Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-943/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi – X15 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X20 barəsində tərtib olunmuş 19.06.2020-ci il tarixli protokol və 06.07.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X16 nümayəndəsi və vəkili X8 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X16 nümayəndəsi və vəkili X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X20 barəsində tərtib olunmuş 19.06.2020-ci il tarixli protokol və 06.07.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “xxxx” MMC-nin direktoru X20 barəsində 19.06.2020-ci il tarixli, MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Həmin idarə tərəfindən tərtib olunmuş 06.07.2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda müəyyən olunmuşdur ki, “xxxx” MMC-nin X6 Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1300 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Qeyd edir ki, X20 “xxxx” MMCnin təsisçisi, X9 isə şirkətin direktorudur. X3 əmək müqaviləsinə 30.04.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinin imzalandığı vaxtdan, yəni 18.07.2019-cu il tarixindən 30.04.2020-ci il tarixinə qədər direktora veriləcək əmək haqqı məbləği dəqiq hesablanmış və direktorun imzası və möhürü ilə təsdiqlənmişdir. Direktorun əmək hüquqlarının pozulmasına görə hüquqi şəxsin təsisçisi məsuliyyət daşımır. Lakin X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxsin təsisçisi X16 barəsində inzibati tənbeh vermə haqqında qərarın tərtib olunması qanunvericiliyin normalarının ciddi surətdə pozulması deməkdir. Şəxs tərəfindən 06.07.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində məhkəməyə şikayət verilmişdir. Lakin şikayət ərizəsi düzgün formada tərtib edilmədiyi səbəbi ilə şikayət ərizəsinin Yasamal Rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli, 3(004)-1999/2020 saylı qərardadı ilə geri qaytarılması qərara alınmışdır. Tərəflərindən məhkəmə qərardadında qeyd olunmuş çatışmamazlıqlar düzəldilsə də, inzibati xəta haqqında qərardan şikayət vermə müddəti üzrlü səbəblərdən ötürülmüşdür. Buna sörə də ötürülmüş müddətin bərpa edilməsini və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X20 barəsində tərtib olunmuş 19.06.2020-ci il tarixli protokol və 06.07.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərarı ilə Şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X20 barəsində qəbul olunmuş 06.07.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş, X16 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinə qaytarılmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və X20 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02.03.2021-ci il tarixli 3(103)-465/2021 nömrəli qərarından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X20 barəsində qəbul olunmuş 06.07.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və X16 İXM-in 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərarın yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinə qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi – X21 çıxış edərək bildirmişdir ki, vətəndaş X9 DƏMX-ə ünvanladığı müraciətində 18.07.2019-ci il tarixdən direktor işlədiyi “xxxx” MMC-də öz istəyi ilə vəzifəsindən 30.04.2020-cil il tarixdə azad edildikdən sonra bir aylıq əmək haqqı və son haqq hesabının ona ödənilmədiyini bildirmişdir. Daxil olmuş müraciət əsasında DƏMX-in Bakı şəhər İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış və bu zaman vətəndaş C. Məmmədbəylinin şikayətinin əsaslı olduğu və ona ödənilməli olan son haqq hesabın verilmədiyi müəyyən edilmiş, bu səbəbdən də “xxxx” MMCnin təsisçisi A.Əliyev barəsində 06.07.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək ona 1300 (bir min üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Əlavə olaraq həmçinin qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilsə də şirkət tərəfindən ona son-haqq hesab ödənilməmişdir. Çıxışında qeyd olunanlara dair müvafiq sənədləri təqdim edib şikayətin tam əsassız olduğunu, bununla da şikayət ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxsə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə nümayəndənin izahatını dinləyib, inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X21 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” 30.04.2020-ci il tarixli X7 görünür ki, X3 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. 002-K/20 nömrəli 29 aprel 2020-ci il tarixli əmrdən görünür ki, “xxxx” MMC-nin təsisçisi X20 30.04.2020-ci il tarixdən cəmiyyətin ölkə üzrə direktoru X4 AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 25 gün pul əvəzi ödənilməsi əmr edilmişdir. X2 “xxxx” MMC-nin təsisçisi X18 ünvanlandığı 29.04.2020-ci il tarixli ərizədən görünür ki, C. Məmmədbəyli 30 aprel 2020-ci il tarixdən MMC-nin direktoru vəzifəsindən öz xahişi ilə azad edilməsini xahiş etmişdir. Əmək haqqı üzrə Paşa Bank tərəfindən verilmiş 02.06.2020-ci il tarixli çıxarışdan görünür ki, X1 dəfə 10.03.2020-ci il tarixdə bank hesabına köçürmə edilmişdir. Şikayətçi şikayətində X9 tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxx” MMC-nin direktoru vəzifəsində işləmiş X9 MMC-nin əvvəlki qanuni təmsilçisi X20 tərəfindən direktor vəzifəsinə təyin edilmiş və X16 MMC-nin qanuni təmsilçisi olduğu dövrdə, yəni 30.04.2020-ci il tarixdə X3 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə xitam verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X20 tərəfindən MMC-nin qanuni təmsilçisi olduğu dövrdə X9 ilə bağlanmış əmək müqaviləsinə 30 aprel 2020-ci il tarixdə xitam verilməsinə baxmayaraq işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməli olduğu halda bu vəzifəni yerinə yetirməmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın qərarının əsassız, heç bir araşdırma və ya əlavə sübut əldə edilmədən qəbul edilməsinə dair hər-hansı mötəbər sübut məhkəmə araşdırması zamanı əldə edilməmiş və ya məhkəməyə təqdim olunmamışdır. X10 tərəfindən X3 əmək hüquqları pozularaq sonuncuya axırıncı haqq hesab ödənilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi X20 tərəfindən X9 arasında əmək müqaviləsinə xitam verilmiş və bu barədə bildiriş elektron sistemə qeyd edilsə də, buna baxmayaraq həmin tarixdə işçiyə axırıncı haqq hesabın ödənilməsi yerinə yetirilməmişdir. Həmin məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X20 barəsində tərtib olunmuş 19.06.2020-ci il tarixli protokol və 06.07.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X16 nümayəndəsi və vəkili X8 verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X20 barəsində tərtib olunmuş 19.06.2020-ci il tarixli protokol və 06.07.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X16 nümayəndəsi və vəkili X8 verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-943/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-943/2021
16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver