yəni səkkiz gün qabaq xəbərdarlıq etməklə 11 noyabr 2024-cü il tarixdə xitam vermişik. X1 əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə xitam veriləcəyi barədə 28 iyun 2024-cü il tarixdə 18-1-54/3-1709/2024 nömrəli məktubla əvvəl də xəbərdarlıq edilmişdir. Murad Nurməmmədova 28 iyun 2024-cü il tarixdə bir dəfə, həm də 04 noyabr 2024-cü il tarixdə təkrar xəbərdarlıq edilməklə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Bununla da Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərini pozmamışdır. Əksinə, Murad Nurməmmədovun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq üstündən dörd aya yaxın vaxt keçdikdən sonra ona ərizə yazdırıb icraata götürülməkdə X15 Xidmətinin X8 Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərini pozmuş, həm də səlahiyyətdən kənar olaraq 26 fevral 2025-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokola uyğun gəlməyən X15 Xidmətinin X8 sözügedən qərarı qəbul edərkən rəhbəri olduğu Qusar Rayon X11 hüquqi şəxs (Qusar RMX) tərəfindən X3 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozularaq xitam verildiyini əsas gətirmişdir. Lakin X15 Xidmətinin X8 işi tam, hər tərəfli, obyektiv araşdırmamış, eyni zamanda öz səlahiyyətlərini aşmışdır. Hesab edirik ki, həmin qərar tamamilə əsassız və qanunsuzdur, bu səbəbdən də ləğv edilməlidir: Qeyd edir ki, X6 ilə xx.xx.2020-ci il tarixində informasiya texnologiyaları mütəxəssisi vəzifəsi üzrə müddətli əmək müqaviləsinə bağlanmışdır. Çalışdığı müddətdə əmək müqaviləsinin müddəti bir-neçə dəfə uzadılmışdır. Bildirir ki, sonuncu əmək müqaviləsinin müddətinin bitmə tarixi xx.xx.2024-cü il qeyri-iş gününə düşdüyündən, işçinin əmək müqaviləsinin bitdiyi gün xx.xx.2024-cü il tarixi hesab edilməkdədir. Bildirir ki, 8 noyabr və 9 noyabr bayram günləri olduğundan, 10 noyabr isə istirahət gününə təsadüf etdiyi üçün onun əmək müqaviləsinə tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən sonuncu iş günü olan - xx.xx.2024-cü ildə xitam verilmişdir. xx.xx.2024-cü ildə X4 Əmək Məcəlləsində nəzərdə tutulmuş 1 həftə xəbərdarlıq müddətinə əməl etməklə əmək müqaviləsinin müddətinin bitməsinə 8 təqvim günü qalmış xəbərdarlıq verilmiş, xx.xx.2024-cü ildə müqavilənin müddətinin bitəcəyi ona bildirilmişdir. Bildirir ki, əvvəllər Tibb müəssisəsinin Tibbi Şurasının iclaslarında qəbul edilən qərarlarına əsasən vəzifə təlimatlarını düzgün yetirə bilmədiyi üçün X7 dəfələrlə töhmət, şiddətli töhmət verilmişdir. Bu əsaslar mövcud olduğundan işəgötürən onunla əmək münasibətlərini davam etdirmək arzusunda olmamışdır. xx.xx.2024-cü ildə isə müddətli əmək müqaviləsinin müddəti bitdiyindən xəbərdarlıq müddətinə əməl edilməklə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. İnzibati xəta tərkibi yaradan əməlin mövcud olmasını yalnız fərdi əmək mübahisəsinə baxan məhkəmənin yekun qərarı təsdiq edə bilərdi ki, bununla bağlı tərəf bu iddia ilə məhkəməyə müraciət etməmişdir. Bu əsasla da X15 Xidmətinin X8nin qəbul etdiyi qərar tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X16 verilən şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X10 çıxış edərək bildirmişdir ki, şikayət vermiş şəxs inzibati xəta haqqında protokolun əsassız və qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edildiyini bildirsə də, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmişdir. Qərar tam qanuni olduğundan verilmiş şikayət ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X8 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 2000 manat məbləğində cərimə edilmişdir. Qusar Rayon X11 hüquqi şəxs tərəfindən X4 ünvanlanmış 28 iyun 2024-cü il tarixli məktubdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinə müddətin qurtarması ilə əlaqədar həmin əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Qusar Rayon X11 hüquqi şəxs tərəfindən X4 ünvanlanmış 04 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinə müddətin qurtarması ilə əlaqədar həmin əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Qusar Rayon X11 hüquqi şəxs tərəfindən X3 əmək müqaviləsinə xx.xx.2024cü il tarixdə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Qusar Rayon X11 hüquqi şəxsin direktoru X16 tərəfindən təsdiq edilmiş 06 noyabr 2024-cü il tarixli 18-1-54/3-1-2315/2024 №-li əmrdən görünür ki, Qusar Rayon X11 hüquqi şəxsin informasiya texnologiyaları üzrə mütəxəssisi vəzifəsində çalışan X3 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, X16 26 fevral 2024-cü il tarixdən Qusar Rayon X11 hüquqi şəxsində direktor vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, X2 Rayon X11 hüquqi şəxsində dəstək xidmətləri şöbəsində informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsi müddətli bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddədə həmin əsaslardan biri kimi əmək müqaviləsinin müddətinin qurtarması qeyd edilir. 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6ci maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər o vaxt yaranmış, mövcud olmuş ola bilər ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyini təsdiq edən sübut və dəlillər olsun və ən əsası pozulması istinad edilən həmin bu tələblər birbaşa Azərbaycan Respublikasının Əmək Məcəlləsində öz əksini tapmış olsun. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən isə müəyyən olunur ki, Qusar Rayon X11 hüquqi şəxsində informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində çalışan X3 əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, eyni zamanda işçiyə bununla bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından X16 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X8 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X8 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar