Məhkəmə qərarları › İş №3(005)-922/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-922/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-922/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini X2 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 00100-0487/22 nömrəli, 15 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının 99UG054/99ZF054 nömrəli yük nəqliyyat vasitəsi ilə SLS**********041 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə 21 yanvar 2022-ci il tarixdə saat 05:45-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********8084 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni 21 yanvar 2022-ci il tarixdə saat 09:31-də **********6689 sorğu nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına verilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Şəxs MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir, belə ki, Türkiyə Respublikasından Şəxs MMC-nin ünvanına göndərilmiş mallar 99UG054/99ZF054 nömrəli yük nəqliyyat vasitəsi ilə daxil olmuş, **********8084 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi 99UG054/99ZF054 bəyan edilmiş, lakin şirkət tərəfindən eyni mallara dair gömrük orqanına təqdim edilmiş **********6689 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsində malların gətirildiyi nəqliyyat vasitəsinin nömrəsi 99UG054/99ZG054 qeyd edilmişdir. İş üzrə müəyyən edilmişdir ki, Türkiyə Respublikasının Şəxs MMC-nin ünvanına faktiki olaraq 99UG054/99ZF054 nömrəli yük nəqliyyat vasitəsi ilə daxil olsa da, həmin mallara dair tərtib edilmiş və gömrük orqanına təqdim edilmiş **********6689 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsində malların gətirildiyi nəqliyyat vasitəsinin nömrəsi 99UG054/99ZG054 qeyd edilmiş, bununla da, Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Gömrük prosedurları və ödənişləri şöbəsinin raportuna əsasən, Şəxs MMC-nin adına xx.xx.2022-ci il tarixində ölkə ərazisinə daxil olmuş yük **********8084 nömrəli GB ilə bəyan olunmuşdur. Nəqliyyat sənədinə əsasən həmin mallar 99UG054/99ZG054 nömrəli nəqliyyat vasitəsi ilə gəlməlidir. Lakin GB-də bəyan olunan və sərhəd gömrük orqanında qeyd olunan dartıcının nömrəsi 99ZF054-dür. Qeyd olunub ki, həmin GB-nin 40-cı qrafasında qeyd edilmiş qısa idxal bəyannaməsində (**********6689) qeyd olunan qoşqu nömrəsi CMR ilə eynidir. İş materiallarında olan “TECHNOİL MMC-nin nümayəndəsi X1 izahatından görünür ki, şirkətin ünvanına 07 fevral 2022-ci il tarixdə Türkiyə Respublikasından 99UG054/99ZF054 nömrəli yük nəqliyyat vasitəsi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********8084 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, həmin mallar üçün **********6689 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsi tərtib edilmiş, gömrük orqanına verilmiş, “TECHNOİL MMC-nin ünvanına mallar həqiqətən də 99UG054/99ZF054 nömrəli yük nəqliyyat vasitəsi ilə daxil olmuş, **********6689 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsi göndərilmiş mal-müşayiət sənədləri əsasında tərtib edilmiş, göndərilən yol nəqliyyat sənədlərində nəqliyyat vasitəsinin nömrəsi 99UG054/99ZG054 qeyd edildiyindən sözügedən qısa idxal bəyannaməsində də həmin nömrə göstərilmiş, mallar ölkə ərazisinə daxil olduqdan sonra nəqliyyat vasitəsinin nömrəsinin 99UG054/99ZF054 olduğu məlum olmuş, bu səbəbdən də, mallara dair tərtib edilmiş **********6689 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi 99UG054/99ZG054 qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 485.1 maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə və ya görük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatların verilməsinə, yaxud malların və nəqliyyat vasiələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğində, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Türkiyə Respublikasının Şəxs MMC-nin ünvanına faktiki olaraq 99UG054/99ZF054 nömrəli yük nəqliyyat vasitəsi ilə daxil olsa da, həmin mallara dair tərtib edilmiş və gömrük orqanına təqdim edilmiş **********6689 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsində malların gətirildiyi nəqliyyat vasitəsinin nömrəsi 99UG054/99ZG054 qeyd edilmiş, bununla da, Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 485.1-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar