Məhkəmə qərarları › İş №3(005)-94/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-94/2022

18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-94/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3, tələbkar – X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Ucar rayonu, Küçəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Ucar rayonu, Pirkənd ərazi dairəsi, Küçəkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1 Şəhər Məhkəməsinin 2(060)-3510/2021 saylı, 29.06.2021-ci il tarixli icra sənədinin icrası ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 28 dekabr 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, 28.12.2021-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Sumqaıt Şəhər Məhkəməsinin 2(060)-3510/2021 saylı icra sənədi üzrə 01.12.2021-ci il tarixə yaranmış 17600 manat borcun ödənilməsi tələb olunmuş, lakin Şəxs vəzifəli şəxs kimi icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. MN seriyalı ******* nömrəli protokola əlavədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3510/2021 saylı, 29.06.2021-ci il tarixli icra sənədinə əsasən, 25.07.2018-ci il tarixdən 01.04.2021-ci il tarixədək ödənilməyən ödəniş üçün 10080 manat pul, 01.04.2021-ci il tarixdən başlayaraq hər ay 315 manat aylıq ödəniş və dəymiş mənəvi ziyanın əvəzi olaraq 5000 manat pul "xxxx" MMC-dən tutularaq tələbkar X4 ödənilməlidir. İcra sənədi şöbənin icraatına 30.08.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmişdir. İcraata başlamaq haqqında qərar 13.09.2021-ci il tarixdə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İcra sənədinin icrası könüllü təmin edilmədiyi üçün “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumatda borclunun adına bank hesablarının, nəqliyyat vasitəsinin və daşınmaz əmlakın mövcud olduğu qeyd olunmuş, bank hesabları ilə bağlı 03.11.2021ci il tarixdə inkasso sərəncamları qəbul edilərək müvafiq banklara göndərilmiş, lakin borclunun bank hesablarında vəsait aşkar edilməmişdir. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin "xxxx" MMC-nin adına olduğu müəyyən olunmuşdur. “Mersedes Benz minik” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Bank Standard” KBda girov predmeti olduğu və girov müqaviləsinin bağlanmasına əsas olmuş kredit müqaviləsi üzrə 55034,78 ABŞ dolları məbləğində kredit borcunun olduğu məlum olmuşdur. Bu səbəbdən əmlaklarla bağlı tədbir görülməmişdir. Borclunun adına başqa əmlak aşkar edilməmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs 14.12.2021-ci il tarixdə izahat alınmış, borclu izahatında məhkəmə qərarını vəzifəli şəxs kimi qəbul etmədiyini, müəssisənin hal-hazırda işləmədiyini, külli miqdarda vergi borcu olduğu üçün fəaliyyəti dayandıra bilmədiklərini, bank hesablarında pul vəsaitinin olmadığını, müəssisənin müflis olduğunu, məhkəmə qərarının icrasından yayınmaq üçün hər hansı qərəzli niyyətin olmadığını, müəssisə işləmədiyindən məhkəmə qərarının icra edilməsinin çox çətin olduğunu qeyd etmişdir. İcra sənədi üzrə borcdan heç bir ödəniş edilməmiş, nəticədə 01.12.2021-ci il tarixə 17600 manat borc yaranmışdır. Bununla da borclu "xxxx" MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək izahatında göstərmişdir ki, qeyd edilən borclar "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı olmuşdur. O, sonradan MMC-nin rəhbəri olmuşdur. Tələbkar həmin MMC-də işləyərkən o, hələ MMC-də rəhbər deyildi. Qeyd edilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X7 izahat verərək protokolun təmin edilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3510/2021 saylı, 29.06.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 25 iyul 2018-ci il tarixinən 01 aprel 2018-ci il tarixənədək ödənilməyən ödəniş üçün 10080 (on min səksən) manat pul, 01 aprel 2018-ci ildən başlayaraq hər ay 315 (üç yüz on beş) manat aylıq ödəniş və dəymiş mənəvi ziyanın əvəzi olaraq 5000 (beş) min manat pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı X4 ödənilməsi müəyyən edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 30.08.2021-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borcluya icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3510/2021 saylı, 29.06.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan inkasso sərəncamlarından görünür ki, inkasso sərəncamları "xxxx" MMC-nin müxtəlif bank hesabları üzrə icra olunmaq üçün aidiyyəti üzrə banklara göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də, məhkəmə "xxxx" MMC-nin rəhbəri Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar