Məhkəmə qərarları › İş №3(005)-923/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-923/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-923/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədovun 05 mart 2024-cü il tarixli qərarından və 25 mart 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 18.30 radələrində etibarnamə əsasında idarə etdiyi Toyota Prius” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi ilə hərəkətdə olan zaman səhhətində yaranmış problem ilə əlaqədar idarəetməni itirməsi nəticəsində əvvəlcə beton maneyə dəymiş, daha sonra əks istiqamətli hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan sürücü X1 idarə etdiyi “Hyundai Santafe” markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqqquşmuş və toqquşma nəticəsində Toyota Prius markalı avtomobilin sərnişinləri olan vət.X7 və 2016-cı il təvəllüdü X8 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində o etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi ilə Z.Bünyadov prospekti istiqamətindən üzü H.Əliyev prospekti istiqamətində saatda 40 km sürətlə hərəkətdə olan zaman avtomobilindən sərnişinlər olmuşdur. O düzünə hərəkətdə olan zaman onun səhhətində yaranmış problemlə əlaqədar, yəni sükan arxasında olarkən infakrt keçirmiş, bu səbəbdən idarəetməni itirmiş və özündən getmişdir. Bu zaman idarə etdiyi avtomobili ilk öncə beton maneyəyə, daha sonra isə “Hyundai Santafe” markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə çırpılmışdır. Zərbənin təsirindən o ayılmış və sərnişinlərə köməklik etmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və o həmin araşdırma iştirak etmişdir. Hadisə zamanı bədən xəsarəti almayıb və MTE-dan keçməkdən imtina etmişdir. Şəxs taksi fəaliyyəti ilə məşğuldur, ailənin yeganə qazanc gətirən fərdi üzvüdür. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alıb barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkən şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təhqiqat araşdırması zamanı vətəndaş X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19:00 radələrində o özünə məxsus, idarə etdiyi “Hyundai Santafe” markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi ilə üzü «Fab Dairəsi» istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn “Toyota Prius” markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirib yolda olan adacıqda dəydikdən sonra onun idarə etdiyi avtomobilin sol yan hissəsinə dəymişdir. Hadisə baş verən zaman 40 km/saat sürətlə hərəkət etmişdir.Hadisə baş verən zaman o əyləcdən istifadə etmişdir, həm də mümkün qədər avtomobilini sağa çəkmişdir ki, həmin avtomobil ona dəyməsin, lakin hadisənin qarşısını ala bilməmişdir.Hadisə baş verən zaman o ciddi bir xəsarət almamışdır. Araşdırma zamanı vətəndaş X11 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində o 7 yaşlı qızı X12 ilə biridikdə müştəri qismində əyləşdiyi “Toyota Prius” markalı ** GC *** dövlət qeydyiyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi ilə Z.Bünyadov prospekti istiqamətindən üzü H.Əliyev prospekti istiqmətində saatda 30 km sürətlə düzünə hərəkətdə olmuşlar. Onlar düzünə hərəkətdə olan zaman sürücü qəflətən idarəetməni itirmiş və ilk öncə səkiyə, daha sonra isə əks zolaqda hərəkət edən “Hyundai Santafe” markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə onun sərnişin olduğu avtomobilin ön sol hissəsi ilə çırpılmışdır. Hadisə nəticəsində o və qızı xəsarət almışlar. Bundan sonra onlar xəstəxanadan müayinədən keçmişlər.Daha sonra isə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Hadisə zamanı o və azyaşlı qızı Qumru bədən xəsarəti almışlar. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis baş leytenantı Vüsal Həsənov tərəfindən tərtib edilmiş HK 1№ 94 nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2204cü il tarixdə vət.X4 DİN 102 xidmətinə zəng edərək, «Şeş-Beş» restoranın yanında taksi olan Toyota markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobilin maneyəyə vurması nəticəsində xəsarət alan olması barədə məlumat vermişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Santafe” markalı ** FK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 2 saylı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş BB 108207 nömrəli, xx.xx.2021-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs BD kateqoriyalı sürücüdür; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/51093 saylı xx.xx.2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/5025 saylı xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/5029 saylı xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, X1 alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X9 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 50-M saylı xx.xx.2024-cü il tarixli 50-M Saylı rəyindən görünür ki 2016-cı il təvəllüdlü X5 adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarət-alın nahiyəsinin küt travması küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X9 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 50-M saylı xx.xx.2024-cü il tarixli 51-M saylı rəyindən görünür ki 1997-ci il təvəllüdlü X6 adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarət-alın nahiyəsinin küt travması küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, Şəxs xroniki ürək çatmazlığı ilə əlaqədar USX stabil gərginlik stenokardiyası infarktdan sonrakı kardioskeroz xəstəliyindən əziyyət çəkir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 05 mart 2024-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında: Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar;) tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar