Məhkəmə qərarları › İş №3(005)-925/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-925/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-925/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı vətəndaş X3 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK 1 N2-189 (102-17307) nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:00-da X5 məlumat verərək bildirdi ki, 2007-ci il təv. X3 Z.Bünyadov prospektində baş vermiş YNH-si zamanı burun nahiyyəsinin əziyi diaqnozu ilə müraciət etmişdir. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:40 radələrində o etibarnamə əsasında idarə etdiyi “Opel Vectra” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən üzü 20 yanvar dairəsi istiqamətində 3 zolaqdan ibarət hərəkət yolunda sağdan 2-ci zolaqla saatda 50 km sürətlə düzünə hərəkətdə olan zaman avtomobildə adını bilmədiyi sərnişinlər əyləşmişdir. O idarə etdiyi avtomobil ilə düzünə hərəkətdə olan zaman düzgün ara məsafəsi seçmədiyi üçün qabaq hissəsi ilə onunla eyni zolaqda ondan qarşıda hərəkətdə olan “Hyundai Santafe” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hisəssi ilə toqquşmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. O da həmin araşdırmada iştirak etmişdir. Araşdırma zamanı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:40 radələrində o etibarnamə əsasında idarə etdiyi “Hyundai Santafe” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən üzü 20 yanvar dairəsi istiqamətində 3 zolaqdan ibarət hərəkət yolunda sağdan 3-cü zolaqla saatda 10 km sürətlə düzünə hərəkətdə olan zaman avtomobil yolunda tıxac olması səbəbindən onunla eyni zolaqda qarşıda olan avtomobillərin dayandığını görüb, o sürətini azaldaraq avtomobilini saxlamışdır. Bu zaman sağdan 2-ci zolaqla hərəkət edən “Opel Vectra” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobil ön sol hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sağ hissəsi ilə toqquşmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrə araşdırmaya başlamışlar. O da həmin araşdırmada iştirak etmişdir. Hadisə zamanı o bədən xəsarəti almamışdır, spirtli içki qəbul etməmiş, ümumiyyətlə spitrli içkdən istifadə etmir. Araşdırma zamanı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17.40 radələrində o və anası X4 ilə müştəri qismində əyləşdikləri “Opel Vectra” markalı 99 LH 3T9 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən üzü 20 yanvar dairəsi istiqamətində 3 zolaqdan ibarət hərəkət yolunda sağdan 2-ci zolaqla saatda 50 km sürətlə düzünə hərəkətdə olan zaman sərnişin olduğu avtomobilin sürücüsü düzgün ara məsafəsi seçmədiyinə görə avtomobilin ön hissəsi ilə qarşlarında hərəkətdə olan “Hyundai Santafe” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. O da həmin araşdırmada iştirakı etmişdir. Hadisə zamanı o, bədən xəsarəti almışdır. Araşdırma zamanı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17.40 radələrində o və qızı X3 ilə müştəri qismində əyləşdikləri “Opel Vectra” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən üzü 20 yanvar dairəsi istiqamətində 3 zolaqdan ibarət hərəkət yolunda sağdan 2-ci zolaqla saatda 50 km sürətlə düzünə hərəkətdə olan zaman sərnişin olduğu avtomobilin sürücüsü düzgün ara məsafəsi seçmədiyinə görə avtomobilin ön hissəsi ilə qarşlarında hərəkətdə olan “Hyundai Santafe” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. O da həmin araşdırmada iştirakı etmişdir. Hadisə zamanı o, bədən xəsarəti almayıb, MTEdan keçməkdən imtina etmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 55-M saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 2007-ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarət-burun nahiyəsinin postravmatik əzilməsi küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar