Məhkəmə qərarları › İş №3(005)-940/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-940/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-940/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271 və 266.2-ci maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X7 PHŞ-də xx.xx.2023cü il tarixdə tibbi tullantıların ərazidə qalaqlandığı, emalı yerlərinin müəyyən olunmadığı və qanunvericiliyin tələblərinə uyğun daşınaraq zərərsizləşdirilməməsi müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək protokolda və monitorinq aktlarında göstərilən halları müdafiə etmişdir. Bu səbəbdən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271 və 266.2-ci maddələri ilə inzibati məsuliyyət yaranmışdır. 13 aprel 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 protokola etiraz təqdim edərək bildirmişdir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İXM-nin 266.2 və 271-ci maddələrinə əsasən inzibati qaydada Şəxs PHŞ cərimələnmişdir. Cərimə qanunsuzdur və normativ hüquqi aktların tələblərinə ziddir. Belə ki, Yoxlamaların (monitorinq) qanuniliyi; Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu-nun 2-ci maddəsində aşağıdakı redaksiyada təsbit olunub. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Şəxs PHŞ-in Nizamnaməsində Müəssisənin hüquqları kimi sahibkarlıqla məşğul olmağa (maddə 4.1.9) icazə verilib. Qanunun tətbiq dairəsinə əsasən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi monitoriq və yoxlama apararkən Ədliyyə Nazirliyindən müvafiq çıxarış almalı idi. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu-nun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktarın tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin qanundan göründüyü kimi, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İXM-nin 266.2 və 271-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol qanunsuzdur və hüquqi əhəmiyyət daşımır. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs PHŞ-in inzibati xəta törməkdə təqsirliliyini müəyyənləşdirmədən protokol tərtib edilib. Protokol və akta etirazı yazılı olaraq bildirmişlər və vəzifəli şəxslərə izah edilmişdir ki, həmin ərazi 5 tibb müəssisəsinə aiddir. Kardiologiya İnstitutu, X7 PHŞ, Böyüklər üçün yanıq Mərkəzi, Kiçiklər üçün yanıq mərkəzi və Nərimanov rayonu üzrə tibbi patoloji ekspertiza idarəsi.Hər bir tibb müəssisəsi tullantıların daşınması və zərərsizləşdirilməyə verilməsi üçün ayrı-ayrılıqda məsuliyyət daşıyırlar. Şəxs PHŞ aid ərazidə “tullantıların daşınması və zərərsizləşdirilməyə verilməsi”,’’tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi” xidmətləri müvafiq xidməti müqavilə əsasında digər hüquqi şəxslər tərəfinən həyata keçirilir. Tibb Mərkəzinə aid olan konteyrlərlə tullantılar yığılır və onlara aid olan sahədə inizbati xəta doğuracaq hal yoxdur. Yoxlayıcılar tərəfindən protokol tərtib edilərkən həmin yerə birgə baxış keçirilmiş və müvafiq şəkillər çəkilmişdir. İnzibati xəta doğuracaq halın mövcud olmaması bir daha onu deməyə əsas verir ki, Şəxs PHŞ barəsində tərtib olunmuş protokol qərəzlidir. “X7" PHŞ “tullantıların daşınması və zərərsizləşdirilməyə verilməsi” üzrə xx.xx.2023-cü il tarixdə "Kommunal Xidmətlər Müəssisəsi” MMC ilə müqavilə bağlamışdır. "Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi” xidmətləri üzrə müqavilə isə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdən ümumi olaraq Bakı şəhəri ərazisində olan və TƏBİB-in tabeliyində olan Tibb Müəssisələrini əhatə edir. X7” PHŞ, Böyüklər üçün yanıq Mərkəzi, Kiçiklər üçün yanıq mərkəzi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tibb Müəssisələridir. Kardiologiya İnstitutu və Nərimanov rayonu üzrə tibbi patoloji ekspertiza idarəsi Səhiyyə Nazirliyinin tabeçiliydə olan və həmin nazirliyin strukturunda olan müəssisələrdir. TƏBİB-in tabeliyində olan Şəxs PHŞ “tullantıların daşınması və zərərsizləşdirilməyə verilməsi”, “tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi” xidmətləri üzrə hər-hansısa məsuliyyət daşımır. Yuxarıda qeyd olunanları və normatv-hüquqi aktların tələblərini nəzərə alaraq Məhkəmədən xahiş edirik ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs PHŞ barəsində İXM-nin 266.2 və 271-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokolu ləğv edərək icraata xitam verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 271 və 266.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-ci il tarixli, 162 saylı yoxlama aktından görünür ki, idarənin xx.xx.2023-cü il tarixli 067 №-li sərəncamına əsasən idarənin müvafiq əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində “İstehsalat və tullantıların Məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununun və “Tibbi tullantıların idarə olunmasına dair tələblərin təsdiq edilmnısi haqqında” AR NK-nın xx.xx.2007-ci il tarixli 213 №-li Qanunun tələblərinə riayət olunmasının nəzarətdə saxlamaq məqsədilə keçirilmiş monitorinq zanamı Şəxs tibbi tullantıların siniflər üzrə birdəfəlik hermetik tutumlarda yığılaraq müvafiq konteynerlərdə saxlanmadığı, ərazidə qalaqlandığı və qanunvericiliyə uyğun daşınaraq zərərsizləşdirilmədiyi faktı ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli 008-xx.xx.2023-cü il tarixli monitorinq aktında qeyd edilənlər yerində araşdırılmışdır. Araşdırma zamanı tibbi müəssisələrin həyətində tibbi tullantıların müvəqqəti saxlanması üçün 5 ədəd tutumu 0,75 m3 plastik konteynerlər qoyulduğu, konteynerlər üçün standartlara uyğun meydançanın təmin edilmədiyi və xx.xx.2023-cü il tarixli 008-13.03.23 №-li monitorinq aktında qeydiyyata alınmış tibbi tullantıların ərazidən kənarlaşdırıldığı müəyyən olundu. Tibbi tullantıların daşınması ilə bağlı aidiyyəti müəssisə ilə bağlanmış müqavilə təqdim olunmadı. Nəticədə Şəxs PHŞ (VÖEN **********) tərəfindən istehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikasının Qanununun 9-11-ci maddələrinin tələblərinin pozulduğu və “Tibbi tullantıların idarə olunmasına dair tələblərin təsdiq edilməsi haqqında” AR NK-nın xx.xx.2007-ci il tarixli 213 №-li qərarının tələblərinə əməl olunmadığı müəyyən edildi. Tibbi müəssisənin ərazisinə baxış təsərrüfat bölməsinin müdiri Sübhan Ələkbərovun iştirakı ilə aparıldı. Ərazidən çəkilmiş fotoşəkillər akta əlavə olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-ci il tarixli, 008-xx.xx.2023 saylı yoxlama Monitorinq aktından görünür ki, 11 saylı RETSİ-nin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçisi Ləman Süleymanlı, baş məsləhətçi Cəmilə Cahangirova, ətraf mühitin tənzimlənməsi mətbuatla iş və maarifləndirmə sektorunun msləhətçisi Səbinə İmaməlili bu aktı tərtib edərək istehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikasının Qanunu və “tibbi tullantıların idarə olunmasına dair tələblərin təsdiq edilməsi haqqında” AR NK-nın xx.xx.2007-ci il tarixli 213 №-li qərarına riayət olunması ilə əlaqədar F.X.Xoyski pr. 85 ünvanında yerləşən “X7 PHŞ xəstəxanada monitorinq keçirilmişdir. Monitorinq zamanı tibbi tullantıların hermetikləşdirilmiş tullantı konteynlərində toplanmadığı, düzgün çeşidlənmədiyi, xəstəxananın həyətində açıq sahədə qalaqlandığı müəyyənləşdirildi. ərazidən çəkilmiş fotoşəkillər akta əlavə olunmuşdur. “İcraçı” "xxxx" MMC ilə “Sifarişçi “X7 PHŞ arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11896; 22255; 2225; 12524; 222555; ******* saylı müqavilələrdən görünür ki, “icraçı” Sifarişçi”yə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirməyə təhvil verilməsini, “Sifarişçi” isə daşıma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsinin təmin edilməsini öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” ilə "xxxx" MMC arasında ümumi olaraq Bakı şəhəri ərazisində olan və TƏBİB-in tabeliyində olan Tibb Müəssisələrə dair "Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi” xidmətlərin göstərilməsinə dair razılıq vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; AR İXM-in: 266.2-ci maddəsinə əsasən ullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlar və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, iş materillarına yoxlama aktları və əraziyə atılmış tullantıların foto-şəkilləri əlavə edilsə də, həmin tullantıların hansı tibb müəsisəsi tərəfindən həmin əraziyə atılması aydınlaşdırılmamışdır. Bunun əksi olaraq isə Şəxs nümayəndəsi tərəfindən məhkəməyə “tullantıların daşınması və zərərsizləşdirilməyə verilməsi” üzrə və "Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi” xidmətləri üzrə müqavilələr təqdim edilmişdir. "Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi” xidmətləri üzrə müqavilə isə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdən ümumi olaraq Bakı şəhəri ərazisində olan və TƏBİB-in tabeliyində olan Tibb Müəssisələrini əhatə edir. X7” PHŞ, Böyüklər üçün yanıq Mərkəzi, Kiçiklər üçün yanıq mərkəzi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tibb Müəssisələridir. Kardiologiya İnstitutu və Nərimanov rayonu üzrə tibbi patoloji ekspertiza idarəsi Səhiyyə Nazirliyinin tabeçiliydə olan və həmin nazirliyin strukturunda olan müəssisələrdir. TƏBİB-in tabeliyində olan Şəxs PHŞ “tullantıların daşınması və zərərsizləşdirilməyə verilməsi”, “tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi” xidmətləri üzrə hər-hansısa məsuliyyət daşımır.Bu halda məhkəmə hesab edir ki, protokolda göstərilən hallar sübuta yetirilmir. AR İXM-in: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271 və 266.2-ci maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar