Məhkəmə qərarları › İş №3(005)-927/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-927/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-927/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlu, Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə dair X1 şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: X2, Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdə keçirib hesab edir ki, X1 Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə həmin şəxsə geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-652/2023 saylı qərarı ilə ləğv edilmiş və işə yenidən baxılması Bakı şəhər X4 İdarəsinə tapşırılmışdır. Başqa sözlə, eyni şikayət üzrə artıq məhkəmə qərarı mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətinin dəlillərini araşdırmağa zərurət yoxdur və şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə dair X1 şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan onu verən şəxsə qaytarılsın. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar