Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-924/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X8 İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə avtomobil yol hərəkəti qaydalarını pozaraq onun idarə etdiyi Volkswagen Passat **-FB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilimə digər avtomobil tərəfindən zərər vurulmuşdur. Hadisə ilə bağlı zərər vuran tərəfin şığorta şirkəti gəlmiş, müvafiq hərəkətlər etdikdən sonra onlar zərərvuranla birlikdə Nərimanov rayon X7 getdik və zərərvuran orada təqsirin onda olduğunu etiraf etmişdir. Daha sonra sığorta tərəfindən qiymətləndirmə aparılmış və dəyən zərər 355 manat qiymətləndirilmişdir. Bununla bağlı ona "xxxx" Şirkəti tərəfindən sms bildiriş də gəlmişdir. Lakin Polis tərəfindən Forma 4 arayışı sığorta şirkətinə göndərilmədiyi üçün ona sığorta ödənişi ödənilməmişdir. O bununla bağlı polisə müraciət etdikdə ondan Forma 4 arayışının verilməsi üçün 100 manat pul istənilmişdir. Etirazını bildirdikdə və nə üçün istənildiyi soruşulduqda ona deyildi ki, əgər verməsən təqsiri ona yazacam, onu borclu çıxardacam. Bununla bağlı rəsmi ərizə ilə Daxili İşlər Nazirliyinə məktub da ünvanlamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hadisə xx.xx.2022-ci ildə baş versə də, qərar və protokol 2023-cü ilin mart ayında tərtib edilmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə ərizə ilə Nərimanov rayon X7 müraciət etdi və ona xx.xx.2023-cü il tarixdə İXP ******* saylı protokolu və TP ******* saylı Qərarı təqdim etdilər. 6 ay sonra ona rəsmi olaraq İXP ******* saylı protokol və TP ******* saylı Qərar təqdim edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X8 İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, barəsində inzibati protokol tərtib etmiş şəxs və inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X8 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə iş üzrə icraat iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2022-cü il tarixdə **-FB-*** dövlət qeydiyyat nişanlı Volkswagen Passat minik markalı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş və nəticədə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X2 məhkəməyə daxil olan şikayətində qeyd etmişdir ki, barəsində tərtib olunan protokoldan və qərardan narazıdır, həmçinin ona video görüntü təqdim edilməmiş, xx.xx.2022-cü il tarixdə **-FB-*** dövlət qeydiyyat nişanlı Volkswagen Passat minik markalı nəqliyyat vasitəsi ilə işıqforun qadağanedici işarəsi yanarkən hərəkətin davam etdirilməsinə dair barəsində tərtib edilmiş protokolun ləğv edilməsini, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X8 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan, hadisə yerinin görüntülərini X4 təqdim etmədən və onun iştirakını təmin etmədən sonuncu barəsində xx.xx.2023-cü il tarixində TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Halbuki, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur (İXM-in 61-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X8 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-nin 327.2-ci maddəsi ilə cərimə olunmasına xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP5605112 saylı qərar ləğv edilməli X4 barəsində işə yenidən baxılması Bakı şəhəri X8 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-nin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP5605112 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-924/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-924/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver